Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-910/2023 02.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh Füzuli rayonu üzrə Təhsil sektorunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Füzuli rayonu üzrə Təhsil sektoruna və üçüncü şəxs Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq mhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Füzuli rayonu üzrə Təhsil sektoruna və maraqlı şəxs Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iddia etdiyi 10 il müddətində əmək haqqına əlavə olunmalı olan 20-25 % əmək haqqının ödənilməsi və qanunsuz və əsassız olaraq həmin müddətdə ondan tutulmuş verginin 14%-nin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, Füzuli rayon Dilağarda Qışlaq tam orta məktəbində 2000-ci ildən dil-ədəbiyyat müəllimi işləyir. 2022-ci tədris ilindən isə Kürdmahmudlu kənd tam orta məktəbində müəllim işləyir. Özü də 2-ci qrup əlil kimi 2021ci ilə qədər pensiya almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994cü il tarixli, 184 saylı Qərarına əsasən 1 və 2-ci qrup əlil kimi işləyənlərin əmək haqqına onun aldığı əmək haqqının müvafiq olaraq 20 %-ə qədər pul əlavə olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinin tələbinə əsasən əlil olub işləyən şəxsin əmək haqqının 400 manatadək olan hissəsindən vergi tutulmasına güzəşt edilir, yəni ki, 1-ci 400 manatdan 14% vergi tutulmur. Bu o deməkdir ki, Cavabdeh Füzuli Təhsil Sektoru qanunsuz və əsassız olaraq 2011-ci ildən 2021-ci ilədək ondan tutduğu vergini geri qaytarmalı və həmin müddət üçün onun əmək haqqına müvafiq olaraq əmək haqqının 25 % qədər əlavə haqq ödənilməlidir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Füzuli rayonu üzrə Təhsil sektorunun nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Cavabdeh nümayəndəsi X2 İddiaçı ərizəsinə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı Cavabdeh Füzuli rayonu üzrə təhsil sektoruna qarşı iddia etdiyi 10 il müddətində aylıq müavinətə əlavə olunmalı 20-25% əməkhaqqının ödənilməsi, həmçinin qanunsuz və əsassız olaraq həmin müddətdə ondan tutulmuş verginin 14%-nin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.İddiaçı “Əməkhaqqından 2-ci qrup əlilliyə görə qanunsuz şəkildə tutulan pulun və əsassız tutulmuş verginin geri qaytarılması” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsassız və qanunsuzdur.Beləki, İddiaçı iddia ərizəsində göstərib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 184 nömrəli qərarına əsasən 1-ci və 2-ci qrup əlil kimi işləyənlərin əməkhaqqına onun aldığı əməkhaqqının müvafiq olaraq 20% qədər pul əlavə olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinin tələbinə əsasən əlil olub işləyən şəxsin əmək haqqının 400 manatadək olan hissəsindən vergi tutulmasına güzəşt edilir, yəni 400 manatdan 14% vergi tutulmur. Cavabdeh Füzuli rayonu üzrə təhsil sektoru qanunsuz və əsassız olaraq 2011-ci ildən 2021-ci ilədək İddiaçı aylıq müavinətindən tutulan verginin geri qaytarılmağını, həmçinin həmin müddətdə onun aylıq müavinətinə müvafiq olaraq əməkhaqqının 25%-ə qədər əlavə haqqın ona ödənilməsini xahiş etmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 1 illik iddia müddətinin tətbiq edilməklə İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı tələbi inzibati orqan sayılan Cavabdeh hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, bu iddialara da mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı işə xitam verilməli və İddiaçı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etməsi izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının: 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262- 264, 267, 268-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddiaçı Cavabdeh Füzuli rayonu üzrə Təhsil sektoruna və üçüncü şəxs Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-910/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-910/2023
02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver