Azərbaycan Respublikası adından QƏRARDAD Xankəndi Şəhəri İş № 2(065)-80/2025 22.01.2026 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh (əvvəli adı – "xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2200 manat əmək haqqının, məhkəmə qətnaməsi çıxan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə qarşılıqlı razılığa gəldiklərindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək, onun cavabdehlə qarşılıqlı razılığı gəldiyinə görə iddiadan imtinasının qəbul olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən «İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir». Qeyd olunanlara əsasən və Mülki-Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddiasından imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir/ Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №2(065)-80/2025
Xankəndi Şəhər Məhkəməsi Qərardad — İş №2(065)-80/2025
22.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver