Məhkəmə qərarları › İş №2(066)-1080/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1080/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1080/2024 29.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə dair onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, İddiaçı ünvan 2 0.,06 hektar torpaq sahəsini Cavabdeh 1000 (bir min) ABŞ dollarına almışdır. Buna görə də aralarında 17 oktyabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi də bağlanmışdır. Həmin vaxtı şahidlər də bunu təsdiq etmişlər. Bundan sonra Cavabdeh həmin torpaq sahəsini dərhal ona təhvil vermiş o, da həmin yerdə ev tikmişdir. Həmin torpaq sahəsi 2001-ci il tarixdə onun istifadəsində və sahibliyində olmasına görə həmin torpaq sahəsi barədə onun adına JN- 1330A (KOD:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə də tərtib edilmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə baxış iclasında iştirak edən şahid X1 məhkəmə iclasında göstərdi ki, tərəfləri tanıyır. İddiaçı onun qonşusudur. İddiaçı 2001-ci ildə ünvan 2 0.,06 hektar torpaq sahəsini Cavabdeh 1000 (bir min) ABŞ dollarına almışdır. Bundan sonra isə orada fərdi yaşayış evi də tikmişdir. Məhkəmə baxış iclasında iştirak edən şahid X2 da X1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Mülki işə əlavə edilmiş JN-1330A (KOD:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrara İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 nömrəli qərarı ilə İddiaçı müliyyətinə Xanlar şəhəri ərazisində fərdi yaşayış evi tikilməsi üçün 0,06 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş DT vəNK-nin Göygöl rayon şöbəsinin 23 iyun 2010-cu il tarixli aktından məlum olu ki, Xanlar rayon Aqrara İslahat Komissiyasının 07 fevral 2003cü il tarixli 01 nömrəli qərarı ilə İddiaçı müliyyətinə Xanlar şəhəri ərazisində fərdi yaşayış evi tikilməsi üçün İ.Məmmədov küçəsi 59 ünvanında 0,06 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 17 oktyabr 2001-ci il tarixli alqı-satqı müqavilənamədən məlum olur ki, Cavabdeh mülkiyyətlərində olan Xanlar şəhərində yerləşən 0,06 hektar torpaq sahəsini 17 oktyabr 2001-ci il tarixdə 1000 (bir min) ABŞ dollarına İddiaçı satmışlar. Müqavilənamə Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsini 17 oktyabr 2001-ci il tarixdə 1000 (bir min) ABŞ dollarına İddiaçı satmışlar. Həmin vaxtdan da qeyd edilən daşınmaz əmlaklar sonuncunun istifadəsindədir. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1330A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, fərdi yaşayış evi tikilməsi üçün üçün olan 0,06 hektar torpaq sahəsinin alqı-satqısına dair olan 17 oktyabr 2001-ci il tarixli alqısatqı müqaviləsi bağlanmış hesab edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1330A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən fərdi yaşayış evi tikilməsi üçün üçün olan 0,06 hektar torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar