Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1110/2025 18.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin Halları: 1.İddiaçı X11 ilə 23 mart 2017-ci ildə ailə həyatı qurmuş, u nikahdan 23 mart 2017ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Göygöl Rayon Məhkəməsinin 2(066)-956/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə rəsmi nikah pozulmuş, birgə nikahdan olan uşaqlar İddiaçı yanında qalmaları, iki uşaq üçün ümumilikdə 260 manat alimentin X4 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-114/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bundan sonra Göygöl Rayon Məhkəməsinin 2(066)-939/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə 23 mart 2017-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 adlı uşaqların saxlanması üçün ümumilikdə 100 manat sabit aliment məbləği uşaqların babası olan Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin8(066)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 23 mart 2017ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 939/2021 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,20 (sıfır tam yüzdə iyirmi) misli həddində indeksasiya edilməsi, 17 iyun 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 939/2021 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,20 (sıfır tam yüzdə iyirmi) misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İddiaçı hazırki halda keçmiş ərinin ata və anasına qarşı nəvələrin saxlanması üçün baba-nənədən alimentin tutulmasına dair iddia ilə müraciət etmişdir. Məhkəmədə icraat: 2.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23 mart 2017-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 246 manat cəmi iki uşağa 492 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 ilə 23 mart 2017-ci il tarixində ailə həyatı qurub. Bu nikahdan iki övladları - 17 iyul 2018-ci il təvəllüdlü X13 və 05 iyun 2021-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Təəssüf ki, onların ailəsi dağılıb. Keçmiş həyat yoldaşı X11 nə uşaqlar ilə maraqlanır, nə onlara maddi dəstək göstərir, nə də onların həyatında hər hansı iştirak edir. Bu illər ərzində uşaqlara baxmaq və onları böyütmək bütünlüklə onun üzərinə düşmüşdür. Ən ağrılısı isə odur ki, X11 məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətli olmayan şəxs kimi tanınıb. Bu səbəbdən, o nə işləyə, nə də qanuni olaraq aliment ödəyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, əgər valideyn uşağa baxmaq iqtidarında deyilsə, bu vəzifə baba və nənənin üzərinə keçir. Lakin uşaqların babası X12 və nənəsi Cavabdeh1 nə maddi, nə mənəvi baxımdan heç bir yardım göstərmirlər. Bu gün onların nəvələri ehtiyac içində böyüyür. Bu uşaqların qidası, geyimi, tibbi xidmətləri, bağça və digər gündəlik ehtiyacları təkbaşına onun çiynindədir. 4.Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 5.Cavabdehlər iddia tələbinə dair yazılı etiraz ərizəsi məhkəməyə təqdim edərək bildirmişlər ki, İddiaçı onlara qarşı aliment tələbi ilə iddia qaldırmışdır. Onlar iddianı qəbul etmirlər. Belə ki, iddiaçı oğlanları X11 ilə nikaha daxil olmaqla ailə həyatı qurublar, birgə nikahlarından Ömər və Musa adlı övladları anadan olub. Sonradan aralarında olan nikah məhkəmə qətnaməsi əsasında ləğv edilib, uşaqlar ananın himayəsində qalıblar. Eyni zamanda da oğlanları Amin də anadangəlmə psixi qüsur olduğu üçün məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərək onların qəyyumluğuna verilib. Oğlanları Amilə də onlar baxır və dövlət buna görə onlara pul ödəyir, özləri heç bir yerdə işləmirlər, eyni zamanda da hər ikisi xəstədir. Onların özünə aliment ödəyəcək şəxs lazımdır. Onlar Amilə verilən sosial müavinətdən və özlərinə verilən pensiyadan çıxışdıraraq hər ay hər uşaq üçün 50 manat ödəyirlər, sonradan da Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(066)-168/2025 nömrəli qərardadına əsasən indeksasiya edilərək minimum əmək haqqının 0.20 misli həddində müəyyən edilmişdir ki, bu da 2025-ci il üçün hər uşaq üçün 80 manat edir. Göründüyü kimi onlar hər ay hər uşaq üçün 80 manat olmaqla 160 manat aliment ödəyirlər və həmin alimenti də güclə ödəyirlər, iddiaçı isə qanunsuz və əsassız olaraq onlardan aliment tələb edir. Ona görə də iddianı qəbul etmirlər və məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikası Konstitusiyasının: 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
8.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 10.Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə olan hissədə təmin edilməməlidir.
11. Belə ki, digər Cavabdeh2 münasibətdə icraata Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1110/2025 nömrəli qərardadı ilə xitam verilmişdir.
12. İşdə olan AZ-İİİ 910889 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 23 mart 2017-ci ildə doğulmuşdur. X2, anası isə İddiaçıdır.
13. İşdə olan AZ-İV 141698 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 iyul 2018-ci ildə doğulmuşdur. X2, anası isə İddiaçıdır.
14. İşdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-956/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 23 mart 2017-ci il təvəllüdlü X9 və 17 iyul 2018-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 130 manat, ümumilikdə 260 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
15. Göygöl rayon Məhkəməsinin 2(066)-114/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsinə əsasən 03 yanvar 1993-cü il təvəllüdlü X11 hal-hazırda davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
16. Göygöl rayon Məhkəməsinin 2(066)-939/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən 23 mart 2017-ci il təvəllüdlü X9 və 17 iyul 2018-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 hər ay bir uşağa görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır.
17. Göygöl rayon Məhkəməsinin 8(066)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən 23 mart 2017-ci il təvəllüdlü X9 və 17 iyul 2018-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl rayon Məhkəməsinin 2(066)- 939/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.20 (sıfır tam yüzdə iyirmi) misli həddində indeksasiya edilmişdir.
18. Göygöl rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyasının” 24 may 2021-ci il tarixli 10 saylı iclasının qərarına əsasən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 Göygöl rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(066)-114/2021 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı xx.xx.1993-cü il tarixdə anadan olmuş X10 qəyyum təyin edilmişdir. 19.İşin faktiki halı odur ki, cavabdehlərin oğlu Amin Məmmədov ilə İddiaçı nikahda olmuşlar, birgə nikahdan iki uşaq doğulmuş, daha sonra rəsmi nikah pozulmuşdur. Amin Məmmədov məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərək bu barədə müvafiq qətnamə qəbul edilmişdir. Birgə nikahdan olan uşaqlara münasibətdə baba Cavabdeh2 alimentin tutularaq İddiaçı ödənilməsinə dair məhkəmənin müvafiq qətnaməsi mövcuddur. Hazırki halda aliment məbləği indeksasiya olunmuş, hər uşağa münasibətdə 80 manat olmaqla cəmi 160 manat aliment Cavabdeh2 tutularaq İddiaçı ödənilir (1-ci bənd).
20. Məhkəmə icraatı zamanı “Elektron məhkəmə sistemi” əsasında Cavabdeh1 gəlir və əmlak məlumatları nəzərdən keçirilmiş, yaşa görə 393,32 manat pensiya alması müəyyən olunmuşdur.
21. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 25 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununda yaşayış minimumu pensiyaçılar üçün 232 manat qeyd edilmişdir.
22. Məhkəmə qeyd edir ki, cavabdehin əmlak-gəlir vəziyyəti və ölkə üzrə əmək pensiyaçıların yaşayış minimumu qiymətləndirilməklə bərabər əmək pensiyaçı əhalinin sosial həssas və qayğıya ehtiyac olan təbəqə olması, onların əmək, sağlamlıq, qulluq ehtiyacları da nəzərdən keçirilməlidir.
23. Eyni zamanda məhkəmə xüsusi olaraq qeyd edir ki, Ailə Məcəlləsinin istinad olunan 56, 75 və 89-cu maddələrinin tövsifindən uşaqların ayğısına qalmaq və onları saxlamaq ilkin olaraq bərabər hüquqlu valideynlərin borcu kimi qeyd edilir. Hazırki halda valideynlərdən birinin fəaliyyət qabiliyyəti olmayan olması, digər valideyni bu vəzifədən azad etmir.
24. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddiaçı Cavabdeh1 qarşı «aliment» tələbinə dair iddiası təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə