Məhkəmə qərarları › İş №2(066)-1135/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1135/2023

01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1135/2023 01.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə hər bir uşağa 250 manat olmaqla cəmi 750 manat aliment, həmçinin mediasiya xərci üçün ödənilmiş 55 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə ərizə verərək cavabdehlə barışdığından mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Əyyub Kərimov Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsi Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A xx.xx.2023 2(066)-1135/2023 _________ №_______________ İddiaçı, Göygöl rayonu Balçılı kəndinə Cavabdeh, Tərtər rayonu Seydimli kəndinə Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(066)- 1135/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti "1" vərəq. Hakim Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar