Məhkəmə qərarları › İş №2(066)-1161/2023

Göygöl Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(066)-1161/2023

31.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Göygöl rayonu İş № 2(066)-1161/2023 31.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlu, ünvan 1 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 31-də yaşayan X2 qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 31-də yaşayan X3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 iyul 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdə olan sənədlərdən göründüyü kimi kreditorla borclular arasında belə bir müqavilə mövcuddur. Borclunun 24 iyul 2019-cü il tarixli müqaviləyə əsasən 588 manat dəyərində Hisense markalı televizor almışdır. Cavabdeh 588 manat məbləğində pulu 49 manat olmaqla hər ay "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə almışdır. Televizor işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilmişdir. Sənəddən göründüyü kimi borclu müqavilə şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borcludan 588 manat məbləğində əsas borcun, 58.8 manat məbləğində cərimənin və ödənilmiş 30 manat məbləğində dövlət rusumunun tutulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 iyul 2019-cü il tarixli müqaviləyə əsasən borcun, ona hesablanmış faiz və cərimə məbləğinin və eləcədə əmr verilməsi üçün ödənilmiş dövlət rüsumunun borclu tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Odur ki, tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslandırıldığından təmin edilməli və bu barədə məhkəmə əmri verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbayçan Respublikasının MPM-nin 112, 275-282ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: Ərizə təmin edilsin. Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 31-də yaşayan X1 24 iyul 2019-cü il tarixli müqaviləyə əsasən 588 manat məbləğində əsas borcun, 58.8 manat məbləğində cərimənin və ödənilmiş 30 manat məbləğində dövlət rusumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Əmrin surəti 3 gün müddətində təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunsun /göndərilsin/. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir, məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədidir. Hakim:Qələmdar Abbasov İş № 2(066)-1161/2023 PROTOKOL 31 iyul 2023-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsi Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi ilə, Kreditor: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu: X2 qarşı Kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə Göygöl şəhərində 31 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxılır. İclas saat 12:10-da başlandı. Sədrlik edən məhkəmə iclasını açaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması və 30 manat dövlət rüsumunun tutulması barədə mülki işi elan edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması və 30 manat manat dövlət rüsumunun tutulması barədə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb məhkəmə əmrini çıxarmaq üçün müşavirə otağına gedir, qayıdaraq məhkəmə əmrini elan edir və əmrin 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim edilməsini və ya göndərilməsini tapşırdı. Məhkəmə iclası saat 12:15-də bağlı elan olunur Sədirlik edən:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________ ____ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-1161/2023 10 avqust 2023-ci il Göygöl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu cənab Orxan Əliyevə Hörmətli Orxan müəllim, Göygöl rayon məhkəməsinin 31 iyul 2023-ci il tarixli 2(066)-1161/2023 nömrəli məhkəmə əmri icra edilməsi üçün Sizə göndərilir Qoşma: məhkəmə əmri 02 vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________ ____ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-1161/2023 31 iyul 2023-ci il "xxxx" MMC-nə Bakı şəh, Nəsimi ray, Abbas Zamanov küç, 17/19 X2 Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 31 Göygöl rayon məhkəməsinin 31 iyul 2023-ci il tarixli 2(066)-1161/2023 saylı məhkəmə əmri məlumat üçün Sizə göndərilir. Qoşma: məhkəmə əmri 02 vərəqə. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar