Məhkəmə qərarları › İş №2(066)-123/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-123/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-123/2024 31.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin miqdarının azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında 31 yanvar 2024-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi ilə qızı xx.xx.2019-cu il təvəllüdlü X3 təyin olunmuş hər ay üçün 300 manat alimentin məbləğinin azaldılaraq uşaq yetkinlik yaşına çatana kimi hər ay 150 manat alimentin tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2019-cu ildə X7 adlı uşaqları anadan olmuş, uşaq anasının himayəsində yaşayir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah qeydiyyatları pozulmuş və qızı Rüqəyyanın saxlanılması üçün ondan sabit məbləğdə 300 manat aliment qət edilmişdir. Həmin vaxt Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə döyüş nöqtələrində yüksəklikdə işlədiyinə görə onun əmək haqqı 1200 manat təşkil edirdi. Hazirda isə Şəmkir rayon Seyfəli kəndində yerləşən N saylı hərbi hissədə işləyir və N manat əmək haqqı alir. Cavabdeh Huranə Həsənovanın özü işləyir 500 manatdan artıq əmək haqqı alır. Ailəlidir bir uşağı var qızı Mələk xəstədi onun müalıcəsi üçün bankdan 18000 manat kredit götürmüşdür. N manatdan başqa əlavə gəliri olmadığından 300 manat alimenti ödəyə bilmir.Bu səbəbdən də İcra məmuru hər ayın sonunda onu icra şöbəsinə dəvət edir və alimenti tam şəkildə ödəməyi tələb edir.Alimentin miqdarının azaldılması ilə bağli 1 saylı X6 müraciət etmiş, cavabdeh Mediasiya prosesinə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, əvvəl hərbi qulluqçu idi, ön xəttə qulluq edirdi öz razılığı ilə 300 manat aliment verirdi Hazırdə iş yerini dəyişib 820 manat əmək haqqı alır.Ailə qurub bir övladı var. 300 manat mabləğində alimenti ödəyə bilmir. iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qəbul etməyərək, əvvəl iddiaçının özü könüllü olaraq qızı Rüqəyyanın saxlanılması üçün 300 manat aliment ödədiyini, özünün firmada işləməklə 315 manat əmək haqqı aldığını uşağın xərci artdığından maddi çətinlik çəkdiyini göstərib iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü iltarixli 907 nömrəli arayışda X2 xx.xx.2019-cu il tarixdə anadan olması atasının İddiaçı, anasının isə Cavabdeh Rafiq qızı olması göstərilmişdir. iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 526017 nömrəli nikah haqqında şəhadətnamənın surətindən görünür ki, İddiaçı ilə X1 nikahları 18 yanvar 2023-cü il tarixdə 31 nömrə ilə qeyd edilməklə nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə Sofuyev, arvada Sofuyeva soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 897686 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü ildə anadan olmuş X5 atası İddiaçı, anasının isə X4 olması göstərilmişdir. İşdə olan İ-1172 və İ-72490 nəmrəli Azərbaycan Respublikası Medalının vəsiqələrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə medalı” və Azərbaycan Respublikası Nazirlər kabinrtinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı” verilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Mqdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 149 nömrəli arayışda İddiaçı xx.xx.2013-cü il tarixdən Azərbaycan Ordusunda gizir qismində həqiqi hərbi xidmətdə olduğu və onun aylıq pul təminatı bütün növ tutqular tutulduqdan sonra 824,80 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan X11 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 32/2023 nömrəli arayışda Cavabdeh Rafiq qızının xx.xx.2023-cü il tarixdən “X11” MMC-nin Gəncə Filialında merçendayzer vəifəsində çalışdığı və onun vəzifə maaşının 345 AZN təşkil etdiyi göstərilmişdir. İşdə olan Göygöl rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)1408/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi İddiaçı hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh Rafiq qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı alimentin məbləğinin azaldılması tələbi ilə ilkin mediasiya şurasına müraciət etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilmiş 300 (üç yüz) manat məbləğində alimentin məbləğinin azaldılaraq hər ay 200 (iki yüz) manat məbləğdə aliment müəyyən edilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilmiş 300 manat alimentin məbləği azaldılaraq hər ay 200 (iki yüz) manat məbləğdə müəyyən edilməlidir.Azaldılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 31 yanvar 2024-cü il tarixli, 2(066)-123/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş 300 manat mıqdarında alimentin məbləği azaldılaraq İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. Azaldılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 31 yanvar 2024-cü il tarixli, 2(066)-123/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar