Məhkəmə qərarları › İş №2(066)-124/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-124/2025

19.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-124/2025 19.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus iddia ərizəsində göstərilən 28 adda cehiz əşyalarının 3 ədəd stenka şkafın, 1 ədəd şkafın, 1 ədəd iki nəfərlik kravatın, 1 ədəd iki nəfərlik döşəyin, 3 ədəd tək döşəyin, 6 ədə yastıqın, 2 ədə xalçanın, 6 ədəd yorğanın, 12 ədəd döşəkcənin, 3 ədəd adyalın, 2 ədəd mütəkkənin, 1 ədəd telefon altının, 1 ədəd iki nəfərlik poakrivalın, 2 ədəd paltar vannasının, 4 ədəd ləyənin, 2 ədəd şirəli ləyənin, 2 ədəd aş süzənin, 3 ədəd balaca padnosun, 3 ədəd böyük padnosun, 1 ədəd şirəli qazanın, 2 ədəd aliminium qazanın, 3 ədəd şirəli vedrənin, 2 ədəd şirəli balonun, 1 ədəd sokçəkən maşının, 3 ədəd listurun, 1 ədəd toklu samovarın, 2 ədəd duxovkanın və qabqacaq tarelkaların hədiyyə şəklində mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 1 nömrəli evin, 2 saylı 3 otaqdan ibarət evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mülki iş 2(066)-124/2025 sayla qeydiyyata alınmışdır. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək onun İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki iş 2(066)-284/2025 sayla qeydiyyata alınaraq xx.xx.2025-ci il tarixə məhkəmə baxışına təyin edilmişdir. Hər iki mülki iş Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, X1 qarşı “cehiz əşyalarının evdən çıxarılması və evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddialar qaldırmışdır. Hər iki mülki işin bir icraatda birləşdirilib baxılmasına etiraz etmir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə hər iki mülki işin bir icraatda birləşdirilib baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(066)-284/2025 saylı mülki iş Göygöl Rayon Məhkəməsinin icraatındadır və hazırkı 2(066)-124/2025 saylı mülki iş üzrə eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli iddia tələbləridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan 2(066)-284/2025 saylı və 2(066)-124/2025 saylı mülki işlərin eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli tələblər olmasını, məhkəmənin bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Göygöl Rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia üzrə (066)-124/2025 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi» tələbinə dair 2(066)-284/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki iş üzrə icraat 2(066)-284/2025 nömrə altında davam etdirilsin və məhkəmə baxışı iclası 12 mart 2025-ci il tarixdə saat 10:00-da Göygöl Rayon Məhkəməsinin inzibati binasında keçirilsin. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar