Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1248/2025 22.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı cavabdeh X2 qarşı “alimentin azaldılması tələbinə dair” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh X2 qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aliment miqdarını azaldaraq xx.xx.2013-cü il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat alimentin Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində “Qoşma” hissəsində qeyd edilən sənədlər tam şəkildə işə əlavə edilməmişdir. Habelə, ödənilmiş dövlət rüsumu qanunla müəyyən edilən həddən az məbləğdə ödənilmişdir. Bununla da iddiaçı məhkəməyə iddia ərizəsini verərkən iddia ərizəsinin forma və məzmununa riayət etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda dövlət rüsumunu Dövlət rüsumu haqda qanunvericilikdə nəzərdə tutulduğundan az ödəmişdir. Beləliklə Dövlət rüsumu haqda qanunvericiliyin tələbini pozmuşdur. AR MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia ərizəsinin forma və məzmununun tələblərinə riayət etmədiyindən sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı cavabdeh X2 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №2(066)-1248/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1248/2025
22.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver