Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1303/2025 26.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, XN iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.N0N5-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh bir uşaq üçün ölkə üzrə minimum əməkhaqqı məbləğinin 06 misli həddinə aliment tutularaq, minimum əməkhaqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiya olunması, X4 3 yaşına kimi ona baxılması üçün N00 (iki yüz) manat və mediasiya xidmətinə ödədiyi 60 (altmış) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə N0N4-cü ilin sentyabr ayının NN-ci günündə evdə el adəti ilə toyları olmuş və cavabdehin yaşadığı evinə gəlin köçmüşdür. Cavabdehlə nikahlarını N8 mart N0N4-cü il tarixdə Gəncə ASAN xidmət mərkəzinin qeydiyyat orqanında rəsmiləşdirmişlər. Cavabdeh ilə aralarında olan rəsmi nikahdan xx.xx.N0N5-ci il tarixdə X6 anadan olmuşdur. Cavabdeh, oğulları X4 atası olması AZ-V 1N9447 nömrəli X3 təsdiq olunmuşdur. Cavabdeh ilə xasiyyətləri düz gəlmədiyi üçün bir yerdə yaşamaqları baş tutmayıb, ailədə narazılıqlar olub. Hər dəfə bu hallara son qoyulacağı günləri gözləyib, buna son qoyulmağına heç bir gümanı olmadığına əmin olduqdan sonra onunla ayrılmaq qərarına gəlmişdir. Artıq N0N5-ci ilin aprel ayından Göygöl şəhərində anasının yanında yaşayır. Cavabdeh Yəhyayev X1 üçün heç bir maddi köməklik göstərmir. O, tək başına uşağın maddi təminatını təmin edə bilmir. Onun hazırda maddi imkanı yoxdur, çətinlik çəkir. Cavabdehin alıment ödəməsi ilə bağlı, Göygöl rayon Mediasiya Təşkilatına müraciət edib, cavabdeh mediasiya xidmətinə gələrək aliment verməkdən imtina edib. Cavabdehin aliment ödəməsi üçün, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh Mərdin yetkinlik yaşıəna çatana kimi saxlanılması üçün ölkə üzrə minimum əmək haqqının yəni, 400 manat məbləğin müəyyən misli həddinə aliment tutularaq, minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək həddə aliment tutulması qət olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, N0N4cü ilin sentyabr ayında ailə həyatı qurublar, lakin nikahları mart ayında rəsmiləşib. Bir övladları var, xx.xx.N0N5-ci ildə anadan olub. Aprel ayından etibarən öz anasının yanında yaşayır. Övladı 4 aylıq olduğu üçün heç bir yerdə işləmir. Nikahları pozulmayıb. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək göstərdi ki, uşağını atmayıb, bu günəcən bütün ödənişləri özü ödəyib. Ailəsi ilə barışmaq istəyir. Heç kim uşağı üçün nəsə ödəniş etməyib. Ümumi olaraq N50 manat aliment ödəmək istəyir. Toy üçün etdiyi borcların ödənişləri bitmədiyi üçün hər ay kredit ödəyir. Uşağa düşən alimentin ödəyəcək, lakin baxıcı pulu olaraq heç bir ödəniş etməyəcək. İddiaçı əgər uşağa baxa bilmirsə uşağı ona versin onun özü baxar. İşdə olan N saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 597799 nömrəli, xx.xx.N0N4-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.N0N4-cü il tarixdə nikahlarını bağlamışlar. Nikahın bağlanması haqqında akt qeydləri kitabında N0N4-cü ilin 03-cü ayının N8-ci günündə N53 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Yəhyayev, arvada Rəhimova soyadı verilmişdir. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 1N9447 nömrəli, xx.xx.N0N5-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.N0N5-ci il tarixdə doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.N0N5-ci il tarixli, MŞG-1-00098 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment” mübahisəsi üzrə xx.xx.N0N5-ci il tarixində, saat 1N:00-da mediator X5 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda hər iki tərəf iştirak etmiş, İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 1905 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və yaşayır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N003-cü ildə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafdiə Nazirliyi N nömrəli hərbi hissə İİ tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 3-N5-170/N-3195/N5 nömrəli məktubdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Cavabdeh N nömrəli hərbi hissədə qrup komandiri vəzifəsində xidmət edir və onun aylıq məvacibi bütün vergilər çıxıldıqdan sonra 1004.57 (bir min dörd manat əlli yeddi qəpik) təşkil edir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər el adəti ilə evlənməklə nikahlarını xx.xx.N0N4-cü ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.N0N5-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq uzun müddətdir ayrılmışlar və onların birgə ər-arvad münasibətindən doğulmuş uşaqları anası ilə birlikdə, atasından ayrı olmaqla yaşayır, tərəflər arasında olan nikah pozulmamışdır. Cavabdeh olan ata xx.xx.N0N5-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment” tələbi ilə məhkəməyə müraciət etmişdir. İlkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmişlər, tərəflər arasında barışıq əldə olunmamışdır. Hazırda Cavabdeh hərbi hissədə qrup komandiri vəzifəsində xidmət etməklə aylıq məvacibi bütün vergilər çıxıldıqdan sonra 1004.57 manat təşkil edir, İddiaçı himayəsində azyaşlı uşaq olmaqla işləmir və gəlir əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyildir. İddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, birgə nikahdan doğulan uşaqları xx.xx.N015-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay uşağa görə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 06 misli həddində alimentin cavabdehdən alınıb ona verilməsi və xx.xx.N0N5-ci il təvəllüdlü Mərd adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay N00 (iki yüz) manat alimentin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh iddia tələbini qəbul etməmiş, uşaq üçün N50 manat aliment ödəməyə razı olduğunu lakin, arvadı üçün alimentin verilməsinə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.N.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.N.N. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.N.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.N.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.N-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.N.N-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.N-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında N0N5-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən N0N5-ci il üçün yaşayış minimumu uşaqlar üçün N46 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 dekabr N0N4-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.N-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında ölkə üzrə minimum əmək haqqı N0N5-ci il üzrə isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və N0N5-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, cavabdehin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifəsində xidmət etməklə aylıq məvacibinin bütün vergilər çıxıldıqdan sonra 1004.57 (bir min dörd manat əlli yeddi qəpik) təşkil etməsini, uşağa baxmağın hər iki valideynin borcu olmasını, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, iddiaçının işləməsi və gəlir əldə etməsi halı müəyyən edilməməsi nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.N0N5-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (400 x 0,55) misli həddində sabit pul məbləğində aliment təyin edilməli və tərəflərin birgə nikahından doğulmuş xx.xx.N0N5-ci il təvəllüdlü Mərd adlı uşağının 3 (üç) yaşı olanadək İddiaçı üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment müəyyənləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması ərizənin verildiyi xx.xx.N0N5-ci il tarixdən etibarən hesablanmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.N-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 11N.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.N-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.N-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat xidmət haqqı tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı tərəfindən ödənilmiş 60 manat pul cavabdehdən tələb edildiyindən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 60 (altmış) manat mediasiya xərci məbləğində pul cavahdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği və həmin məbləğə uyğun 58,4 (əlli səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin N17.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin N18.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin N16- NN0, NN7, N33, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.N0N5-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.N0N5-ci il təvəllüdlü Mərd adlı uşağının 3 (üç) yaşı olanadək cavabdeh olan ər Cavabdeh arvadı üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.N0N5-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 58,4 (əlli səkkiz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1303/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1303/2025
26.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver