Məhkəmə qərarları › İş №2(066)-1322/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1322/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1322/2023 16.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nigahlarından olan və himayəsində qalan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 himayəsində qalmasına görə və uşaqlara baxdığına görə cavabdeh X1 hər bir uşağın saxlanılması üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını və alimentin tutulmasınının əvvəlinin mediyasiyaya müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və həmçinin mediasiya xərci üçün ödənilmiş 55 manat xidmət haqqının cavabdehdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə Göygöl rayon Məhkəməsinin qətnaməsi ilə nigahları pozulmuşdur. Birgə Nigahlarından anadan olmuş 3 övladdan 2-si onda, biri isə anası Cavabdeh qalmışdır himayəsində qalan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X4 himayəsində qalmasına görə və uşaqlara baxdığına görə cavabdeh X1 hər bir uşağın saxlanılması üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını və alimentin tutulmasınının əvvəlinin mediyasiyaya müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və həmçinin mediasiya xərci üçün ödənilmiş 55 manat xidmət haqqının cavabdehdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(104)-420/2023- nömrəli Gəncə Apelyasiya Məhkəməsinin Qətnaməsindən görünür ki xx.xx.2019-cu il tarixdə anadan olmuş X9 anası X2 verilsin. İş materyallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2(066)-330/2022 nömrəli Göygöl rayon Məhkəməsinin Qətnaməsindən görünür ki xx.xx.2011-ci il təvəllüdlü X7 , xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 ataları, yəni cavabdeh İddiaçı yanında saxlanılsın İşdə olan İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Saxəvət oğlu xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasına müraciət etmiş. İddiaçı Saxəvət oğlu mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı Saxəvət oğlunun iddia tələbini qismən təmin edilməsini, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay hər uşaq üçün 60 (altımış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Saxəvət oğlunun xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı Saxəvət oğluna ödənilməlidir . Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay hər uşaq üçün 60 (altımış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Saxəvət oğlunun xeyrinə ödənilməli, alimentin tutulmasına iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamənin aliment tələbinə dair hissəsi dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 (altımış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı Saxəvət oğlunun xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 ______________________________________________________________________ İş № 2(066)-1322/2023 16 noyabr 2023-cü il Cavabdeh Göygöl rayonu Çaykənd kəndi İddiaçı Saxəvət oğluna Göygöl rayonu Çaykənd kəndi Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(066)-1322/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti « » vərəq. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar