Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1478/2023 15.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakım Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, X13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi və öhdəliyin icra olunması tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 15 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, X3, X13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi və öhdəliyin icra olunması barədə iddia qaldırıb; Göygöl rayonun Topalhəsənli kəndində yerləşən JN-109D saylı X1 və Cavabdeh4 məxsus olmasının müəyyən edilməsi, X24, X16, X17, Cavabdeh4, X40, X23 və X34 ilə 08 may 2005-ci il tarixli alqı-satqı nüqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X18, X2 X7 və Cavabdeh4 adlarına olan JN-200C saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.09 ha torpaq sahəsinin, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X40 və X15 adlarına olan JN-109D saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.16 ha torpaq sahəsinin, Göygöl rayonun Topalhəsənli kəndində kəndində yerləşən X25 adına olan JN-111B saylı şəhadətnamə ilə müəyyən olunmuş 0,02 ha və JN-111C saylı 0,15 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X8, X17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Qeyd olunan cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə tələbin dəyişdirilməsi və dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Nümayəndə qeyd olunan ərizədə göstərmişdir ki, məhkəmədə iddia qaldırıb Göygöl rayonun Topalhəsənli kəndində yerləşən JN-109D saylı X1 və Cavabdeh4 məxsus olmasının müəyyən edilməsi, ididaçı İddiaçı ilə X18, X9, X7, Cavabdeh4, X32, X15 və X25 aralarında 04 may 2005-ci il tarixli alqı-satqı nüqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X18, X2 X7 və Cavabdeh4 adlarına olan JN-200C saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.09 ha torpaq sahəsinin, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X40 və X15 adlarına olan JN-109D saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.16 ha torpaq sahəsinin, Göygöl rayonun Topalhəsənli kəndində kəndində yerləşən X25 adına olan JN-111B saylı şəhadətnamə ilə müəyyən olunmuş 0,02 ha və JN-111C saylı 0,15 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan ona məlum olmuşdur ki, iddia ərizəsi texniki səhvə yol verilməklə yazılmışdır. Odur ki, iddia tələbinə “Göygöl rayonun Topalhəsənli kəndində yerləşən JN-200C saylı X1 və Cavabdeh4 məxsus olmasının müəyyən edilməsi, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X18, X2 X7 və Cavabdeh4 adlarına olan JN-200C saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.09 ha torpaq sahəsinə, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X40 və X15 adlarına olan JN-109D saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.16 ha torpaq sahəsinə və Göygöl rayonun Topalhəsənli kəndində kəndində yerləşən X25 adına olan JN-111B saylı şəhadətnamə ilə müəyyən olunmuş 0,02 ha və JN-111C saylı 0,15 ha torpaq sahəsinə dair ididaçı İddiaçı ilə X18, X9, X7, Cavabdeh4, X32, X15 və X25 aralarında tərtib edilmiş 04 may 2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsində baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı 2005-ci ildə X18, X9, X7, Cavabdeh4, X32, X15 və X25 Göygöl rayonu Topalhəsənli kəndində yerləşən torpaq sahələrini satmaq istədiklərini eşitmiş və onarın satmaq istədikləti torpaq sahələrinin onun torpaq sahəsinin qonşuluğuynda yerləşdiyindən həmin torpaq sahələrini almaq qərarına gələrək onlarla danışıb alqi satqı barədə razılığa gəlmişlər. 04 may 2005-ci ildə X24, X8, X17 və Cavabdeh4 JN-200C saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.09 ha torpaq sahələrini 600 ABŞ dollarına, X40 və X23 JN-109D saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.16 ha torpaq sahəsini 1300 ABŞ dollarına və X25 adına olan JN-111B saylı şəhadətnamə ilə müəyyən olunmuş 0,02 ha və JN-111C saylı şəhadətnamə ilə müəyyən olunmuş 0,15 ha torpaq sahələrini 1400 ABŞ dollarına İddiaçı satmışlar. Alqı-satqı edərkən aralarında yazılı müqavilə tərtib etmişlər. Bu barədə 04 may 2005-ci il tarixdə tərtib edilmiş yazılı müqavilələr vardır. Alqı-satqı müqaviləsində 6 şərt müəyyən etmişlər. Onlardan birincisi odur ki, alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra həmin torpaq sahələri dərhal İddiaçı istifadəsinə verilməklə şəxslərin istifadəsi həmin torpaq sahəsində qadağan olunur, İkinci şərt torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsində mülkiyyətçilərin həmin dövrdə və gəlıəcəkdə heç bir etirazları olmayacaq, üçüncü şərt torpaq sahələrinin pulları dərhal satıcılara odənilir və pulu almalarını alqı-satqı müqaviləsində imzaları ilə təsdiq edirlər, dördüncü şərt satıcılar gələcəkdə satdıqları torpaq sahələrinin geri qaytarılması ilı bağlı gələcəkdə heç bir mübahisə etməyəcəklər, beşinci şərt torpaq sahəsinə dair hər hansı mübahisə yaranarsa bütün məsuliyyət mülkiyyətçilərə aud olunur və altıncı şərt alıcının satıcılardan heç bir vaxtda verdiyi pulu geri qaytarmaq hüququ yoxdur. Həmin vaxtdan torpaq sahələri iddiaçının istifadəsindədir. Hal-hazıradək alqı-satqı müqaviləsi və göstərilən şərtlər satıcılar tərəfindən mübahisələndirilməmişdir. İddiaçı əlindəki alqı-satqı müqaviləsi ilə bir necə dövlət orqanına müraciət etsə də, ona bildirmişlər ki, bu müqavilə ilə hec bir sənədləşdirmə işləri görə bilməz. Mülkiyyətçilərdən X34 xx.xx.2011-ci il tarixdə, X23 xx.xx.2011-ci il tarixdə, X40 xx.xx.2012-ci il tarixdə və X24 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. Eləcədə JN-200C saylı şəhadətnamədə mülkiyyətçilərdən X2 adı səhvən Güleytə atasının adı Cəmşid kimi və Cavabdeh4 adı səhvən Bəkir kimi yazılmışdır. Şəhadətnamədə texniki səhvlərin olması notarial hərəkətlərin aparılmasına manecilik törədən səbəblərdən biridir. İddiaçı dəfələrlə cavabdehlərdən sənədlərini qaydasına salıb alqı satqını rəsmiləşdirmələrini xahiş etsə də cavabdehlər hər dəfə bir bəhanə gətirərək sənədlərini qaydasına salmadıqlarından və notariusa getmədiklərindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul edərək göstərdi ki, iddianı qəbul edir. X24 onun atasıdır. Göygöl rayon Topalhəsənli kəndində yerləşən, onun və eləcədə digər ailə üzvülərinin mülkiyyətində olan JN-200C saylı Şəhadətnamədə göstərilən 0,09 ha torpaq sahəsini 2005-ci ilin may ayında özlərinin razılıqları ilə İddiaçı 600 ABŞ dollarına satmışlar. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir. X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Torpağın Mülkiyyətə verilməsinə dar JN-200C saylı Şəhadətnamədə səhvən anası X2 adı Güleytə, atasının adı səhvən Cəmşid kimi, qardaşı Cavabdeh4 adı isə Bəkir kimi yazılmışdır.İddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X8 verdiyi izahatında iddianı qəbul edərək göstərdi ki, X24 onun həyat yoldaşıdır. Göygöl rayon Topalhəsənli kəndində yerləşən, onun və eləcə də digər ailə üzvülərinin mülkiyyətində olan JN-200C saylı Şəhadətnamədə göstərilən 0,09 ha torpaq sahəsini 2005-ci ilin may ayında özlərinin razılıqları ilə İddiaçı 600 ABŞ dollarına satmışlar. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpağın Mülkiyyətə verilməsinə dar JN-200C saylı Şəhadətnamədə onun adı Güleyşə əvəzinə səhvən Güleytə atasının adı Cəfərqulu əvəzinə səhvən Cəmşid kimi, oğlu Bakirin adı isə səhvən Bəkir kimi yazılmışdır.Həyat yoldaşı X24 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.İddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X17 izahatında göstərdi ki, iddianı qəbul edir. X24 onun atasıdır. Göygöl rayon Topalhəsənli kəndində yerləşən, onun və eləcədə digər ailə üzvülərinin mülkiyyətində olan 0,09 ha torpaq sahəsini 2005-ci ilin may ayında özlərinin razılıqları ilə İddiaçı 600 ABŞ dollarına satmışlar. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpağın Mülkiyyətə verilməsinə dar JN-200C saylı Şəhadətnamədə anası X2 adı səhvən Güleytə atasının adı səhvən Cəmşid kimi, qardaşı Cavabdeh4 adı isə səhvən Bəkir kimi yazılmışdır. X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.İddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh4 verdiyi izahatında iddianı qəbul edərək göstərdi ki, X24 onun atasıdır. Göygöl rayon Topalhəsənli kəndində yerləşən, onun və eləcədə digər ailə üzvülərinin mülkiyyətində olan 0,09 ha torpaq sahəsini 2005-ci ilin may ayında özlərinin razılıqları ilə İddiaçı 600 ABŞ dollarına satmışlar. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpağın Mülkiyyətə verilməsinə dar JN-200C saylı Şəhadətnamədə anası X2 adı səhvən Güleytə atasının adı səhvən Cəmşid kimi, onun adı isə Bakir əvəzinə səhvən Bəkir kimi yazılmışdır. X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.İddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh5 verdiyi izahatında iddianı qəbul edərək göstərdi ki, X40 onun atası və X23 onun anasıdır. Göygöl rayon Topalhəsənli kəndində yerləşən, valideyinləri mülkiyyətində olan JN-109D saylı şəhadətnamədə göstərilən 0,16 ha torpaq sahəsini 2005-ci ilin may ayında onun iştirakı ilə İddiaçı 1300 ABŞ dollarına satmışlar. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir. X5 xx.xx.2011-ci il tarixdə, atası X40 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. İddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh7 verdiyi izahatında iddianı qəbul edərək göstərdi ki, X34 onun anasıdır.Anası X14 rayon Topalhəsənli kəndində yerləşən və özünün yəni JN-111B saylı şəhadətnamədə göstərilən 0,02 ha və JN-111C saylı şəhadətnamədə göstərilən 0,15 ha cəmi 0,17 ha torpaq sahəsini 2005-ci ilin may ayında onun iştirakı ilə İddiaçı 1400 ABŞ dollarına satmışdır. Elə həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir. X21 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.İddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X27 və X28 izahatlarında X18 onların ataları olduğunu, Göygöl rayon Topalhəsənli kəndində yerləşən, Atası Cəmşid, anası Güleyşə, qardaşı Bakir və bacısı Gəncalə mülkiyyətlərində olan 0,09 ha torpaq sahəsini 2005-ci ilin may ayında onların iştirsakı ilə İddiaçı 600 ABŞ dollarına satmışlar. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpağın Mülkiyyətə verilməsinə dar JN-200C saylı Şəhadətnamədə anaları X2 adı səhvən Güleytə atasının adı səhvən Cəmşid kimi, qardaşları Bakirin adı səhvən Bəkir kimi yazılmışdır. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan 04 may 2005-ci il tarixdə tərtib edilmiş müqavilədən görünür ki, X24, X8, X17 və Cavabdeh4 özlərinə məxsus Xanlar rayon Topalhəsənli kəndində yerləşən 0.09 sot torpaq sahəsini İddiaçı 600 ABŞ dollarına satmışlar və həmin alqı-satqı müqavilısini imzaları ilə təsdiq etmişlər. İşdə olan 04 may 2005-ci il tarixdə tərtib edilmiş müqavilədən görünür ki, X40 və X23 özlərinə məxsus Xanlar rayon Topalhəsənli kəndində yerləşən (JN 109D) 0,16 sot torpaq sahəsini İddiaçı 1300 ABŞ dollarına satmışlar və həmin alqı-satqı müqavilısini imzaları ilə təsdiq etmişlər. İşdə olan 04 may 2005-ci il tarixdə tərtib edilmiş müqavilədən görünür ki, X34 özünə məxsus Xanlar rayon Topalhəsənli kəndində yerləşən (JN-111B) saylı şəhadətnamədə göstərilən 0,02 ha. və (JN 111B) 0,15 sot torpaq sahəsini İddiaçı 1400 ABŞ dollarına ABŞ dollarına satmış və həmin alqı-satqı müqavilısini imzaları ilə təsdiq etmişlər. İşdə olan Torpağin Mülkiyyətə verilməsinə dair JN-111B, KOD 50800038 saylı Şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə X25 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0.02 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağin Mülkiyyətə verilməsinə dair JN-111C, KOD 50800038 saylı Şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə X25 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0.15 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağin Mülkiyyətə verilməsinə dair JN-200C, KOD 50800038 saylı Şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə X18, X10, X7 və X19 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0.09 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağin Mülkiyyətə verilməsinə dair JN-109D, KOD 50800038 saylı Şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə X32 və X15 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0.16 ha torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ seriyalı 975748 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X24 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İ seriyalı 457760 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X34 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir İşdə olan AZ-İ seriyalı 457794 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X23 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İ seriyalı 525199 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X40 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan AZE seriyalı, 04924965 nömrəli, xx.xx.2018-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh7 xx.xx.1961-ci il tarixdə Xanlar rayonunun Topalhəsənli kəndində anadan olmuş və Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 0******* nömrəli, xx.xx.2005-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1948-ci il tarixdə Xanlar rayonunun Topalhəsənli kəndində anadan olmuş və Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 0******* nömrəli, xx.xx.2010-cu il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1974-cü il tarixdə Xanlar rayonunun Topalhəsənli kəndində anadan olmuş və Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 07953565 nömrəli, xx.xx.2010-cu il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 xx.xx.1973-cü il tarixdə Xanlar rayonunun Topalhəsənli kəndində anadan olmuş və Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatdadır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X27 xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan Göygöl rayon İHB-nın Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-23/3-2-342/2023 nömrəli arayışında X25 ölən günədək (xx.xx.2011) Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatda olub yaşaması və onun ölümündən sonra vərəsəsi olaraq (qızı) Cavabdeh7 adlı ailə üzvünün qaldığı göstərilmişdir. İşdə olan 1 saylı GƏNCƏ regional “Asan xidmət ” mərkəzində Ədliyyə Nzirliyinin qeydiyyat şöbəsiunin xx.xx.2023-cü il tarixli arayışında X18 ailə tərkibi arvadı X8, oğlu Cavabdeh1, qızı X27, qızı Cavabdeh3, qızı X28 və oğlu Cavabdeh4 ibarət olduğu göstərilmişdir. İşdə olan ərizələrdən görünür ki, iş üzrə cavadehlər X8, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh7 ərizələrində idiaçı İddiaçı iddiasını qəbul etdiklərini, iddianın təmin olunmasına etirazları olmadığını,15 dekabr 2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasının onların iştirakı olmadan keçirilib yekun qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Belə ki, iş materiallarından göründüyü kimi Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən Torpağin Mülkiyyətə verilməsinə dair JN-111B, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,02 ha , JN-111C, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,15 ha torpaq sahəsi X25, Torpağin Mülkiyyətə verilməsinə dair JN-200C, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,09 ha torpaq sahəsi X18, X2, X7 və Cavabdeh4 və Torpağin Mülkiyyətə verilməsinə dair JN-109D, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,16 ha torpaq sahəsi X32 və X15 mülkiyyətidir. Torpağin Mülkiyyətə verilməsinə dair JN-200C, KOD 50800038 saylı Şəhadətnamədə texniki səhv olaraq X8 əvəzinə X20 və Cavabdeh4 əvəzinə səhvən X12 qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin məhkəmədə müəyyən olur ki, X14 rayonunun Topalhəsənli kəndində yerləşən JN-111B, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,02 ha , JN-111C, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,15 ha torpaq sahəsini, X24, X8, X17 və Cavabdeh4 JN-200C, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,09 ha torpaq sahəsini, X40 və X23 JN-109D, KOD 50800038 saylı Şəhadətnamədə göstərilən 0,16 ha torpaq sahəsini 04 may 2005-ci il tarixli müqavilələr əsasında İddiaçı satmışlar və həmin vaxtdan torpaq sahəsi sonuncunun istifadəsindədir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən torpaq sahəsinə dair JN-200C, KOD 50800038 saylı X1 və Cavabdeh4 məxsus olması faktı müəyyən edilməli və Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X18, X2 X7 və Cavabdeh4 adlarına olan JN-200C saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.09 ha torpaq sahəsinə, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X40 və X15 adlarına olan JN-109D saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.16 ha torpaq sahəsinə və Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X25 adına olan JN-111B saylı şəhadətnamə ilə müəyyən olunmuş 0,02 ha və JN-111C saylı 0,15 ha torpaq sahəsinə dair ididaçı İddiaçı ilə X18, X9, X7, Cavabdeh4, X32, X15 və X25 aralarında tərtib edilmiş 04 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 222, 227, 230, 260, maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən torpaq sahəsinə dair JN-200C, KOD 50800038 saylı X1 və Cavabdeh4 məxsus olması faktı müəyyən edilsin. Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X18, X2 X7 və Cavabdeh4 adlarına olan JN-200C saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.09 ha torpaq sahəsinə, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X40 və X15 adlarına olan JN-109D saylı şəhadətnamə ilə müəyyən olunmuş 0.16 ha torpaq sahəsinə və Göygöl rayonun Topalhəsənli kəndində yerləşən X25 adına olan JN-111B saylı şəhadətnamə ilə müəyyən olunmuş 0,02 ha və JN-111C saylı 0,15 ha torpaq sahəsinə dair ididaçı İddiaçı ilə X18, X9, X7, Cavabdeh4, X32, X15 və X25 aralarında tərtib edilmiş 04 may 2005-ci il tarixli alqısatqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1478/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1478/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver