Məhkəmə qərarları › İş №2(066)-1480/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1480/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1480/2023 05.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarş öhdəliyin icra edilməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarş öhdəliyin icra edilməsi tələbinə dair iddia qaldararaq Cavabdeh ilə 18 aprel 2005-ci il tarixli bağlanmış alqı satqı müqaviləsinin (yazılı qaydada tərtib olunmuş) bağlanmış hesab edilməsi, Göygöl rayonunda yerləşən Cavabdeh 0.0153 ha mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclası 05 dekabr 2023-cü il tarixə, saat 09:40-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264 -ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarş öhdəliyin icra edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar