Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1482/2023 15.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakım Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh6 qarşı sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi və öhdəliyin icra olunması tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 15 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh6 qarşı sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi və öhdəliyin icra olunması barədə iddia qaldırıb Göygöl rayon Şəhriyar kəndində yerləşən torpaq sahəsinə dair JN-73 saylı Dövlət aktının Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh6 məxsus olmasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, X9, X18 və Cavabdeh6 ilə aralarında bağlanmış 11 noyabr 2004-cü il tarixli alqı-satqı nüqaviləsinin bağlanmış hesab edilməsi, JN-73 saylı Dövlət aktında göstərilmiş 2.22 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Qeyd olunan cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən məhkəməyə teleqram daxil olmuşdur. Həmin teleqramda göstərmişdir ki, xx.xx.2023-cü il tarixində 09:30 da baş tutacaq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 Göygöl rayonu Şəhriyyar kəndində yerləşən 2.22 ha torpaq sahəsini 200 ABŞ dollarına iddiaçı almışdır. O, cavabdehlərlə torpaq sahəsini alqı-satqı edərkən aralarında yazılı akt tərtib etmişlər. Aralarında alqı-satqı müqaviləsinin təsdiq edilməsi barədə 11 noyabr 2004-ci il tarixdə yazılı akt vardır. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 11 noyabr 2004-ci il tarixdə azyaşlı olduqlarından onların yerlərinə torpaq sahəsini anaları Cavabdeh2 satmışdır. Ona görə də 11 noyabr 2004-cü il tarixli alqı-satqı aktını azyaşlılar Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 əvəzinə anası Cavabdeh2 imzalamışdır. Cavabdehlərin iddiaçıya satdıqları torpaq sahəsinə dair JN-73 saylı Dövlət Aktı işlənmişdir. Həmin dövlət aktında özlərinə məxsus başqa torpaq sahəsi də olmuşdur. Onların aralarında olan alqı-satqıya həmin torpaq sahələrinin aidiyyəti yoxdur. Alqı-satqı aktında 2 şərt müəyyən etmişlər. Onlardan birincisi odur ki, torpaq sahəsinə dair iddiaçı pulu verir, onlar isə torpaq sahəsini dərhal ona təhvil verirlər. İkinci şərt odur ki, cavabdehlər gələcəkdə ona satdıqları torpaq sahələrinə dair hər hansı mübahisə etməyəcəklər. Onlar alqı-satqı müqaviləsini bağladıqdan indiki dövrə kimi həmin torpaq sahəsindən iddiaçı istifadə edir. O, əlindəki alqı-satqı müqaviləsi ilə bir necə dövlət orqanına müraciət etsə də, ona bildirmişlər ki, bu müqavilə ilə hec bir sənədləşdirmə işləri görə bilməz. Ona görə dəfələrnən cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 notariusa onunla birlikdə getmələrini və yenidən alqı-satqının bağlanmasını tələb etsə də, cavabdehlər hər dəfə bir bəhanə gətirərək notariusa getməkdən boyun qacırmışlar. Həmcinin JN-73 saylı Dövlət aktında cavabdehlərin soyadlarında texniki səhvliklər olmuşdur. Belə ki, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və X1, Ellǝzov Sabir, Ellǝzova Çəməngül, Elləzova Könül, Elləzova Mehriban, Cavabdeh4 və Elləzov Söhrab kimi yazılmışdır. Dövlət aktında texniki səhvlərin olması notarial hərəkətlərin aparılmasına maneəcilik törədən səbəblərdən biridir. Yuxarıda göstərdiklərinə görə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən məhkəməyə tələbin dəyişdirilməsi və dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Qeyd olunan ərizədə göstərmişdir ki, məhkəmədə Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh6 qarşı sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi və öhdəliyin icra olunması tələbinə iddia qaldıraraq Göygöl rayonunun Şəhriyar kəndində yerləşən torpaq sahəsinə dair JN-73 saylı Dövlət aktının Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh6 məxsus olmasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, X9, X18 və Cavabdeh6 ilə aralarında bağlanmış 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və JN-73 saylı Dövlət aktında göstərilmiş 2.22 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, iddia ərizəsi texniki səhv yazılmışdır. Odur ki, iddia tələbinə Göygöl rayonunun Şəhriyar kəndində yerləşən torpaq sahəsinə dair JN-73, KOD 50809018 saylı Dövlət aktının Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və X11 məxsus olması faktının müəyyən edilməsi və Göygöl rayonunun Şəhriyar kəndində yerləşən JN-73, KOD 50809018 saylı Dövlət aktı ilə müəyyən edilmiş 1.77 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 ilə aralarında tərtib edilmiş 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib göstərmişdir ki, 2004-cü ildə mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi ilə cavabdehlərdən almışdır. Sözügedən torpaq sahəsi aldığı vaxtdan özünün istifadəsindədir. Həmcinin JN-73 saylı dövlət aktında cavabdehlərin soyadlarında texniki səhvlər vardır. Bu səbəbdən məcbur olub Dövlət aktının cavabdehlərə məxsus olması və onlarla öz aralarında tərtib edilmiş alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair məhkəmədə iddia qaldırır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və iş üzrə cavabdeh X18 verdiyi izahatında iddianı qəbul etməsini, Sahib Ellazovun onun atası olmasını, 2004-cü ildə torpağı İddiaçı satmalarını və həmin ildən də torpaq sahəsinin İddiaçı istifadəsində olmasını bildirmiş və iddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X12 izahatında göstərmişdir ki, 20 ilə yaxındır ki, sözügedən torpaq sahəsini İddiaçı almışdır. Torpağı aldığı vaxtdan da mübahisəsiz olaraq iddiaçı həmin torpağı istifadə edir. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X13 izahatında Şəhriyar kəndində yerləşən torpağın İddiaçı almasını və özünün də istifadə etməsini, həmçinin onun həmin torpaqda əkinçiliklə də məşğul olmasını bildirmişdir. İşdə olan 11 noyabr 2004-cü il tarixdə tərtib edilmiş müqavilədən görünür ki, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 özlərinə məxsus Xanlar rayon Qarakeş kəndində yerləşən 1.77 sot torpaq sahəsini İddiaçı 200 ABŞ dollarına satmışlar və həmin alqı-satqı olmasını imzaları ilə təsdiq etmişlər. İşdə olan Torpağa Mülkiyyət hüququna dair JN-0073, KOD 50809018 saylı Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997ci il tarixli 15 saylı qərarı ilə X14, X2, X5, X4, X6 və Cavabdeh4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün nəzərdə tutulmuş 4.85 ha torpaq sahəsi verilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1985-ci ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2017-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1967-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş və Göygöl rayonunun Şəhriyar kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2016-cı il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1989-cu il tarixdə Vartaşen rayonunun Yaqublu kəndində anadan olmuş və Göygöl rayonunun Şəhriyar kəndində qeydiyyatdadır. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Belə ki, iş materiallarından göründüyü kimi Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 4.85 ha torpaq sahəsi cavabdeh Elləzov (Ellazov) Sabir Əli oğlunun, Elləzova (Ellazova) Çəməngül Həmid qızının, Elləzova (Ellazova) Mehri (Mehriban) Sabir qızının, Elləzov (Ellazov) Söhrab Sabir oğlunun, Elləzova (Ellazov) Könül Sabir qızının və Elləzov (Ellazov) Rahib Sabir oğlunun xüsusi mülkiyyətidir və bu JN-0073 saylı, KOD 50809018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-0073 saylı, KOD 50809018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktında» texniki səhv olaraq Cavabdeh5 əvəzinə səhvən X22», X7 əvəzinə səhvən X8», Cavabdeh3 əvəzinə səhvən X15», Cavabdeh6 əvəzinə X16», Cavabdeh1 əvəzinə səhvən X17 və X18 əvəzinə səhvən Cavabdeh4» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin məhkəmədə müəyyən olur ki, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 mülkiyyətində olan Göygöl rayonunun Şəhriyar kəndində yerləşən JN-73, KOD 50809018 saylı Dövlət aktı üzrə müəyyən edilmiş 4.85 ha torpaq sahəsinin 1.77 hektarı 11 noyabr 2004-cü il tarixli müqavilə əsasında İddiaçı satılmışdır və həmin vaxtdan torpaq sahəsi sonuncunun istifadəsindədir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl rayonunun Şəhriyar kəndində yerləşən torpaq sahəsinə dair JN-73, KOD 50809018 saylı Dövlət aktının Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və X11 məxsus olması faktı müəyyən edilməli və Göygöl rayonunun Şəhriyar kəndində yerləşən JN-73, KOD 50809018 saylı Dövlət aktı ilə müəyyən edilmiş 1.77 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 ilə aralarında tərtib edilmiş 11 noyabr 2004cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 222, 227, 230, 260, maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göygöl rayonunun Şəhriyar kəndində yerləşən torpaq sahəsinə dair JN-73, KOD 50809018 saylı Dövlət aktının Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və X11 məxsus olması faktı müəyyən edilsin. Göygöl rayonunun Şəhriyar kəndində yerləşən JN-73, KOD 50809018 saylı Dövlət aktı ilə müəyyən edilmiş 1.77 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18 və Cavabdeh6 ilə aralarında tərtib edilmiş 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1482/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1482/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver