Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1542/2025 21.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı Kamil oğlu və Cavabdeh iştirakları ilə, İddiaçı Kamil oğlunun cavabdeh X3 qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.Göygöl Rayon Məhkəməsinin 8(066)-113/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü İddiaçı Kamil oğlu adlı uşağın saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-1300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Kamil oğlundan Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 (sıfır tam yüzdə əlli iki) misli həddində indeksasiya edilmişdir. Məhkəmədə icraat: 2.İddiaçı Kamil oğlu cavabdeh X3 qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarını azaldaraq xx.xx.2013-cü il təvəllüdlü İddiaçı Kamil oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə nikahları Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi (işN 2(066)1300/2019) ilə pozulmuşdur. Həmin Qətnaməyə əsəsən, xx.xx.2013-cü il təvəllüdlü övladları X1 üçün ondan 130 manat aliment tutulmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, iş N 8(066)-113/2025 saylı qətnaməsi ilə bu aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya edilmişdir (təqribən 208 manat). Onun alimentin indeksasiya edilmiş yeni məbləğini (208 manat) ödəməyə imkan verməyən ciddi şərait dəyişiklikləri yaranmışdır. Bu dəyişikliklər beynəlxalq və milli hüquqla müdafiə olunan hüquqlarını məhdudlaşdırır. Onun aylıq xalis əmək haqqı cəmi 378 manatdır. Onun himayəsində pensiyaçı xəstə anası və 2-ci qrup əlil qardaşı var. Özü də xəstəlikdən müalicə alır. 208 manat aliment ödəndikdə onun dolanışığı üçün qalan 170 manat yuxarda sadalanan ağır ailə və sağlamlıq xərclərini ödəməyə, həmçinin özünün və himayəsində olan şəxslərin normal yaşayışını təmin etməyə imkan vermir. 4.Məhkəmə iclasında İddiaçı Kamil oğlu ərizəsini müdafiə edərək məhkəmədən alimentin miqdarının azaldılmasını xahiş etdi. Maaşının az olmasının nəzərə alınmasını xahiş etdi. Bildirdi ki, yenidən ailə qurmamış, anası ilə birgə qalır. İndeksasiya olunduqdan sonra aliment məbləği 208 manat olub. Başqa uşağı yoxdur.
5. Məhkəmə iclasında cavabdeh X6 çıxış edərək iddiaya etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi. İddiaçı anasının, qardaşının xəstə olduğunu söyləyir. Onlara görə dövlət yardım göstərir. O, uşağı üçün normal aliment ödəməlidir. Onun aylıq gəliri sabit deyil, 100-150 manat arası pul qazanır. Uşağı xəstə olduğundan daha yaxşı işdə işləyə bilmir, ona qulluq edir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
6. Azərbaycan Respublikası Konstitutusiyasının: 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
7.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
8. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: Yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
9.“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 10.“Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının: 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
11. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam,hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
12. Belə ki, işin faktiki halıdır ki, Göygöl Rayon Məhkəməsinin 8(066)-113/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü İddiaçı Kamil oğlu adlı uşağın saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-1300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Kamil oğlundan Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 (sıfır tam yüzdə əlli iki) misli həddində indeksasiya edilmişdir.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamədən övladı X7 xx.xx.2013-cü il tarixində doğulması qeyd edilmişdir.
14. İddiaçı Göygöl Rayon Məhkəməsinin 8(066)-113/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında təyin edilmiş övladı İddiaçı Kamil oğluna münasibətdə aliment təyin olunduqdan sonra maddi vəziyyətində çətinlik yarandığını, bu səbəbdən də müəyyən edilmiş aliment miqdarını ödəyə bilməməsi meyarını irəli sürmüşdür.
15. Məhkəmə qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 8(066)-113/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təyin edilən İddiaçı Kamil oğlundan tutularaq X3 ödənilən aliment məbləği hazırki halda tərəflərin əmlak və maddi vəziyyətinə uyğundur.
16. Habelə, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.
17. Qeyd edilir ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
18. “Elektron məhkəmə” sistemində olan məlumata əsasən İddiaçı Kamil oğlu "xxxx" MMC işləyir, əmək haqqı 400 manatdır.
19. Beləliklə, istər ölkə üzrə müəyyən edilən uşaqlar üçün yaşayış minimumu standartları, istərsə təyin olunan aliment məbləğinin miqdarı və diqqətə layiq digər hallar alimentin azaldılmasını məqsədə müvafiq hesab etmir.
20. Məhkəmə şərh edilənlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Kamil oğlunun cavabdeh X3 qarşı xx.xx.2013-cü il təvəllüdlü İddiaçı Kamil oğlunun saxlanılması üçün təyin olunan aliment məbləğinin azaldılaraq 180 manat məbləğində təyin edilməsi tələbinə dair iddiası təmin edilməməlidir..
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Kamil oğlunun cavabdeh X3 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə