Məhkəmə qərarları › İş №2(066)-165/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-165/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-165/2024 23.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment və uşaq 3 yaşına çatanadək maddi yardım» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı « aliment və uşaq 3 yaşına çatanadək maddi yardım» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat olmaqla cəmi 470 manat alimentin və qızı Fatimənin 3 yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay 100 manat maddi yardım tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə, edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nigahlarından xx.xx.2017-ci ildə X7 və xx.xx.2021-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Aralarında baş vermiş narazılığa görə iddiaçı uşaqları ilə birlikdə atasının evində yaşayır. Cavabdeh məhkəmədə boşanma iddiası qaldırmışdır. İkinci uşaq xəstədir, müalicə olunur. Uşaqların əlillikləri yoxdur. Cavabdeh 806 manat əmək haqqı alır. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat olmaqla cəmi 470 manat alimentin və xx.xx.2021-ci il təvəllüdlü Fatimənin 3 yaşına çatanadək iddiçı İddiaçı xeyrinə hər ay 100 manat maddi yardım tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə xx.xx.2017-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nigahlarından xx.xx.2017-ci ildə Fuad və xx.xx.2021-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdur. İkinci uşağının ayağında yüngül problem var və uşağını özü həkimə aparmışdır. Sentyabr ayında 10 günlük müharibədə olmuşdur. Həmin vaxt qaynatası gəlib onun uşaqlarını va həyat yoldaşını aparmışdır. X12 Nazirliyində mülki müdafiədə (xilas etmədə) işləyir. 665 manat əmək haqqı alır. Alimentin əmək haqqından tutulmasını istəyir. Əmək haqqından 1/3 hissəsi məbləğində aliment tutulmasına razıdır və əlavə olaraq 50 manat verə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 088886 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları xx.xx.2017-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 17 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İİİ seriyalı 918599 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə anadan olmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İşə əlavə edilmiş AZ-İV seriyalı 591172 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ilda anadan olmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı aliment və uşağın 3 yaşına çatanadək maddi yardım tələbi ilə bağlı müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 9911 nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-18-61/2-406/2023 nömrəli arayışda Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki X3 briqadasında (9911 nömrəli hərbi hissə) xidmət edir, aylıq əmək haqqı 665,01 manat, ərzaq əvəzinə pul kompensasiyası 62,08 manat, mənzil kirayəsi üçün kompensasiya 250 manat, ildə bir dəfə verilən maddi yardım 536 manat, məzuniyyət müavinatı (yalnız bir dəfə) 418,95 manat, ilin yekununda verilən birdəfəlik pul mükafatı 1073.50 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi ərazi X6” Publik Hüquqi şəxs “Göygöl rayon Mərkəzi Xəstəxanası”Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-42/3-1552/2023 nömrəli arayışda İddiaçı Göygöl RMX PHŞ Hemodializ şöbəsində 1 ştat vahidi tibb bacısı vəzifəsində çalışdığı və aylıq əmək haqqı 806.30 manat, kart hesabına köçürülən məbləğ isə 660.57 manat olduğu göstərilmişdir. İşdə olan etiraz ərizəsindən görünür ki, Cavabdeh etiraz ərizəsində iddiaçının 685 manat əmək haqqı almasını və onun aylıq əmək haqqının nəzərə alınaraq Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2017-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nigahlarından xx.xx.2017-ci ildə X7 və xx.xx.2021-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir validleynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla gündəlik tələbatını nəzərə alaraq, iddianın qismən təmin edilməsini məqsədə müvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Göygöl RMX PHŞ Hemodializ şöbəsində tibb bacısı vəzifəsində çalışdığı və 660 manat aylıq əmək haqqı aldığından xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi Cavabdeh tələb etdiyi 100 manat aliment tələbi hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2021-ci ilda anadan olmuş X1 yetkinlik yaşına çatana kimi hər ay hər birinə sabit məbləğdə 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı və alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05 dekabr 2023-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamənin aliment tələbinə dair hissəsi dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2021-ci ilda anadan olmuş X1 yetkinlik yaşına çatana kimi hər birinin saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 manat aliment İddiaçı xeyrinə tutulsun. Aliment tutulması 05 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar