Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1652/2025 27.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Rafiq oğlunun Cavabdeh qarşı «uşağın 3 yaşadək saxlanması üçün kəsilmiş aliment məbləğinin azaldılması və sair» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Rafiq oğlunun Cavabdeh qarşı «uşağın 3 yaşadək saxlanması üçün kəsilmiş aliment məbləğinin azaldılması və sair » tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh aliment tələbinə dair Daşkəsən rayon məhkəməsində 13 oktaybr 2025-ci il tarixdə 2(030)-551/2025 saylı iş üzrə əlavə olaraq minimum əmək haqqının 45 % həcmində 180 manat aliment kəsiliməsinə dair qətnamə (12 avqust 2025-ci il tarixdən qüvvəyə minməsi haqqında) çıxarılmasının nəzərə alınmasını, Göygöl rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(066)-353/2024 saylı qətnaməsi ilə Cavabdeh hamililəliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində təyin olunmuş 220 (iki yüz iyirimi) manat alimentin 12 avqust 2025-ci il tarixdən 30 (otuz) manata endirilməsi haqda qərar çıxarılmasını, iddiaçı Cavabdeh hüqüqlarını bir daha nəzərinə çatdırılmasını, onun normal həyat tərzimə mane olmamasını diqqətinə çatdırılmasını, Azərbaycan Respublikası Konstitusiyasının 46 maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulmasının şərəf və ləyaqətimin alçalmasının gələcəkdə təkrarlanmaması üçün və uşağı ilə görüş üçün qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsi qeyri-müəyyən olmaqla tələb əsaslandırılmamış, cavabdehə yönələn tələbi müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilərkən qanunvericiliyin tələbinə uyğun dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.3.-ci maddəsinin tələbinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Lakin iddia ərizəsinə dövlət rüsumunun elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi barədə sənəd əlavə edilməmiş, iddia ərizəsinə əlavə edilmiş qəbzdə dövlət rüsumunun elektron ödəniş sistemləri vasitəsilə ödənilməsini, məhkəmənin hesabına ödənilməsini müəyyən etmək mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.5–ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4–cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Rafiq oğlunun Cavabdeh qarşı «uşağın 3 yaşadək saxlanması üçün kəsilmiş aliment məbləğinin azaldılması və sair» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev İş № 2(066)-1652/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 27 noyabr 2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı Rafiq oğlunun Cavabdeh qarşı «uşağın 3 yaşadək saxlanması üçün kəsilmiş aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:55-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:05-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1652/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1652/2025
27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver