Məhkəmə qərarları › İş №2(066)-1708/2025

Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-1708/2025

03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1708/2025 03.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 09 iyul 2021-ci il təvəllüdlü X5 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa görə 70 (yetmiş) manat, cəmi iki uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Mediasiya şurasına aliment tələbinə dair müraciət etmişdir. Mediasiya reyestrində xx.xx.2025-ci il tarixdə MŞG/1-2025-000344 nömrə ilə qeydiyyatdan keçmişdir. Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Bu barədə ona xx.xx.2025-ci il tarixli ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında olan nikah qeydiyyatı Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(066)-1483/2023 saylı qətnaməsinə əsasən pozulmuş və uşaqlar onun himayəsində yaşamağa verilmişdir. O, cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır. Yuxarıda qeyd etdiyi kimi, cavabdehlə bir yerdə yaşamaları mümkün olmadığına görə onunla ayrılmışlar. O, məcbur olub valideynlərinin öhdəsində yaşayır. Bundan əlavə uşaqları azyaşlı olduğuna görə özü heç bir yerdə işləmir. Maddi vəziyyəti olduqca ağırdır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə könüllü surətdə nə ona, nə də ki, uşağına heç bir maddi cəhətdən yardım göstərmir. O, aralıq işləri ilə məşğul olur. Onun iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment verməyə imkanı vardır. Odur ki, məcbur olub məhkəmədə iddia qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iclasında İddiaçı Cavabdeh məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını bildirərək, iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2023-cü ildən cavabdehlə ayrı yaşayırlar. Özü heç bir yerdə işləmir. Cavabdeh isə uşaqların saxlanmasında köməklik göstərmir. Hazırda cavabdeh Rusiya Federasiyasında yaşayır. Hər uşağa görə 70 manat aliment istəyir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş P seriyalı, 75 ******* nömrəli pasportun surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci ildə anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İVseriyalı, 591190 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə Gəncə şəhəri Nizami rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci avqust ayının 06-cı günündə 127 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır). İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İVseriyalı, 591191 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə Gəncə şəhəri Nizami rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci avqust ayının 06-cı günündə 128 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır). İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 09 dekabr 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh, ünvan 1 ünvanda 2024-cü ilədək qeydiyyatsız yaşamışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 27 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh qeyd edilən ünvanda yaşamadığı və onun faktiki yaşadığı ünvan barədə məlumat olmadığı üçün bildirişin ona çatdırlması mümkün olmamışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-1483/2025 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı və cаvаbdeh Cavabdeh arasında 20 noyabr 2020-ci il tarixdə 38 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 09 iyul 2021-ci il təvəllüdlü X11 və 09 iyul 2021-ci il təvəllüdlü X2 İddiaçı himayəsində və yanında saxlanılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000344 saylı “X3 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment tələbi”nə dair mübahisə üzrə mediator X6 tərəfindən keçirilən “X10”nda İddiaçı iştirak etmişdir. İddiaçı X4 keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin yanvar ayının 04-cü günündə 04 nömrəli qeyd aparılmışdır. Nikah pozulduqdan sonra kişiyə --- , qadına Bayramova soyadı verilmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh 2020-ci ildə el adəti üzrə ailə qurmuşlar. Nikah qeydiyyatlarını 20 noyabr 2020-ci ildə rəsmiləşdirib 2021-ci ilə kimi birgə yaşamışlar. Birgə nikahlarından 09 iyul 2021-ci ildə Yunis və Xədicə adlı ekiz uşaqları olmuşdur. Göygöl Rayon Məhkəməsinin 2(066)-1483/2025 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin arasında olan 20 noyabr 2020-ci il tarixdə 38 nömrə ilə qeydə alınmış nikah pozulmuş və onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 09 iyul 2021-ci il təvəllüdlü X11 və 09 iyul 2021-ci il təvəllüdlü X2 İddiaçı himayəsində və yanında saxlanılmaları qət edilmişdir. Tərəflər faktiki olaraq uzun müddətdir ayrılmış və birgə nikahdan doğulmuş uşaqlar anası ilə birlikdə, atasından ayrı olmaqla yaşayır. Cavabdeh olan ata xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment tələbi” ilə X3 iştirak etmiş və Cavabdeh iştirak etməmişdir. Bundan sonra iddiaçı Bayramova X9 Rauf Sofi oğluna qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 09 iyul 2021-ci il təvəllüdlü X5 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa görə 70 (yetmiş) manat, cəmi iki uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində, 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2056-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının və cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsini, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti nəzərə alınaraq iddia təmin olunmalı, ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşağın saxlanması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı X3 iştirak etmiş və X4 keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı tərəfindən cavabdehdən məhkəmə xərcləri tələb edilmədiyindən mediasiya xərci qismində ödənilmiş 60 manat iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləğinin 1680 manat olması və həmin məbləğə uyğun 36.8 (otuz altı manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X11 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçıya aid edilsin. Cavabdeh 36,8 (otuz altı manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Cаvаbdeh qiyabi qətnаmənin оna rəsmi qаydаdа verilməsindən sоnrа 10 (on) gün müddətində həmin qətnаmənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyаbi qətnаmədən bu qətnаmənin ləğvi üçün ərizə verilməsi və оnа bаxılmаsı müddəti bitdikdən sоnrа, qətnamənin verildiyi vaxtdan 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar