Məhkəmə qərarları › İş №2(066)-201/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-201/2025

13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-201/2025 13.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tel:15.11.2023xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlık yaşına çatana kimi saxlanılması ücün Cavabdeh hər ay sabit məbləğdə 250 manat alimentin ödənilməsi, eyni zamanda uşağın 3 yaşına çatana kimi ona baxmaq ücün hər ay 150 manat və həmcinin mediyasiya xərci üçün 50 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin avqust ayında qeyri rəsmi nigah münasibətindən keçməklə evlənib, nigahlarını tel:01.09.2023xx.xx.2023-ci il tarixdə rəsmiləşdirmişlər. Rəsmi nikahlarından tel:15.11.2023xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Uşaq onun himayəsində yaşayır. Cavabdehlə ailə qurduqdan bir neçə ay sonra aralarında ailə münaqişələri baş vermişdir. O, uşağın xətrinə cavabehin bütün pis hərəkətlərinə dözmüşdür. Amma artıq dözə bilmir. Cavabdeh maddi imkanı olduqca yaxşır. Onun hər ay 1000 manatdan artıq gəliri olur, amma uşağına hec bir maddi köməklik göstərmir. O, birgə nigahlarından doğulmuş Aylinin saxlanması üçün hər ay 250 manat sabit məbləğdə alimentin ödənilməsi, eyni zamanda uşağın 3 yaşına çatana kimi ona hər ay 150 manat pul tələbinə dair Mediasiya Təşkilatına ərizə ilə müraciət etsə də, cavabdehin Mediasiya Təşkilatına gəlməməsinə görə mübahisəni həll edə bilməmişlər. Bu səbəbdən də o, qərara gəlmişdir ki, cavabdehdən aliment alsın. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, öhdəsində azyaşlı uşaq olduğuna görə iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılmasını istəmir. Odur ki, mülki işin özünün rəsmi qeydiyyata alındığı yer üzrə Daşkəsən Rayon Məhkəməsində baxılması üçün göndərilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Göygöl rayonuna müvəqqəti pasport qeydiyyatına düşməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.5.-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, məhkəmənin hazırki mərhələsini və ərzənin dəlillərini nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə iddiaçının yaşadığı yer üzrə məhkəməyə, yəni Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Göründüyü kimi, iddiaçı Daşkəsən Rayonunun Çıraqlı kəndində, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. İddia tələbində iddiaçının yaşayış yeri ünvan 2 ünvanda müvəqqəti yaşamasını təsdiq edən vətəndaşlıq vəziyyəti aktı qeydiyyatını apar orqan tərəfindən hər hansı bir arayış iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki iş aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsində baxılmalıdır. Yuxаrıdа sаdаlаnаn qаnunun nоrmаlаrını işin hаllаrınа tətbiq edən məhkəmə hesаb edir ki, işin məhkəmədə bаxıldığı zаmаn iddiaçının qeydiyyat yeri Daşkəsən Rayonunun Çıraqlı kəndi olduğu və cavabdehin qeydiyyat yeri Bakı şəhəri Binəqədi rayonu olduğu müəyyən edildiyindən, həmçinin məhkəmə iclasında İddiaçı ifadəsində ödhəsində azyaşlı uşağın olmasına görə Bakı şəhərinə gedə bilməməsinə və bu səbəbdən işin Daşkəsən Rayon Məhkəməsinə göndərilməsini xahiş etməsi nəzərə alınaraq mülki iş ərazi аidiyyəti üzrə bаxılmаsı üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 35, 44, 45, 263, 264, 268-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar