Məhkəmə qərarları › İş №2(066)-222/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-222/2025

12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-222/2025 12.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin, mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 60 (altmış) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunla müəyyən edilmiş qaydada mediasiya sessiyasında iştirak etmiş və 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməkdən yazılı şəkildə imtina etmişdir. İddia tələbi ilə onu qeyd etmək istəyir ki, Göygöl Rayon Məhkəməsinin (sədrlik edən Rəşad Mustafayev) tel:03.09.2024xx.xx.2024-cü il tarixli, 2(066)-107/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, onunla Cavabdeh ilə birgə nikahlarından doğulmuş tel:22.02.2016xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası, yəni onun yanında saxlanılması və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(066)-1027/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən onun azad edilməsi qət edilmişdir. X3 hal-hazırda onun yanındadır və cavabdeh uşağın saxlanılmasında ona heç bir maddi köməklik göstərmir. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment tələb edir. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir. Həmin etirazda göstərmişdir ki, İddiaçı ona qarşı alimet tələbinə dair iddia qaldırmışdır və hal-hazırda iş məhkəmənin icraatındadır. Məhkəmə iclası tel:15.01.2025xx.xx.2025-ci il tarixə 14:45-ə təyin edilmişdir. O, İddiaçı Firduddin oğlunun ona qarşı qaldırdığı aliment tələbi ilə razı deyil. Belə ki, uşağın atanın himayəsinə verilməsi ilə bağlı qətnamədən onun məlumatı olmamışdır. O vaxt uşağı onlara özü verməmişdir, uşağı oğurlayıb aparıblar. Sonradan isə onlar razılaşmışlar ki, uşaq atanın himayəsində 1 ay müddətinə qalsın. Lakin sonradan onlar uşağı ona qaytarmadılar. Hal-hazırda o, 2-ci dəfə ailə qurmuş, özü də hamilədir və ana olmağa hazırlaşır. Hamiləliyi ilə bağlı heç yerdə işləyə bilmir. Əmək fəaliyyəti ilə məşğul ola bilməz. Bu səbəbdən də iddiaçının əmək fəaliyyəti olmayan hamilə qadından aliment tələb etməsini əsassız tələb edir. Göygöl Rayon Məhkəməsinin qətnaməsindən onun məlumatı olmayıb, həmin qətnaməni rəsmi qaydada alaraq, apellyasiya şikayəti verəcəkdir. Göstərdiklərinə əsasən İddiaçı ona qarşı qaldırdığı aliment tələbinə dair iddiasına etiraz edir və hamilə olmasının, əmək fəaliyyətsiz olmağının və uşağın ata himayəsində qalması barədə qətnamədən məlumatlı olmamağının nəzərə alınaraq iddianın icraata qəbul edilmədən xitam edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə birgə nikahlarından 1 uşaqları vardır. Uşağın 8 yaşı var. 4 ildir ki cavabdehdən ayrı yaşayırlar. Əli adlı uşaq 01 sentyabr 2024-cü il tarixdən onun yanındadır. Hal-hazırda da uşaq onunla birgə yaşayır. Cavabdehin gəliri barədə heç bir məlumatı yoxdur. Özü taksi fəaliyyəti ilə məşğul olur. Ayda 150-200 manat qazanc əldə edə bilir. 2-ci dəfə ailə qurmamışdır. Ona görə də cavabdehdən onun xeyrinə alimentin ödənilməsini, aliment məbləğini özü ödəyə bilmirsə ya onun anasının pensiyasından tutulmasını ya da ki, qardaşının əmək haqqından tutulmasını istəyir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2019-cu ilin sentyabr ayından iddiaçı ilə ayrı yaşayırlar. Uşaq atasının yanındadır. Özü Ağstafa rayonunda yaşayır və ikinci dəfə ailə qurmuşdur. Aliment tələbi ilə razı deyil. Belə ki, özü heç bir yerdə işləmir və qazancı yoxdur. Qardaşı və anası da onun əvəzinə aliment ödəyə bilməz. Qardaşı veterandır və ailəlidir. İddiaçı uşağı ondan alıb aparanda fikirləşməli idi ki, uşağa necə baxacaq. Həmçinin özü hazırda hamilədir, aliment ödəmək imkanında deyil. Hamilə olduğuna görə aliment öhdəliyindən azad olunmasını istəyir. Məhkəmə iddiaçını və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum AZ seriyalı, 713448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 10 dekabr 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Göygöl rayonunun Aşıqlı kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1/2024-00018 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment” mübahisəsi üzrə xx.xx.2024-cü il tarixində, saat 11:00-da mediator X4 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda İddiaçı iştirak etmiş və o, ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 61 (altmış bir) manat məbləğində mediasiya xərcini tam ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə anadan olmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aliment hissəsində qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh faktiki ailə qurmuşlar və hazırda onlar arasında rəsmi nikah mövcud deyildir. Birgə yaşadıqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq uzun müddətdir ayrılmış və birgə nikahdan doğulmuş uşaq atası ilə birlikdə, anasından ayrı olmaqla yaşayır. Cavabdeh olan ana xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment tələbi” ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, birgə nikahlarında dünyaya gəlmiş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay onun xeyrinə 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutulmasına və onun tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə ikinci dəfə ailə qurduğuna görə hal-hazırda hamilə olduğundan iddianın rədd edilməsini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində, 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü ildə ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2024-cü ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının və cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsi, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti və tərəflər arasında rəsmi nikahın olmaması nəzərə alınaraq iddia qismən təmin olunmalı, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşağın saxlanılması üçün anası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, 0,46 misli (345 x 0,46 = 158,7 manat) həddində sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmçinin müəyyən edilir edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və onun tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənilməsi nəzərə alınmalı və cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşağın saxlanılması üçün anası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar