Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-353/2024 16.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X10 Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı Raqif qızının nümayəndəsi X6, cavabdeh X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Raqif qızının Cavabdeh qarşı «hamiləlik dövründə və doğulacaq uşaq 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən alimentin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Raqif qızı Cavabdeh qarşı hamiləlik dövründə və doğulacaq uşaq 3 yaşına çatanadək saxlanmsı üçün cavabdehdən maddi yardım tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanmsı üçün ona hər ay sabit pul məbləğində 300 manat maddi yardım tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Raqif qızı ilə Cavabdeh xx.xx.2023cü il tarixdə nikahlarını qeyd etdirməklə evlənmişlər. Hazırda iddiaçı hamilədir. Aralarında münasibətləri pozulduğundan iddiaçı anasının evində yaşayır. Ansı xadimə işləyir maddi vəziyyəti ağırdır.İddiaçı hamiləliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir.Cavabdeh könüllü polarq on maddi yardım göstərmir. Odur ki, Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanmsı üçün ona hər ay sabit pul məbləğində 300 manat maddi yardım tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini, cavabdeh X2 hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanmsı üçün İddiaçı Raqif qızına hər ay sabit pul məbləğində 300 manat maddi yardım tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək ifadəsində bildirdi ki, ailənin dağılmasını istəmir. İddiaçının tələb etdiyi məbləğı ödəməyə cavabdehin maddi imkanı yoxdur. 150 manatdan artıq ödəməyə maddi imkanı yoxdur. İşdə olan Gəncə şəhər qeydiyyat şəbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-R-5156/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı Raqif qızı xx.xx.2023-cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 84 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Rüstəmova soyadı verilmişdir. İşdə olan “Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüququ şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli DOPPLER ULTRASOUND sənədində Rəqsanə Rüstmovanın 27 həftə 4 günlük hamilə olduğu göstərilmişdir. İşdə olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞG/1-MT007/2023-04078 nömrəli arayışdan görünür ki, İddiaçı Raqif qızı xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 5 manat poçt xidməti ödəmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan etiraz ərizəsindən görünür ki, Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə ailə qurub, xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Evləndikdən sonra mehriban və səmimi ailə həyat tərzi keçırmişlər.Lakin sonradan aralarında xırda narzılıq yaranmış, Rəqsanənin ailəsi onların hayatına müdaxilə etmiş və Rəqsanəni evlərinə aparıb boşatdıracğını demişdir. O, isə etirazını bildirmişdir. Rəqsanə ilə ailə olaraq yaşamaq məqsədindədir. İddiaçının ərizəsini təhdid və bir başa hədə kimi başa düşmək olar. Belə ki, iddiaçının hələ uşaq dünyaya gəlməmiş yardım tələbi irəli sürməsi, eyni zamanda hamilə olduğuna görə işləyə bilməməsi məlumatı yanlışdır. Rəqsanə 24 yaşında olmasına baxmayaqar heç vaxt işləməmişdir. O, baş beyinin xəstəliyi travnası və disfunksiyası nəticəsində yaranan digər üzvi zədələnməsi (doğuş travması) nəticəsində yüngül dərəcədə əqli gerilik, nitq qüsuru və davranış pozuntuları və ağırlaşdırma diaqnozu ilə İİ qpup əlilliyə görə ömürlük pensiya alır. Bu diaqnoz onun gələcəkdə uşaq dünyaya gətirməsinə və eyni zamanda uşağın saxlanmasında tərbiyə olunmasında iştirakına şübhə doğurur. Bu səbəbdən onun uşağa görə yardım tələbi həqiqətə uyğun deyildir. İddiaçının ailə üzvü 3 nəfərdir. Anası xadiməçi işləyir, bacısı Aytac xanım isə eynilə İİ qrup əlilliyə görə pensiya alır. Görünür ki, bunların hər birinin doğulacaq uşağın sağlamlığı tərbiyylənməsi işində fəalliqları sual altındadır.İddiaçının ona qarşı maddi yardım tələbi əsassız olduğundan iddia tələbinin rədd olunmasını və ailənin bərpa olunmasına köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər faktiki evlənməklə xx.xx.2023cü il tarixdə nikahını Gəncə şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahından iddiaçı hamilədir. Ər-arvad ayrılmış və iddiaçı anasının evində yaşayır. İddiaçı hamiləlik dövründə və doğulacaq uşaq 3 yaşına çatanadək saxlanmsı üçün cavabdehdən maddi yardım tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanmsı üçün ona hər ay sabit pul məbləğində 300 manat maddi yardım tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir, Cavabdeh ailənin dağılmasını istəmir 150 manat yardım ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad biri-birinə maddi cəhətən köməklik etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci madd\sində göstərilir ki, bu köməyin göstərilməsindən imtina eduldikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2 hamıləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmçinin məhkəmə tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində maddi yardımın müəyyənləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, maddi yardımın tutulması ərizənin verildiyi xx.xx.2024cü il tarixdən etibarən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci və 5 manat poçt xidməti ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 55 (əlli beş) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Raqif qızının hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı Raqif qızına verilsin. Alimentin tutulması iddia ərisəzinin verildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Cavabdeh 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı Raqif qızına verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-353/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-353/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver