Məhkəmə qərarları › İş №2(066)-406/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-406/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-406/2024 25.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X14 Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X3 aralarında olan 11 yanvar 2016-cı il tarixli 75 nömrəli nikah akt qeydiyyatı pozulmuş və birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X10 ataları İddiaçı yanında saxlanılmışlar. Uşaqlar iddiaçı ilə birlikdə Gəncə şəhəri Şahmar Musayev küçəsi, bina 6, mənzil 4-də yaşayırlar. İddiaçı aylıq qazancı ilə uşaqların maddi təminatını tam ödəyə bilmir. Cavabdeh uşaqların anasıdır və valideyin kimi uşaqların maddi təminatlarının təmin olunmasında iştirak etməlidir. Uşaqların hər birinə aylıq olaraq 100 manat ödəniş olsa onun qazancı ilə birlıkdə uşaqların maddi təminatını təmin edə bilər. Bununla bağlı iddiaçı Gəncə 1 saylı Mediasiya təşkilatına mütaciət etsədə cavabdeh Mediasiya təşkilatına gəlməmişdir. Odur ki, məhkəmədə iddia qaldıraraq cavabdeh X2 xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay uşaqların hər birinə görə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı uşaqların hər birinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 hər ay 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit sabit pul məbləğində aliment tutulub uşaqların ataları İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə xərclərini cavabdehdən tələb etmirlər. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul edərək ifadəsində bildirdi ki, uşaqlarının saxlanılması üçün iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə razıdır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 100888 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 xx.xx.2016-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN xidmət”mərkəzi qeydiyyat şöbəsində 75 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı 702740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 yanvar 2016-cı il tarixdə doğulmuşdur. Valideynləri- atası İddiaçı, anası X9 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı 201463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 may 2017-ci il tarixdə doğulmuşdur. Valideynləri- atası İddiaçı, anası X9 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV seryalı, 485812 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 iyun 2020-ci il tarixdə doğulmuşdur. Valideynləri- atası İddiaçı, anası X9 qeyd edilmişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 11 yanvar 2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 75 nömrəli nikah akt qeydinin pozulması və tərəflərin birgə nikahdan olan 26 yanvar 2016-cı il təvəllüdlü X11, 22 may 2017-ci il təvəllüdlü X7 və 20 iyun 2020-ci il təvəllüdlü X10 ataları, yəni cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdə olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞG/1-MT007/00177 nömrəli arayışdan görünür ki, İddiaçı mümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiya xərci ödəmiş, X9 isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər xx.xx.2016-cı il tarixdə nikahınını Gəncə “ASAN xidmət”mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahından 3 uşaqları var. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X3 aralarında olan 11 yanvar 2016-cı il tarixli 75 nömrəli nikah akt qeydiyyatı pozulmuş və birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X10 ataları İddiaçı yanında saxlanılmışlar. Uşaqların maddi təminatlarını iddiaçı ödəyir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh uşaqlarının hər birinin saxlanılması üçün 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi, İddiaçı hər bir uşağının saxlanılması üçün sabit məbləğdə 100 manat olmaqla cəmi 300 manat aliment tələb edir, cavabdeh Kənarə İsmayılova isə həmin məbləğdə alimenti ödəməyə razıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc olan 55 manat iddiaçı tərəfindən ödənilmiş və cavabdehdən tələb etməməsi nəzərə alınmalı, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı uşaqların hər birinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 hər ay 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit sabit pul məbləğində aliment tutulub uşaqların ataları İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar