Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-414/2024 07.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı ştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “Aliment öhtəliyindən azad edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı “Aliment öhtəliyindən azad edilməsi tələbinə dair” iddia qaldıraraq, arvadı X7 ilə birgə nikahdan olan uşaqları 28 may 2028-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(066)-2797/2016 nömrəli qətnaməsi hər ay 80 manat məbləğində aliment öhtəliyinə təyin edilən vaxtdan xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, cavabdeh X6 ilə 2009-cu il faktiki nikaha girməklə evlənmişdir. Bu münasibətdən onların 26 noyabr 2011-ci il təvəllüdlü Əliyeva Xalidə qızı və 28 may 2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Onlar bir müddətbir yerdə yaşasalarda aralarındakı narazılıqlara görə ayrılmışlar. Ayrılarkən uşaqlardan 28 may 2015-ci il təvəllüdlü X9 onun yanında, 26 noyabr 2011-ci il təvəllüdlü Əliyeva Xalidə qızı isə anasının yanında qalmışdır. Göygöl rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(066)- 2797/2016 nömrəli qətnaməsinə əsasən ondan hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) məbləğində aliment cavabdeh X3 xeyrinə ondan tutulması qət edilmişdir. Son iki ildir ki, uşaqlardan 28 may 2015-ci il təvəllüdlü X9 onun yanındadır. Ona görə də o, 28 may 2015ci il təvəllüdlü X9 üçün aliment ödəmir. Özünün maddi vəziyyəti çox aşağıdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1977-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Göygöl rayon İH başçısının Göygöl rayon Topalhəsənli kənd icra nümayəndəlinin arayışından məlum olur ki, İddiaçı Göygöl rayon Topalhəsənli kəndində qeydiyyatda olmaqla, oğlu 28 may 2015-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(066)-2797/2016 nömrəli qətnaməsindən məlum olur ki, 26 noyabr 2011-ci il təvəllüdlü Əliyeva Xalidə qızı və 28 may 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) məbləğində aliment İddiaçı X3 xeyrinə ondan tutulması qət edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(066)-377/2023 nömrəli qətnaməsindən məlum olur ki, İddiaçı cavabdeh X4 qarşı “28 may 2015-ci il təvəllüdlü X5 atanın yanında qalmasının müəyyən edilməsi və 28 may 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 hər ay 193 manat alimentin tutulması tələbi” üzrə iddiası təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsin 13 iyul 2023-cü il tarixli 2(104)-1373/2023 nömrəli qətnaməsindən məlum olur ki, Göygöl Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(066)-2797/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ilə faktiki nikah nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 2 nəfər uşaqları olmuşdur. Aralarındakı narazılıqlara görə ayrılmışlar. Onlar ayrıldıqdan sonra Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(066)-2797/2016 nömrəli qətnaməsinə əsasən 26 noyabr 2011-ci il təvəllüdlü Əliyeva Xalidə qızı və 28 may 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) məbləğində aliment İddiaçı X3 xeyrinə ondan tutulması qət edilmişdir. İddiaçı 28 may 2015-ci il təvəllüdlü X5 öz yanında saxlanması və ona görə cavabdeh X1 məhkəmə qaydasında aliment tələb etmiş olsa da iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi məhkəmə qaydasında 28 may 2015-ci il təvəllüdlü X5 anasının yanında saxlanması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 28 may 2015-ci il təvəllüdlü X5 bacısı 26 noyabr 2011-ci il təvəllüdlü Əliyeva Xalidə qızı ilə bir ailədə analarının yanında saxlanması və onların vahid ailədə yaşamaları onların psixoloji cəhətdən sağlam böyümələri üçün vacibdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı “Aliment öhtəliyindən azad edilməsi tələbinə dair” iddiası əssasız olduğundan rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-414/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-414/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver