Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-624/2024 12.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağa və anaya görə sabit məbləğdə alimentin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «uşağa və anaya görə sabit məbləğdə alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faktiki nikahlarından doğulan övladları tel:25.07.2019xx.xx.2019-ci il təvəllüdlü X8 və tel:28.06.2021xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin gəlir və qazancından hər uşağa 300 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə və tel:28.06.2021xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün onun xeyrinə 150 manat sabit pul məbləğində alimentin tutulması barədə və mediasiya xidmətinə ödədiyi 55 manat xidmət haqqının da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikahlarından tel:1.%2025.07.2019xx.xx.2019-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı 2 övladları olmuşdur. Hal-hazırda uşaq onun himayəsindədir və uşağa özü baxır. Lakin cavabdeh bir manatda olsun köməklik göstərmir və uşağın saxlanılması üçün heç bir qayğı göstərmir. Bu səbəbdən də hesab edir ki cavabdeh uşağa baxmadığına görə uşağın saxlanılması üçün aliment ödəməlidir. Hesab edir işə baxan məhkəmə ədalətli qaydada işi araşdıracaq və alimentin müəyyən edilməsi barədə qətnamə çıxaracaqdır. Həmçinin bildirir ki, mediasiya xidmətinə müraciət etmişdir. Lakin cavabdeh mediasiya xidmətinə gəlməmiş, mediasiyadan bu barədə müvafiq arayışı almış və mediasiyaya ödədiyi xidmət haqqını iddia ərizəsinə əlavə etmişdir. Cavabdehlə bir neçə ay mehriban şəkildə bir yerdə yaşamışlar və ər-arvad kimi birgə təsərrüfat aparmışlar. Demək olar ki, aralarında heç bir zidiyyət və problem olmamışdır. Lakin cavabdeh son vaxtlar ona və uşağa qarşı həddən artıq laqeyd olmuş, ümumiyyətlə uzun müddətdir cavabdeh onlarla birgə yaşamır və bir manatda olsun qazancını görmürlər. Artıq onunla heç bir ailə bağları qalmamışdır. Cavabdeh uşağa baxmaq və ya qayğı göstərmək belə istəmir və ona qarşı heç bir ailə münasibəti saxlamır. Özü uşaqlarını təkbaşına saxlamalı və onlara təkbaşına qayğı göstərməli olur. Bu səbəbdən də o, cavabdehlə yaşamağın qeyri-mümkün olduğunu görüb ondan ayrılmalı olmuş və hazırda məcburiyyət qarşısında qalıb cavabdehə qarşı aliment tələbinə dair iddia qaldırmalı olur. Cavabdehin maddi vəziyyəti hazırda çox yaxşıdır və bildiyinə görə ailəli deyil, ailə vəziyyətində dəyişiklik yoxdur. Himayəsində olan övladları azyaşlıdır. Uşaqları azyaşlı olduğuna görə heç bir yerdə işləyə bilmir və əmək fəaliyyəti ilə məşğul ola bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə 2 aydır ki, ayrı yaşayır. Özü isə heç bir yerdə işləmir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul edərək göstərdi ki, Göygöl Rayon Polis şöbəsində işləyir. İddiada tələb olunan aliment məbləği ilə razıdır və heç bir etirazı yoxdur. Öz uşaqlarına görə aliment verməyə hazırdır, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 316655 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamışlar. Nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin 01-ci ayının 27-ci günündə 206 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Göygöl rayon İHB Yeni Zod kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 478363 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Valideynləri- Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İşdə olan Göygöl rayon Yeni Zod kənd İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı, 193664 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Valideynləri- Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG-1-MT007/2024 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment” mübahisə üzrə xx.xx.2024-cü il tarixində, saat 16:00-da mediator X5 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda Cavabdeh iştirak etməmiş və İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Yeni Zod kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Göygöl rayonunun Yeni Zod kəndində müvəqqəti qeydiyyatdadır və yaşayır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə doğulmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər faktiki evlənməklə nikahlarını xx.xx.2019-cu ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı 2 nəfər uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq uzun müddətdir ayrılmışlar və onların birgə ər-arvad münasibətindən doğulmuş uşaqları anaları ilə birlikdə, atasından ayrı olmaqla yaşayırlar. Cavabdeh olan ata xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında barışıq əldə olunmamışdır. Bundan sonra iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, birgə nikahdan doğulan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin cavabdehin hesabından onun nəfinə müəyyən olunmasını və xx.xx.2021-ci il təvəllüdlü Fatimə adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat alimentin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh iddia tələbini qəbul etmiş, tələb olunan aliment məbləği ilə razı olduğunu və buna heç bir etirazı olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın saxlanması üçün aliment məbləğinin həcmini araşdıraraq, uşağa baxmağın hər iki valideynin borcu olmasını, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, hər ay hər bir uşağa görə 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021ci il təvəllüdlü X4 adlı uşağın 3 yaşına çatanadək hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment müəyyənləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması ərizənin verildiyi xx.xx.2024-cü il tarixdən etibarən hesablanmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarından görünür ki, iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği, iddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh hər ay, hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulub anası İddiaçı verilsin. Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşağın 3 yaşına çatanadək uşağın anası üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-624/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-624/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver