Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-634/2025 06.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların himayəsində olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşaqların himayəsində olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X1 onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “uşaqların himayəsində olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə "xxxx"MMC vasitəsi ilə qəbzin nömrəsi **********, əməliyyat İD ********************6111xxx3187, terminal nömrəsi 54609, büdcə təsnifat kodu 14221301, büdcə səviyyə kodu 1, xəzinə hesabı: AZ43CTRE******************** məhkəmənin hesabına ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-634/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-634/2025
06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver