Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-645/2024 19.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə, DƏDRX-nin 3 saylı Ərzai İdarəsinə və Cavabdeh4 qarşı «ipoteka müqaviləsinin və onun dövlət qeydiyyatının xitam edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada məhkəmə binasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə, DƏDRX-nin 3 saylı Ərzai İdarəsinə və Cavabdeh4 qarşı «ipoteka müqaviləsinin və onun dövlət qeydiyyatının xitam edilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Atabank ASC-i ilə onun arasında ona məxsus ünvan 1i ünvanında 0.11 ha torpaq sahəsində yerləşən evə dair bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış qeydiyyat üzrə ipotekanın dövlət qeydiyyatına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-ti ilə «X4 Təsərrüfatı» MMC-ti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 017 PFHK nömrəli kredit müqaviləsinə əsasən özünə məxsus ünvan 2i ünvanında 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini «X4 Təsərrüfatı» MMC-ti ilə Ata-Bank ASC-ti arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh "xxxx" ASC-nə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə borcu «X4 Təsərrüfatı» MMC-ti -bank qarşısında öz öhdəliyini icra etmədiyinə görə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-484/2020 saylı qətnaməsinə əsasən ipoteka ilə yüklü etdiyi mülkiyyətimdə olan ünvan 2i ünvanda yerləşən evinə tutqu yönəldilməklə evin açıq hərraca çıxarılması əmlakın açıq hərracda satılması və evin boşaldılması qət olunmuşdur. Həmin qətnamə icra olunması üçün cavabdeh Göygöl rayonu, İcra və Probassiya şöbəsinə göndərilmiş və Göygöl rayonu, İcra və Probassiya şöbəsi əmlakı satılması üçün hərraca göndərilmiş hərrac prosesləri baş tutmuş sonuncu hərracdan sonra əmlak cavabdeh iş üzrə tələbkar Ata Bank ASC-nə təklif edilmiş, lakin tələbkar əmlakı borc üzrə qəbul etməmişdir. Hərrac icra məmurunun sifariş məktubu üzrə keçirildikdən sonra tələbkar da əmlakı borc üzrə qəbul etmədiyinə görə icra şöbəsinə geri qaytarmamışdır. Hansı ki, əslində Cavabdeh1 əmlakın sifarişindən sonra satılmadığından hərracla bağlı sənədləri tələb etməklə icra vərəqəsini məhkəməyə geri qaytarmalı və Hərrac Mərkəzidə hərrac baş tutmadığından sənədləri Göygöl rayon İcra və Probassiya şöbəsinə geri qaytarmalı idi. Artıq icra sənədinin geri qaytarılması ilə bağl 2020-ci il tarixdən 4 il müddət keçmiş və əmlakın qəbulu bu müddət ərzində icrasız olaraq qalmışdır. Həmin ev satışa çıxarılan zaman onun dövlət qeydiyyatı qeydiyyat orqanı həmin evin satılması mümkün olmadığından həmin evə dair bağlanmış ipoteka müqaviləsin və onun dövlət qeydiyyatının ləğvi tələbi ilə bağlı zərurət yaranmışdır. Hazırda qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu baxımdan mülkiyyətində olan fərdi yaşayış evinin üzrǝində mülkiyyət hüququnu təmin edilməsi zərurəti məqsədi ilə qeyd olunan mübahisə üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik olmaqla tələb əsaslandırılmamış, cavabdehlərin hər birinə yönələn tələbi müəyyən etmək və cavabdehlərin dairəsini müəyyən etmək mümkün deyildir. Həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməmiş, həmçinin cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4.-ci maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1.-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə, DƏDRX-nin 3 saylı Ərzai İdarəsinə və Cavabdeh4 qarşı «ipoteka müqaviləsinin və onun dövlət qeydiyyatının xitam edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(066)-645/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-645/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver