Məhkəmə qərarları › İş №2(066)-701/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-701/2023

16.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-701/2023 16.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Gəncə ASAN xidmət mərkəzinin Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Gəncə ASAN xidmət mərkəzinin Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək, Gəncə ASAN xidmət mərkəzinin dövlət notariusu tərəfindən təsdiqlənmiş 40-1468 reyestrli, xx.xx.2014-cü il tarixli Göygöl şəhəri, Hummel küçəsi ev 44, 1 saylı mənzilin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixdə Cavabdeh adına mülkiyyət hüququnun qeydiyyata alınmış çıxarışının ləğv edilməsi, mirasın faktiki qəbul edilməsini müəyyən edərək İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh məcburi paylarının tanınması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X5 adına ünvan 1 ünvanında 1 saylı mənzil olmuşdur. İddiaçılar qeyd olunan ünvanda uzun illər yaşamışlar. Boya başa çatandan sonra ailə həyatı quraraq qeyd olunan ünvandan köçmüşlər. 1988-ci ildə iddiaçıların anası X6 vəfat edəndən sonra ataları yenidən ailə qurmuşdur. İddiaçıların atasının ikinci həyat yoldaşından xx.xx.1993-cü il tarixində Cavabdeh anadan olmuşdur. İddiaçıların oğey qardaşı ilə əvvəllər hər hansı bir problemləri olmamışdır. İddiaçılar Cavabdeh doğma qardaşları kimi qəbul etmişlər. 2014-cü il tarixdə iddiaçıların atası X1 müəyyən problemlər aşkar olunmuşdur. Belə ki, iddiaçıların atası onkologiya mərkəzinə müraciət etmişdir və müayinələr nəticəsində müəyyən edilmişdir ki, onda "Ağciyərdə törəmə, mezotelioma" xəstəliyi vardır. İddiaçıların atası bu barədə məlumat aldıqdan sonra psixoloji problemləri başlamış və öz hərəkətlərini dərk etməməyi ilə bağlı qeyd olunan psixoloji problemləri üzə çıxmışdır. İddiaçıların atasının xəstəliyi inkişaf etdiyinə görə mütəmadi olaraq o müayinələrdən keçmişdir. xx.xx.2015-ci il tarixdə iddiaçıların atasında "Qaraciyərdə sirroz əlamətləri" aşkar olunmuşdur. İddiaçıların atası qeyd olunan tarixlər arasında kimiya-terapiya kursları almışdır. 2018-ci ildə iddiaçıların atasının xəstəliyi ağırlaşmışdır və ona onkologiya mərkəzində həkimlər artıq "xətəliyin proqresivləşməsi, sümüklərdə metastazların" olması ilə bağlı qeydlər aparmışlar. İddiaçıların atasının xəstəliyi inkişaf etdiyi zaman onun psixoloji durumuna təsir etmiş və faktiki olaraq normal həyat sürməyən insan nə və necə etdiyini başa düşməmişdir. İddiaçıların atasının xəstələndiyindən əvvəldə ikinci həyat yoldaşından olan oğlu ogey qardaşları olan Cavabdeh atası ilə normal münasibətdə olmamışdır. İddiaçıların atasının xəstəliyi üzə çıxandan sonra da bu münasibət daha da pisləşmişdir. Belə ki, iddiaçılar 3 bacı artıq evli olduqlarına görə ata evindan uzaq olmuşlar. Lakin iddiaçılar atalarına quluq etməyə və onun qayğısına qalmağa çalışmışlar, ancaq ögey qardaşı Cavabdeh atasına kömək etməmiş və ümiyyətlə elə bil xəstəliyini görməmişdir. İddiaçıların atası uzun sürən xəstəlikdən sonra xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçılar atasının dəfnində və dəfndən sonra olan mərasimlərdə iştirak etmişlər. Cavabdeh X8 nə dəfndə nədə dəfindən sonra olan prosesdə iştirak etməmişdir. İddiaçılar atasının xəstəliyi ilə bağlı və dəfn prosesi ilə bağlı bütün xərcləri onlar özləri qarşılamışlar. İddiaçıların atası vəfat edəndən sonra ögey qardaşlarını hərəkətlərinə görə danışdırmırlar. İddiaçılara yaxın qohumlar tərəfindən atalarının adına olan mənzilin Cavabdeh adına keçməsi bildirilmişdir. İddiaçılar bununla bağlı vəkilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Sorğu verilməsini xahiş etmişlər. Vəkil sorğusu nəticəsində iddiaçıların atasının xəstəliyi ilə bağlı olduğu və atalarının psixoloji durumu yerində olmadığı bir dövrdə xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında, atalarının adına olan ev Cavabdeh adına keçmişdir. Cavabdeh atasının psixoloji durumundan istifadə edərək, faktiki olaraq iddiaçıları ata yurdundan və miras əmlakından məhrum etmişdir. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, o, 1984-cü ildə ərə getmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır. Cavabdeh onun qardaşıdır. Onlar evi qardaşlarına vermişlər. Lakin, son bir neçə ildə qardaşları onlara qardaşlıq etməmiş və onları dəfələrlə söyüb təhqir etmişdir. Bu səbəbdən də onlar mirasdan öz paylarını tələb edirlər. Həmçinin, ataları evi bağışlayan zaman xəstə olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək bildirdi ki, o, 1990-cı ildə ərə getmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır. Cavabdeh onun qardaşıdır. Onlar evi qardaşlarına vermişlər. Lakin, son bir neçə ildə qardaşları onlara qardaşlıq etməmiş və onları dəfələrlə söyüb təhqir etmişdir. Bu səbəbdən də onlar mirasdan öz paylarını tələb edirlər. Həmçinin, ataları evi bağışlayan zaman xəstə olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, o, 1983-cü ildə ərə getmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır. Cavabdeh onun qardaşıdır. Onlar evi qardaşlarına vermişlər. Lakin, son bir neçə ildə qardaşları onlara qardaşlıq etməmiş və onları dəfələrlə söyüb təhqir etmişdir. Bu səbəbdən də onlar mirasdan öz paylarını tələb edirlər. Həmçinin, ataları evi bağışlayan zaman xəstə olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçılar onun bacılarıdır. Onlar 30 ildən artıqdır ərə gedib ata evlərini tərk etmişlər. Hal-hazırda da Bakı şəhərində yaşayırlar. Mərhum atası ilə o yaşamışdır və atası sağ ikin evi ona bağışlamışdır. Bütün bacılarının da həmin bağışlamadan xəbərləri olmuşdur. O, heç bir bacısını təhqir etməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə üçüncü şəxs 1 saylı Gəncə Regional “ASAn Xidmət” mərkəzində notariat ofisinin notariusu Zülfiqar Ağcayev məhkəməyə məktub göndərərək, işə notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılıb qanuna uyğun çıxarılacaq hər hansı bir qərara etirazının olmamasını bildirmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci ildə doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1967-ci ildə doğulmuşdur. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1973-cü ildə doğulmuşdur. Qazax rayonu, Bağanıs ayrım kəndində qeydiyyatdadır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə doğulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Femida” vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********35 nömrəli mətkubdan görünür ki, Cavabdeh adına Göygöl şəhəri, Hummel küçəsi, ev 44, 1 saylı mənzil Gəncə ASAN xidmət mərkəzinin dövlət notariusu X10 tərəfindən təsdiq edilmiş 4Ə-1468 reyestrli xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Gəncə Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 006231 nömrəli, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 03-cü ayının 25-ci günündə 559 nömrə ilə qeyd edilmişdir. 15 may 2014-cü il tarixli bəxşeyiş müqaviləsinin surətindən görünür ki, X9 ona məxsus olan və Azərbaycan Respublikası Xanlar TİB tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş 6- 1187 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 1488 qeydiyyat nömrəli arayışa əsasən ünvan 3 ünvanda yerləşən, 1917-ci ildə tikilmiş 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 65,8 kv.m, yardımçı sahəsi 19.2 kv.m, yaşayış sahəsi 46,6 kv.m olan və 2 (iki) yaşayış otağından ibarət mənzili oğlu Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, Hummel küçəsi, bina 44, mənzil 1 ünvanında yerləşən xüsusi mülkiyyət növlü ümumi sahəsi 66,4 kvadratmetr mənzilin hüquq sahibinin adı kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Gəncə ASAN xidmət mərkəzinin Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək, iddiaçıların atası X5 adına ünvan 1 ünvanında 1 saylı mənzil olmuşdur. İddiaçılar qeyd olunan ünvanda uzun illər yaşamışlar. Boya başa çatandan sonra ailə həyatı quraraq qeyd olunan ünvandan köçmüşlər. 1988-ci ildə iddiaçıların anası X6 vəfat edəndən sonra ataları yenidən ailə qurmuşdur. İddiaçıların atasının ikinci həyat yoldaşından xx.xx.1993-cü il tarixində Cavabdeh anadan olmuşdur. İddiaçıların oğey qardaşı ilə əvvəllər hər hansı bir problemləri olmamışdır. İddiaçılar Cavabdeh doğma qardaşları kimi qəbul etmişlər. 2014cü il tarixdə iddiaçıların atası X1 müəyyən problemlər aşkar olunmuşdur. Belə ki, iddiaçıların atası onkologiya mərkəzinə müraciət etmişdir və müayinələr nəticəsində müəyyən edilmişdir ki, onda "Ağciyərdə törəmə, mezotelioma" xəstəliyi vardır. İddiaçıların atası bu barədə məlumat aldıqdan sonra psixoloji problemləri başlamış və öz hərəkətlərini dərk etməməyi ilə bağlı qeyd olunan psixoloji problemləri üzə çıxmışdır. İddiaçıların atasının xəstəliyi inkişaf etdiyinə görə mütəmadi olaraq o müayinələrdən keçmişdir. xx.xx.2015-ci il tarixdə iddiaçıların atasında "Qaraciyərdə sirroz əlamətləri" aşkar olunmuşdur. İddiaçıların atası qeyd olunan tarixlər arasında kimiya-terapiya kursları almışdır. 2018-ci ildə iddiaçıların atasının xəstəliyi ağırlaşmışdır və ona onkologiya mərkəzində həkimlər artıq "xətəliyin proqresivləşməsi, sümüklərdə metastazların" olması ilə bağlı qeydlər aparmışlar. İddiaçıların atasının xəstəliyi inkişaf etdiyi zaman onun psixoloji durumuna təsir etmiş və faktiki olaraq normal həyat sürməyən insan nə və necə etdiyini başa düşməmişdir. İddiaçıların atasının xəstələndiyindən əvvəldə ikinci həyat yoldaşından olan oğlu ogey qardaşları olan Cavabdeh atası ilə normal münasibətdə olmamışdır. İddiaçıların atasının xəstəliyi üzə çıxandan sonra da bu münasibət daha da pisləşmişdir. Belə ki, iddiaçılar 3 bacı artıq evli olduqlarına görə ata evindan uzaq olmuşlar. Lakin iddiaçılar atalarına quluq etməyə və onun qayğısına qalmağa çalışmışlar, ancaq ögey qardaşı Cavabdeh atasına kömək etməmiş və ümiyyətlə elə bil xəstəliyini görməmişdir. İddiaçıların atası uzun sürən xəstəlikdən sonra xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçılar atasının dəfnində və dəfndən sonra olan mərasimlərdə iştirak etmişlər. Cavabdeh X8 nə dəfndə nədə dəfindən sonra olan prosesdə iştirak etməmişdir. İddiaçılar atasının xəstəliyi ilə bağlı və dəfn prosesi ilə bağlı bütün xərcləri onlar özləri qarşılamışlar. İddiaçıların atası vəfat edəndən sonra ögey qardaşlarını hərəkətlərinə görə danışdırmırlar. İddiaçılara yaxın qohumlar tərəfindən atalarının adına olan mənzilin Cavabdeh adına keçməsi bildirilmişdir. İddiaçılar bununla bağlı vəkilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Sorğu verilməsini xahiş etmişlər. Vəkil sorğusu nəticəsində iddiaçıların atasının xəstəliyi ilə bağlı olduğu və atalarının psixoloji durumu yerində olmadığı bir dövrdə xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında, atalarının adına olan ev Cavabdeh adına keçmişdir. Cavabdeh atasının psixoloji durumundan istifadə edərək, faktiki olaraq iddiaçıları ata yurdundan və miras əmlakından məhrum etmişdir. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). İddia tələbindən görünür ki, iddiaçılar ilkin olaraq bağışlama müqavilənin etibarsız hesab edilməsi xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə və gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır (Mülki Məcəllə 668). Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər (Mülki Məcəllə 669). Hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdəbağışlamaqdan imtina edə bilər (Mülki Məcəllə 673.1). Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda ləğv edə və onun icrasından imtina edə bilər (Mülki Məcəllə 673.2). Mülki Məcəllənin 674.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Qanunvericiliyin məzmunundan aydın görünür ki, daşınmaz əmlaka dair həyata keçirilən hər hansı hüquq (eləcə də bağışlama müqaviləsinin bağlanması) hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırki işdən müəyyən edilir ki, Göygöl şəhəri, Hummel küçəsi, bina 44, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 66,4 kvadratmetr olan xüsusi mülkiyyət növlü mənzil X3nun mülkiyyətində olmuşdur. Həmçinin, X9 mülkiyyətində Göygöl şəhəri, Hummel küçəsi, bina 44, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 66,4 kvadratmetr olan xüsusi mülkiyyət növlü mənzili tam mülkiyyət üzrə Gəncə ”ASAN-Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış 15 may 2014-cü il tarixli dbəxşeyiş müqaviləsinə əsasən oğlu Cavabdeh bağışlamışdır. Yuxarıda qeyd olunan bəxşeyiş müqaviləsindən görünür ki, həmin müqavilədə heç bir qeyd-şərt qoyulmadan atasının mülkiyyətində olan əmlak şəxsən onun özü tərəfindən və sərbəst iradəsi ilə cavabdehə bağışlanmışdır. “K.Rəcəbovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlərüzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq sərəncamhüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmişimkanı olmasını qeyd etmişdir. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın(əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərəalınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin miras əmlakın faktiki qəbul edilməsi və məcburi payların müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. İşin faktiki hallarından müəyyən olunur ki: X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X5 ölümündən sonra onların birinci növbə vərəsələri olan –İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh qalmışdır. X9 vəfat etdikdən sonra onun hal-hazırda vərəsəsi olaraq qalmış – Cavabdeh miras qalan əmlakda yaşayır və onu faktiki olaraq idarə edir. Eyni zamanda da, mübahisəli əmlak X9 tərəfindən Cavabdeh bağışlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişlər. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Eyni zamanda, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mirası əmlakı faktiki olaraq da qəbul etməmişlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur:

1. miras əmlaka faktiki sahiblik etmək;

2. miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Həmçinin işdən müəyyən edilir ki, iddiaçılar 30 ildən artıq müddətdə mübahisəli evdə yaşamamış və başqa təsərrüfat aparmışlar. Bundan başqa, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllə 1194 maddəsi). Eyni zamanda qeyd edilməlidir ki, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması da mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. (Mülki Məcəllə 1202 maddəsi). Yəni, məcburi pay almaq istəyən vərəsələrdə qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etməlidirlər. Lakin, mərhumun digər digər birinci növbədə olan vərəsləri miras əmlakı nə faktiki, nədə ki qanun üzrə qəbul etməmişlər. Belə olan halda, onlar mərhumun vərəsəsi sayıla bilməzlər. Beləliklə hazırki iş üzrə iddiaçılar miras əmlakı faktiki idarə edərək onun saxlaması və ya təsərrüfat aparması ilə bağlı heç bir hərəkət etməmiş, eyni zamanda həmin əmlaka sahiblik etməsi ilə bağlı da məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçıların ata evinə qonaq kimi, həmçinin yas və valideynlərinin xəstəlik zamanları gəlib getməsi mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, mirasın faktiki qəbulu o zaman baş verir ki vərəsə miras əmlakın hamısını və ya bir hissəsini faktiki idarə edir və ondan öz əmlakı kimi istifadə edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiаçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Gəncə ASAN xidmət mərkəzinin Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Əyyub Kərimov. İş № 2(066)-701/2023

AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN

QƏTNAMƏDƏNÇİXARİŞ

Göygöl Rayon Məhkəməsi

16 may 2023-cü il Göygöl şəhəri.

Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Gəncə ASAN xidmət mərkəzinin Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiаçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Gəncə ASAN xidmət mərkəzinin Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar