Məhkəmə qərarları › İş №2(066)-709/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-709/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-709/2024 03.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, nümayəndəsi (anası) Nümayəndə2 və Cavabdeh nümayəndəsi (arvadı) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin sabit məbləğdə tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin sabit məbləğdə tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödədiyi 55 (əlli beş) manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu X6 ilə ailə qurub bir yerdə yaşayaraq bir təsərrüfatı idarə etmişlər. Cavabdeh oğlu, X6 ilə nigahlarından tel:22.03.2014xx.xx.2014-cü il tarixdə X7 anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin tel:30.03.2018xx.xx.2018-ci il tarixli, 2(066)-584/2018 nömrəli qətnaməsi ilə 22 mart 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qət olunduğu vaxtdan cavabdeh azyaşlı X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün heç bir maddi köməklik və aliment ödəməmiş, o, Rusiya Federasiyasının Moskva şəhərinə gedərək, aliment ödənilməsindən qərəzli böyun qaçırmışdır. Özü hal-hazırda heç bir yerdə işləmir, azyaşlı Kənanın maddi təlabatını təmin edə bilmir. Cavabdeh, azyaşlı X4 babası olsa da, o, nəvəsi Kənanın yetkinlik yaşına çatana kimi saxlanması üçün heç bir maddi köməklik göstərmir. Özü tək başına uşağın maddi təminatını təmin edə bilmir. Onun hazırda maddi imkanı yoxdur, çətinlik çəkir, ancaq ata-anasının köməkliyi ilə yaşayıb dolanmağa məcbur olmuşdur. Bununla bağlı o, Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh mediasiya xidmətinə gəlməmiş, aliment verməkdən imtina etmişdir. Ona görə ilkin mediasiya keçirilmiş və bu barədə arayış verilmişdir. Cavabdehin aliment ödəməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh azyaşlı nəvəsi Kənanın yetkinlik yaşına çatana kimi saxlanması 235 (iki yüz otuz beş) manat sabit pul məbləği miqdarında aliment tutulması qət olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağın atası qərəzli şəkildə aliment ödəməkdən boyun qaçırır. Özü uşağın gündəlik tələbatını təmin edə bilmir. Hazırda Kommunal Təsərrüfat Birliyində xadimə işləyir və 321 manat əmək haqqı alır. Bundan başqa 2-ci qrup əlildir 325 manat əlilliyə görə pensiya alır. Uşağın atasının aliment ödəməkdən imtina etməsinə görə istəyir ki, uşağın babası Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi aliment tutulsun. Cavabdehin 2-ci qrup əlil olmasını bilmirdi, cavabdehin ancaq qocalığa görə pensiya alması haqqında məlumatı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, özü Kommunal Təsərrüfat Birliyində işləyir. Kənan adlı uşaq dünyaya gələndən sonra cavabdeh tərəf uşağa baxmayıb və uşağı onların üstünə atıblar. Cavabdehin oğlu Rusiya Federasiyasındadır və alimenti ödəməkdən imtina edir. Özü hazırda xəstədir, uşağın gündəlik tələbatları var. Maddi imkanları çatmır ki, uşağa baxsınlar. Bu səbəbdən uşağın atası alimenti ödəmirsə uşağın babasından aliment tutulmasını tələb edirlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (arvadı) Nümayəndə1 izahatında iddianı qəbul etməyərək bildirdi ki, hər bir valideyn uşağını saxlamağa borcludur. Həyat yoldaşı Cavabdeh hazırda ağır xəstədir, mədəsində xərcəng xəstəliyi vardır. Bu barədə sənədlərdə var. Onun xəstə olmasına görə bankdan kredit götürüb ödəyirlər. Həmçinin özü ürəyindən əməliyyat olunasıdır. Əməliyyata göndəriş sənədi də vardır. İddiaçı tərəf uşağı onlara göstərmir. Uşaqla görüşmək istəyəndə isə onlara hədə qorxu gəlirlər. 2022-ci ilə qədər aliment ödənmişdir. Hazırda həyat yoldaşı Cavadın ağır xəstə olmasına görə və özünün də ürəyindən əməliyyata getməsinə görə aliment ödəməyə maddi imkanları yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DNK Tibb mərkəzinin müayinə sənədindən görünür ki, 1956-cı il təvəllüdlü Cavabdeh “qida borusunun kandidamikozu, qastroezofaqal reflyuks ezofagit, kardial hissə çatmamazlığı, 1-ci dərəcə səthi qastrit, 12 b.bağırsaq soğanağının kəskinləşən yarası” diaqonozu qoyulmuşdur. İşdə olan AZ-İİİ 277307 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 22 mart 2014-cü ildə doğulmuş X4 atası X6, anası isə X2r. İşdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-176/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 22 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 İddiaçı xeyrinə tutulan 110 (bir yüz on) manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞG1MT007/2024-00566 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment tələbinə dair” mübahisə üzrə xx.xx.2024cü il tarixdə mediasiya prosesi həyata keçirilmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Göygöl rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən İddiaçı Göygöl rayonu Göyçəkənd kəndində yaşayış qeydiyyatındadır və hal-hazırda Göygöl şəhəri Məmməd Araz küçəsi 22 nömrəli mənzildə qeydiyyatsız yaşayır. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Xanlar rayonunun Tülallar kəndində doğulmuş və Göygöl rayonunun Göyçəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı Göygöl rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində süpürcəçi işləməklə əmək haqqı 374 manat təşkil edir. Həmçinin 2-ci qrup əlil olmaqla pensiyası 325.56 manat təşkil edir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh 2-ci qrup əlil olmaqla pensiyası 363.86 manat təşkil etməklə, başqa rəsmi işi və gəliri yoxdur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə, yuxarıda sadalanan uşağın hüquqlarını müdafiə edən Qanun aktlarını əsas götürüb İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması tələbini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi tərəfindən məhkəməyə cavabdehin əlilliyə və yaşa görə dövlət tərəfindən onun maddi ehtiyacını qarşılamaq üçün təyin olunmuş təqaüddən başqa əlavə gəlirləri olması, zəruri vəsaitə malik olması və cavabdehin maddi vəziyyətinin həmin alimentin ödənilməsinə imkan verməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Beləliklə işin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərini, uşağın atasının və anasının maddi vəziyyətində dəyişiklik olmamasını, cavabdehin 2-ci qrup əlil, xəstə və təqaüdkü olmaqla haradasa işləyib qazanc əldə etmək imkanında olmamasını, uşağın atasından sabit pul məbləğində məhkəmə qətnaməsi ilə aliment tutulmasını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, eyni zamanda hər iki valideynin əmək qabiliyyətinə malik olmasını, həmçinin iddiaçının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində xadimə işləməklə əmək haqqı almasını, 2-ci qrup əlilliyə görə də pensiya almasını və iddiaçı tərəfindən cavabdehin əlavə gəliri və zəruri vəsaitə malik olması barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini, alimentin babadan, yəni Cavabdeh tutulmasının onun maddi vəziyyətinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının mediasiya xidmətinə görə ödədiyi 55 (əlli beş) manat məhkəmə xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «alimentin sabit məbləğdə tutulması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar