Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-73/2024 05.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakım Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı, vəkili və etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 Nemət oğluna,Cavabdeh3 Nemət oğluna və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 05 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nemət oğluna,Cavabdeh3 Nemət oğluna və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia qaldırıb X18 ilə aralarında bağlanmış 18 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi , ünvan 1 ünvanda yerləşən JN- 1213A saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,06 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nemət oğluna,Cavabdeh3 Nemət oğluna X8 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş edərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, 18 aprel 2005-ci il tarixdə X18 ilə razılaşaraq onun Göygöl şəhərində yerləşən 0,06 ha torpaq sahəsini 2700 (iki min yeddi yüz) ABŞ dollara almış alqı-satqı edərkən aralarında müqavilənamə tərtib etmişlər və imzalamışlar.X18 ilə münasibətləri yaxşı olduğu üçün həmin vaxt alqı- satqını notarial qaydada təsdiqlətməyə ehtiyac olmamışdır. Sonradan isə Nemət Verdiyevin vəfat etdiyini öyrənmişdir.Onun ailə üzvülərinin adlarını bılsə də ünvanları haqqında malumatı yoxdur. Axırıncı ünvanları ünvan 2vət olunarsa 0,06 ha torpaq sahələrinin Nemət Verdiyev tərəfindən 2005-ci ildə ona satıldığını təsdiq edərlər. Cavabdeh3 ona satdığı 0,06 ha torpaq sahəsinə dair JN-1213A saylı , KOD 50801004 nömrəli şəhadətnamə mövvcuddur.18 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin dövürdən hal-hazıra qədər istifadəsində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, 18 aprel 2005-ci il tarixdə X18 ilə razılaşaraq onun Göygöl şəhərində yerləşən 0,06 ha torpaq sahəsini 2700 (iki min yeddi yüz) ABŞ dollara almışdır.Bu barədə müqavələnamə tərtib edilmişdir.Torpaq sahəsi 2005-cü ilin aprel ayından onun istifadəsindədir ev tikib içində yaşamasına baxmayaraq hal-hazıra kimi alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş qalmışdır. Odur ki, 18 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən JN-1213A saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,06 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək eyni məzmunda izahat verib iddianın təmin edilməsini xahiş etdi. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki,alqı-satqıda iştirak etmişdir. Eyvaz onun yanında Nermətə pulu vermişdir. 2005-ci ildən torpaq sahəsi Eyvazın istifadəsindədir Həmin torpaqda ev tikib yaşayır. X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, İddiaçı onun atasıdır. Atası İddiaçı 18 aprel 2005-ci il tarixdə X18 ilə razılaşaraq onun ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini 2700 (iki min yeddi yüz) ABŞ dollara almışdır. Həmin vaxtdan 0.06 ha torpaq sahəsi onların istifadəsindədir.Bu günə qədər həmin torpaq sahəsi ilə bağlı hərhansı bir mübahısə olmamışdır. X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, iddiaçı ilə uzaqdan qohumdur. Alqı-satqıda iştirak etmişdir. Eyvaz onun yanında Nermətə pulu vermişdir.Torpağın aiqısatqısı ilə bağlı tərtib olunmuş müqalilənaməni imzalamışdır.2005-ci ildən torpaq sahəsi Eyvazın istifadəsindədir. Həmin torpaqda ev tikib yaşayır. X6 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Eyvazın həyat yoldaşıdır. Həyat yoldaşı İddiaçı 18 aprel 2005-ci il tarixdə X18 ilə razılaşaraq onun ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini 2700 (iki min yeddi yüz) ABŞ dollara almışdır. Həmin vaxtdan 0.06 ha torpaq sahəsi onların istifadəsindədir. İşdə olan 18 aprel 2005-ci il tarixdə X18 və İddiaçı tərəfindən şahidlər X7, X1 və X10m iştirakları ilə tərtib olunub imzalanmış müqavilənamədə X11 Xanlar şəhəri Vidadi küçəsi 75 saylı ünvanda yerləşən 6 sot torpaq sahəsini 2700 dollara İddiaçı satdığı, İddiaçı X14 2700 dollar pulu həmin torpağı almaq üçün verdiyi , dollarların 100-lük formasında olduğu və X11 həmin pulu aldığı göstərilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1213A Kod 50801004 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən X12 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Ermənistan Respublikası Stepanavan şəhərində anadan olmuş və ünvan 3 ünvanda qeydiyyatdadır. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmədə müəyyən olur ki, X11 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi 2005-ci ilin aprel ayında İddiaçı 2700 ABŞ dollarına satılmış və torpaq sahə həmin vaxtdan sonuncunun istifadəsindədir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə X18 arasında bağlanmış 18 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli , ünvan 1 ünvanda yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1213A saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-244 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X11 mülkiyyətində olan (ünvan 1 ünvanda yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1213A saylı şəhadətnamə ilə müəyyən edilmiş) 0,06 ha torpaq sahəsinə dair İddiaçı ilə X18 arasında 18 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. ünvan 1 ünvanda yerləşən (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1213A saylı şəhadətnamə ilə müəyyən edilmiş) 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-73/2024
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-73/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver