Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-793/2024 27.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-yi yanında X2 Xidməti Gəncə Regional Ərazi Şöbəsi-nə qarşı “xx.xx.2014-cü il tarixli Əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-yi yanında X2 Xidməti Gəncə Regional Ərazi Şöbəsi-nə qarşı “xx.xx.2014-cü il tarixli Əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan, onun tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-yi yanında X2 Xidməti Gəncə Regional Ərazi Şöbəsi-nə qarşı “xx.xx.2014-cü il tarixli Əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə "xxxx"ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixli, əməliyyat İD379092934, qəbzin nömrəsi 23559, büdcə səviyyə kodu 142213, gpp qəbz nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-23-84 www.goygolcourt.gov.az Elektron ünvan İş № 2(066)-793/2024 xx.xx.2024-cü il İddiaçı: İddiaçı Gəncə şəh, M.P.Vaqif küçəsi, ev 14 Cavabdeh: Cavabdeh Göygöl şəh, S.Hacıyev küç, ev 54 Üçüncü şəxs: Azərbaycan Respublikası ƏƏSMN-yi yanında X2 Xidməti Gəncə Regional Ərazi Şöbəsi-nə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)–793/2024 nömrəli qərardadın surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “ “ vərəqə-hər ünvana Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-793/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-793/2024
27.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver