Məhkəmə qərarları › İş №2(066)-802/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-802/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-802/2025 15.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və nümayəndəsi (nənəsi) Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı «uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun öhtəsində yaşamaları faktına və xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2018-ci ilin avqust ayında el adəti ilə toyları olmuş, nikah orqanlarında nikah akt qeydi aparılmadan bir yerdə yaşamaqla bir təsrrüfatı idarə etmişlər. Cavabdehlə nikahları Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2018-i il tarixdə 2536 nömrə ilə qeydə alınmış, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyi üçün bir yerdə yaşamaları baş tutmamış, aralarında olan nikah əlaqələri 2023-cü ildən tam kəsilmiş, həmin vaxtdan bir yerdə yaşamırlar. Cavabdeh atası evində yaşayır. Cavabdeh ilə barışmaq, onların gələcək birgə ailə həyatlarını və ailənin qorunub saxlanması mümkün olmamış, bu səbəbdən cavabdeh Göygöl rayon məhkəməsi qarşısında nikah akt qeydinin pozulması barədə iddia qaldırmış və Göygöl rayon məhkəməsinin 2(066)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 2536 nömrə ilə qeydə alınmış nikah akt qeydiyyatları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X7 anası Cavabdeh Saməddin qızının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh Saməddin qızının xeyrinə ödənilməsi qət olunmuşdur. O, mövcud qətnamədə nəzərdə tutulan alimenti daima cavabdehin xeyrinə ödəməyə başlamış, cavabdeh 2024-cü ilin yaz aylarında azyaşlılar Ramal Musayevi və Fatimə Musayevanı onun himayəsinə verərək getmiş və bir daha qayıtmamışdır. Bu barədə bir neçə dəfə cavabdehə müraciət edərək uşaqlarla maraqlanmasını bildirmiş, cavabdeh isə uşaqlara özün bax demişdir. Həmin vaxtdan uşaqlar onun yanında yaşayırlar, onların bütün maddi tələbatlarını ödəyir, məktəbə və uşaq baxçasına yerləşdirmişdir. Buna baxmayaraq onun aylıq qazancının və gəlirlərinin 1/3 hissəsi tutularaq cavabdehə verilir. Cavabdeh uşaqlar barədə maraqlanmır, onların maddi durumu onu narahat etmir, ancaq sosial şəbəkələrdə görünür, uşaqlara ödədiyi alimenti özünə xərcləyir. Azyaşlı uşaqların onun yanında yaşamaları və oxumaları barədə dövlər orqanlarından verlmiş arayışları işə əlavə edir. Aliment öhtəliyindən azad oulnması üçün Mediasiya Şurasına müraciət etmiş, cavabdehlə əlaqə yaradılmış, Mediasiya Şurasına dəvət edilmiş, lakin cavabdeh Mediasiya sessiyasına gəlməyəcəyini bildirmişdir. Göstərdiklərinə əsasən azyaşlılar Ramal Musayev və Fatimə Musayeva onun öhtəsində yaşamaları və onların bütün maddi tələbatlarını o ödədiyinə görə aliment öhtəliyindən azad olunmalıdır. Bundan sonra ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun onun yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması, uşaqlarla Cavabdeh Saməddin qızının ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə təkrar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020ci il təvəllüdlü X7 onun onun yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan övladları, xx.xx.2019cu il təvəllüdlü X8, xx.xx.2020-ci təvəllüdlü X7 Göygöl Rayon Məhkəməsinin 2(066)- 58/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun himayəsinə verilməsini və həmin qətnamənin qanuni qüvvədə olması və uşaqların 10 yaşına çatmamış olmasının, ana qayğısına ehtiyaclarının olmasının nəzə alınmasını və cavabdehdən alınaraq ona verilməsi, geri qaytarılması barədə qətnamə çıxarılmasını və həmçinin ilkin iddianın təmin edilmədən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-802/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma» tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin iddianın təmin edilmədən rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni iki azyaşlı övladlarının cavabdehdən (ilkin iddiaçıdan) alınaraq, qaytarılaraq ona verilməsi, yəni xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddialarının tam həcmdə təmin edilməsini və vəkil xidməti üçün ödənilən 300 manat xidmət haqqının və məhkəmə rüsumununda cavabdehdə tutularaq Cavabdeh ödənilməsinin qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia tələbinə uyğun izahat verərək göstərdi ki, Türkanə qardaşı əsgərliyə getdiyi vaxt getmiş və o müddətdən boşanma ilə bağlı müraciət etmiş, onun boşanma fikri olmamış, o özü Kəlbəcərdə olmuş və hərbi qulluqçudur. Məhkəmədə iştirak etməmiş, Türkanə alimentlə bağlı da müraciət etmiş və boşanaraq aliment təyin edilmişdir. Onun əmək haqqı kartından hər ay vaxtı-vaxtında aliment tutulmuşdur. Bir müddət keçdikdən sonra 2024-cü ilin mart ayında Türkanə polislə gəlib, uşaqları onların üzərinə atıb getmiş və bu müddət ərzində uşaqları ilə maraqlanmamışdır. Vaxtı-vaxtında aliment onun əmək haqqısından tutulmuş və aliment dayandıqdan sonra isə Türkan gəlib uşaq tələb etmişdir. Belə anaya uşaq verilməli deyil, belə ki Türkanə müxtəlif yerlərdə çay evlərində işləyir. O, kəndə çıxa bilmir. Belə ki, hər kəs Türkanın görüntülərini göstərərək onun yoldaşı olmasını bildirirlər. Bu səbəbdən Türkana övlad verilməli deyil. Əlavə olaraq bildirdi ki, uşaqlar 2024-cü ildən onun yanındadır. Məktəbədə qoymuş və tələbatlarını qarşılayır. Uşaqlardan birinin 7 yaşı var və məktəbə gedir. Gələn il isə qızı məktəbə gedəcəkdir. O, hərbiçi olmaqla hal-hazırda Şəmkirdə N saylı hərbi hissədə işləyir. İşdə bir gün növbədə qalır və iki gün evdə. O, işdə növbədə qaldığı zaman uşaqlara nənəsi və bacısı baxır. Hesab edir ki, uşaqlar onun yanında qalmalıdır. Qarşı tərəf ağzının danışığını bilməyən bir şəxsdir. CD diskdə olan videogörüntülərdən başqa təqdim edəcəyi video yoxdur. Uşağın qarşı tərəfə verilməsini istəmir və hesab edir ki, uşaqlar onun yanında saxlanılmalıdır. Məhkəmədən ilk iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (nənəsi) Nümayəndə1 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia tələbinə uyğun izahat verərək göstərdi ki, iki ildən artıqdır ki uşaqlar artıq onların yanındadır və bu müddət ərzində Türkanə bir dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. Aliment dayandıqdan sonra Türkanə uşaqları istəmişdir. Türkanə çay evlərində işləyir və Bakıdan belə sədası gəlir. Həmin uşaqlara o baxır. Türkanənin uşaqları baxması üçün yeri yoxdur və uşaqlara tərbiyyə vermək lazımdır. Onların qonşuları da təsdiqliyə bilər ki, Türkanəyə uşaq veriləsi ana deyil. Əlavə olaraq bildirdi ki, uşaqlar 2024-cü ilin mart ayından onların yanındadır. Türkanə boşanmış və alimenti almış, bundan sonra isə atası onu evdən qovduğundan uşaqları gətirib polislə onların üstünə tökmüş və onlardan aliment alaraq Bakı da kef etmişdir. Uşaqlar iki ildən artıqdır onlardadır və qarşı tərəfə uşaq verməyəcəklər. Məhkəmədən ilk iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, qarşı tərəfin dediklərinin hamısı səhvdir. Onlar yalan olaraq onun uşaqları ilə maraqlanmadığını bildirirlər. Belə ki, ona göndərilmiş alimenti geri olaraq qarşı tərəfin kartına qaytarmışdır. O, dəfələrlə Romanın qapısına uşaqları götürmək üçün getmiş və bundan sonra onu məhkəməyə vermişlər ki, uşaqları verməyəcəklər. Roman onunla elə danışmamış, uşaqlardan birini qaçırıb aparmış, digər uşağı isə apararkən onu aldatmış və ona özünü düzəltdikdən sonra gəlib uşağı aparmasını bildirmişdir. Sonra o heç bir yerdə işləməməsini və uşağını tələb etsə də qarşı tərəf qapını bağlamış, uşağı ona göstərməmiş və uşaqları ona qaytarmamışdır. O hal-hazırda heç bir yerdə işləmir və atasıgillə yaşayır və uşaqlarını tələb edir. Onun alimentlə bağlı pulu Romana qaytarması barədə qəbz yoxdur. Həmin məbləğləri kartdan telefon vasitəsi ilə qaytarmışdır. Uşaqlar azyaşıldır və uşaqlarını tələb edir. O, ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, uşaqlar hal hazırda azyazşlıdır. Uşaqlardan biri oğurlanıb aparılmış, digər uşaq isə Türkanədən qarşı tərəf özləri istəmişlər ki bir müddət onlarda qalsın sonra gəlib aparar. Qız uşağı oğurlanıb aparılmış, oğlan uşağını isə Türkanənin anası xəstə olması səbəbindən sağalanadək aparmışlar, lakin sonra isə Türkanə tələb etsə də verməmişlər. Hər hansı çay evində ofisiant işləmək qəbahət və utanacaq bir hərəkət deyildir. Türkanə uşağından və özündən ötrü çörək pulu qazanmaq istəmiş, o gedib özünü pula satmamış, yolun kənarında durmamış və ya hər hansı escort saytlarına çıxmamış, əlinin zəhməti ilə işləmişdir. Düşünür ki, müdafiə etdiyi şəxs barəsində söylənmiş fikirlər şər böhtan xarakterlidir. Uşaqlar azyaşlıdır və ana qayğısına ehtiyyacı vardır. Onlar uşaqları tələb edirlər, Türkanə atasının evində yaşayır və onun atasının evi qarşı tərəfin yaşayış evindən də normal vəziyyətdə olmaqla, yaşamaq üçün hər şey vardır. Qarşı tərəf hərbidə işləməsini və bir gün işdə, iki gün evdə olmasını bildirsə də hərbidə belə bir şey yoxdur. Qar yağdığı zaman hərbiçilər həftələrlə postlarda qala bilər və bu zaman uşaqları ilə maraqlana bilməz. Bu səbəbdən uşaqların anaları ilə qalması daha məqsədə uyğundur. Video görüntülərdən də görünür ki, Türkanə “tik-tok” sosial şəbəkəsində canlı açmışdır və hazırda həmin sosial şəbəkədən hər kəs istifadə edir. Düşünür ki, onun müdafiə etdiyi şəxsin tiktoker kimi fəaliyyəti yoxdur. Ayda-ildə bir dəfə həmin sosial şəbəkədə canlı və ya pk açmışdır. Bu isə qəbahət iş, əxlaqsızlıq və ya hər hansı etikadan kənar bir iş, yaxuda da “tik-tok” da özünü satmaq deyildir. Kiminsə “tik-tok” da canlı açması və ya oynaması uşaqların onun əlindən alınması üçün səbəb deyildir. Hər bir halda uşaqlar az yaşlıdır və onların ana qayğısına ehtiyacları vardır. Qarşı tərəf uşaqları məktəbə qoymasını bildirmiş, uşaqlar analarının yanında olsa da bağçaya və məktəbə qoyulacaqdır. Aliment alınsa belə xanım yenədə işləyə bilər. İnsanın uşaqlarının olması o demək deyildir ki, əmək fəaliyyətindən məhrum oluna bilər. Türkanə ali təhsilli şəxs deyildir və sözsüz ki, gedib hər hansı bir yerdə satıcı və ya ofisiant işləyə bilər və qanunvericilik bunu qadağa etmir. Hesab edir ki, əvvəlki qətnamə ilə uşaqların anada olmasıqalması və aliment müəyyən edilmişdir. Qarşı tərəf iddia qaldıran ərəfədə uşaqların onların yanında qalması səbəbindən alimentin dayandırılmasını tələb etmişlər, onlar isə qarşılqılı iddia qaldıraraq uşaqların yenidən ananın himayəsinə verilməsini istəmişlər və alimentlə bağlı sözsüz ki, məhkəmə qətnaməsi vardır. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1990-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. İş materiallarına əlavə edilmiş Samux RİHB Alıuşağı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-cil il tarixli, 53 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 rayonu, Alıuşağı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Samux RİHB Alıuşağı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-cil il tarixli, 52 saylı arayışdan görünür ki, xx.xx.2019-ci il təvəllüdlü X4 rayonu, Alıuşağı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Samux rayon Alıuşağı kənd M.F.Axundov adına tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-cil il tarixli, 85 saylı arayışdan görünür ki, X18 2024-2025-ci tədris ilində Alıuşağı kənd M.F.Axundov adına tam orta məktəbin məktəbəhazırlıq sinifində təhsil alır. İş materiallarına əlavə edilmiş Gəncə Asan Xidmət X17 tərəfindən verilmiş AZ-İV seriyalı, 523819 nömrəli, 16 noyabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2020-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 11-ci ayının 16-cı günündə 4459 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Asan Xidmət X17 tərəfindən verilmiş AZ-İV seriyalı, 293327 nömrəli, 20 iyun 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X18 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin 06-cı ayının 20-ci günündə 2762 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/2024-00041 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment və uşaq tələbinə dair” mübahisə üzrə xx.xx.2025-ci il tarixində mediator tərəfindən keçirilən “İlkin mediasiya sessiyası” nda Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli, 5-72/2-M-1xx-xx/2025 saylı məktubdan görünür ki, Komissiyanın üzvləri və Alıuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı yaşadığı ünvana baxış keçirilən zaman övldaları xx.xx.2019cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun evində olduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-58/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08 noyabr 2018-ci il trixdə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat Şöbəsində 2536 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş X8 və xx.xx.2020-ci ildə anadan olmuş X7 anaları Cavabdeh yanında saxlanılmaları, xx.xx.2019-cu ildə anadan olmuş X8 və xx.xx.2020-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulmasının 12 sentyabr 2023-cü il tarixdən başlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AKT-dan görünür ki, Samux rayonunun Alıuşağı kəndində yaşayanlar X19, X5, X10, X11 və X12 aktı tərtib etmişlər ondan ötrü ki, Samux rayonu Alıuşağı kəndində qonşuluqda yaşayan İddiaçı uşaqları xx.xx.2019-cu il təvəllüdlü X20 və xx.xx.2020-ci il təvəllüdlü X1 onun ecində Samux rayonu Alıuşağı kəndində yaşayırlar. Uşaqlar əvvəllərdə atası ilə yaşamışlar, daha sonra anaları uşaqları Göygöl rayonuna aparmış, 2024-cü ilin yay ayından uşaqlar Ramal və Fatiməni anaları Cavabdeh Səməd qızı ataları İddiaçı himayəsinə verərək getmişdir. Halhazıra kimi Ramal və Fatimə atalarının himayəsində yaşayırlar. Ramal Samux rayonunun Alıuşağı kəndində məktəbdə oxuyur, Fatimə isə uşaq bağçasına gerdir. Onlar qonşu kimi uşaqlarla maraqlanmışlar, anaları onların necə yaşamaları barədə maraqlanmasını görməmişlər. İş materiallarına əlavə edilmiş ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-diskdə olan videogörüntülərdən görünür ki, Cavabdeh “TİKTOK” sosial şəbəkə platformasında müxtəlif vaxtlarda canlı yayımlar açmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlılar xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X7 azyaşlı olduqlarını və daha çox ana qayğısına ehtiyacları olduğunu nəzərə alaraq, onların manafeyinə uyğun olaraq anaları Cavabdeh Saməddin qızının himayəsində qalmalarını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyə əlavədən görünür ki, komissiyada məhkəmə işi ilə əlaqədar araşdırma aparılmış və azyaşlılar xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X7 mənafeyinə uyğun olaraq, ataları İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00dan 18:00-dək görüşüb ünisyyətdə olmalarını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X7 anası Cavabdeh Saməddin qızı ilə yaşamalarını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2019cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Tərəflər əvvələr mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-58/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 08 noyabr 2018-ci il trixdə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat Şöbəsində 2536 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş X8 və xx.xx.2020-ci ildə anadan olmuş X7 anaları Cavabdeh yanında saxlanılmaları, xx.xx.2019cu ildə anadan olmuş X8 və xx.xx.2020-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulmasının 12 sentyabr 2023-cü il tarixdən başlanılması qət edilmişdir. 2024-cü ilin mart ayından xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı adlı uşaqlar atalarının yanında yaşayır. İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı «uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun öhtəsində yaşamaları faktına və xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, bundan sonra ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun onun yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması, uşaqlarla Cavabdeh Saməddin qızının ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, daha sonra ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə təkrar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun onun yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan övladları, xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2020-ci təvəllüdlü X7 Göygöl Rayon Məhkəməsinin 2(066)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun himayəsinə verilməsini və həmin qətnamənin qanuni qüvvədə olması və uşaqların 10 yaşına çatmamış olmasının, ana qayğısına ehtiyaclarının olmasının nəzə alınmasını və cavabdehdən alınaraq ona verilməsi, geri qaytarılması barədə qətnamə çıxarılmasını və həmçinin ilkin iddianın təmin edilmədən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-802/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma» tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin iddianın təmin edilmədən rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni iki azyaşlı övladlarının cavabdehdən (ilkin iddiaçıdan) alınaraq, qaytarılaraq ona verilməsi, yəni xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il il təvəllüdlü X7 alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddialarının tam həcmdə təmin edilməsini və vəkil xidməti üçün ödənilən 300 manat xidmət haqqının və məhkəmə rüsumununda cavabdehdə tutularaq Cavabdeh ödənilməsinin qət edilməsini xahiş etmişdir. Məhkəmə icalsında iştirak edən ilk iddiaçı məhkəmədən ilk iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsini, qarşılıqlı iddiaçı isə ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Həmçinin məhkəmə iclasında ilk iddiaçı X8 izahatı ilə müəyyən edilmişdir ki, ilk iddiaçı X8 daimi işi Şəmkir rayonunda Müdafiə Nazirliyinin N-saylı hərbi hissəsində olmaqla bir gün növbədə olmaqla işdə, iki gün evdə olur və o işdə olduğu zaman xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqlara nənəsi və bacısı baxır. Hazırki mübahisəyə dair məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Yenə də Konstitusiyanın 34-cü maddəsinin müvafiq olaraq 3 və 4-cü hissəsində nəzərdə tutulmuş müddəalara əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Yenə həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. İstinad olunan Məcəllənin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yenə də həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Qeyd olunan Məcəllənin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüququların itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. BMT Baş Assambleyasının 1959-cu il 20 noyabr tarixli, 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 6-cı bəndinin tələbinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Göründüyü kimi, istər milli, istərsə də beynəlxalq qanunvericilik aktları ilk növbədə uşaqların mənafeyini nəzərə almış, valideynləri ayrı yaşayan uşaqların yaşayış yeri müəyyən olunarkən işə digər diqqətəlayiq hallarla yanaşı, həm də valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərinin nəzərə alınmasını vurğulamışdır. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqların azyaşlı olmasını diqqətdən qaçırmır, ancaq yaranmış vəziyyətdə onların analarından alınaraq atasının himayəsində saxlamağı da məhz uşaqların mənafeyi baxımından yolverilməz hesab edir. Belə ki, məhkəmə iş üzrə Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyində Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlılar xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X7 azyaşlı olduqlarını və daha çox ana qayğısına ehtiyacları olduğunu nəzərə alaraq, onların manafeyinə uyğun olaraq anaları Cavabdeh Saməddin qızının himayəsində qalmalarını məqsədəuyğun hesab etməsini, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X7 anası Cavabdeh Saməddin qızı ilə yaşamalarını məqsədə müvafiq hesab etməsini nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə azyaşlı xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqların atasının yanında saxlanılması uşaqların mənafeləri baxımından yolverilməzdir. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X16rşı” iş). “K.A.Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Beləliklə məhkəmə, uşaqların mənafeyini, iş üzrə verilmiş qəyyumluq və himayəçilik komissiyasının rəyində göstərilənləri, ilk iddiaçı X8 daimi işi Şəmkir rayonunda Müdafiə Nazirliyinin N-saylı hərbi hissəsində olmaqla bir gün növbədə olmaqla işdə, iki gün evdə olmasını və o işdə olduğu zaman xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqlara ata nənəsinin və ilk iddiaçının bacısının baxmasını nəzərə alaraq, uşaqların atalarının himayəsinə verilməsini məqsədə müvafiq hesab etmir. Nəhayət nəzərə almaq lazımdır ki, Məcəllənin 3.0.4-cü maddəsində ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi Ailə Məcəlləsinin vəzifələrindən biri kimi təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bütün yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma» tələbinə dair ilk iddiası rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqlar İddiaçı alınaraq anaları Cavabdeh verilməlidir. Qarşılıqlı iddia tələbinin vəkil xidməti üçün ödənilən 300 manat xidmət haqqının cavabdehdən tutularaq Cavabdeh ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı 300 manat vəkil xidməti haqqı qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübutu təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc olan 60 manat və ilk iddianın verilməsi üçün dövlət rüsumu 100 manat ilk İddiaçı tərəfindən ödənilmiş və cavabdehdən tələb etməməsi nəzərə alınmalı, ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu 100 mana isə İddiaçı tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma» tələbinə dair ilk iddiası rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqlar İddiaçı alınaraq anaları Cavabdeh verilsin. İddiaçı məhkəmə xərci olaraq 100 (bir yüz) manat dövlət rüsumu tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar