Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-9/2023 02.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X15, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili X23 və Cavabdeh2 nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpağa dair alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zərgərova (Rüstəmova) Aynur Mehman qızının adına verilmiş 0,426 hektar torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, Göygöl rayon Notariat ofisində bağlanmış və qeydə alınmış xx.xx.2018-ci il tarixli, 4Ə-549 saylı cavabdehlər Zərgərova (Rüstəmova) Aynur Mehman qızı ilə digər cavabdeh X24 arasında 0,426 hektar torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X16 həmin torpağa dair verilmiş mülkiyyət hüququna dair qeydin çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Xanlar rayon AİK-nın müvafiq xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına əsasən JN-0029 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1,28 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Lakin həmin kənd təsərrüfatı torpaq sahəsinin yeri iddiaçılara göstərilsə də uzun müddət həmin torpaq sahəsini və hazırda da həmin torpaq sahəsinin bir hissəsini iddiaçılar istifadə edirlər. Lakin iddiaçıların məlumatları olmadan Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin 0,426 hektar sahəsi qanunsuz şəkildə X6 məhkəmə qətnaməsi ilə alğı-satqı edilmiş və həmin qadının mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Lakin iddiaçıların apelyasiya şikayətindən sonra keçmiş Xanlar Rayon Məhkəməsinin qətnaməsi 06 noyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və Gəncə Apelyasiya Məkhəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə torpaq sahəsinin yenidən iddiaçılara qaytarılması müəyyən edilmişdir. Uzun illər həmin torpaq sahəsindən iddiaçılar istifadə etmişlər və həmin torpaq sahəsi iddiaçıların ailəsi ilə birlikdə onların sahibliyində olmuşdur. Bundan sonra iddiaçıların vəkili tərəfindən torpağın hüquqi vəziyyəti barədə DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə sorğu göndərildikdən sonra iddiaçılara torpaq sahələrinin onların xəbəri olmadan başqa şəxslərə satılması məlum olmuşdur. İş üzrə hazırki cavabdeh X11 xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış alaraq, Göygöl rayon notariat ofisinin xx.xx.2018ci il tarixli, 4Ə-549 saylı alğı-satqı müqaviləsinə əsasən 0,426 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Hansı ki, bu torpaq sahəsi paylı mülkiyyət əsasında iddiaçıların hamsının mülkiyyətinə verilmişdir. İddiaçıların hər birinin razılığı olmadan bu torpağın bir hissəsinin belə satılması qanunsuz və əsassızdır. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 və nümayəndə X15 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlərin nümayəndələri və vəkilləri X23 və X25 ayrı-ayrılıqda iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdilər. Cavabdehlər Göygöl rayonu notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AN-İ ******* nömrəli, 19 dekabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan satıcı Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olan alıcı Cavabdeh2 keçmiş Xanlar indiki Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,426 ha xüsusi mülkiyyət növlü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabının 127 nömrəli vərəqində **********58 reyest nömrəsi ilə qeydiyyata alınmışdır. AN-İ ******* nömrəli, 10 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyatda olan satıcı Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatda olan alıcı X12 Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünavnında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,216 ha xüsusi mülkiyyət növlü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 207 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində **********21 reyest nömrəsi ilə qeydiyyata alınmışdır. DA/00780/22 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 81K/ "xxxx" Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan-borc alan ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2dur. Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə (hakim A.Həsənov) iddia tələbi təmin edilmiş, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 və onun ailə üzvləri X13, X7, X2, X14 və X3 verilmiş Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinə dair tərəflərin birgə mülkiyyət hüququna xitam verilməsi, Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinin 9179.82 ha həcmli sahəsindən iddiaçı X13 düşən 0.213 ha və qızı X5 payına düşən 0.213 ha, cəmi 0.426 ha torpaq sahəsi ayrılıb X13 və qızı X8 verilməsi, Torpaq Mülkiyyətinə dair X37 və Ceyhunənin ata adının Şahin kimi göstərilməsi, Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin maraqlı şəxs X1 dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun X6 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə, Göygöl Rayon Мəhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X18 cavabdeh İddiaçı1 Nürəddin oğluna qarşı cavabdehlə birgə nikahlarının pozulması ilə əlaqədar, cavabdehlə olan birgə mülkiyyət hüququna xitam verilməsi və paylı birgə mülkiyyətdə olan 1,28 ha torpaq sahəsindən iki nəfər üçün, hər birinə 0,213 ha torpaq sahəsinin bölünərək, cəmi 0,426 ha torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə, torpaq sahəsinə aid X37 və Ceyhunənin ata adının Şahin olmasının göstərilməsinə, X11 ilə torpaq payının satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və Xanlar rayon Torpaq Şöbəsi tərəfindən sənədləşmənin həyata keçirilməsinə dair qətnamə çıxarılması barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpağa dair alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Xanlar rayon AİK-nın müvafiq xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına əsasən JN-0029 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1,28 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Lakin həmin kənd təsərrüfatı torpaq sahəsinin yeri iddiaçılara göstərilsə də uzun müddət həmin torpaq sahəsini və hazırda da həmin torpaq sahəsinin bir hissəsini iddiaçılar istifadə edirlər. Lakin iddiaçıların məlumatları olmadan Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin 0,426 hektar sahəsi qanunsuz şəkildə X6 məhkəmə qətnaməsi ilə alğı-satqı edilmiş və həmin qadının mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Lakin iddiaçıların apelyasiya şikayətindən sonra keçmiş Xanlar Rayon Məhkəməsinin qətnaməsi 06 noyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və Gəncə Apelyasiya Məkhəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə torpaq sahəsinin yenidən iddiaçılara qaytarılması müəyyən edilmişdir. Uzun illər həmin torpaq sahəsindən iddiaçılar istifadə etmişlər və həmin torpaq sahəsi iddiaçıların ailəsi ilə birlikdə onların sahibliyində olmuşdur. Bundan sonra iddiaçıların vəkili tərəfindən torpağın hüquqi vəziyyəti barədə DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə sorğu göndərildikdən sonra iddiaçılara torpaq sahələrinin onların xəbəri olmadan başqa şəxslərə satılması məlum olmuşdur. İş üzrə hazırki cavabdeh X11 xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış alaraq, Göygöl rayon notariat ofisinin xx.xx.2018-ci il tarixli, 4Ə-549 saylı alğı-satqı müqaviləsinə əsasən 0,426 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Hansı ki, bu torpaq sahəsi paylı mülkiyyət əsasında iddiaçıların hamsının mülkiyyətinə verilmişdir. İddiaçıların hər birinin razılığı olmadan bu torpağın bir hissəsinin belə satılması qanunsuz və əsassızdır. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X17 məhkəmədən cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsinin və onların əsasında alınmış çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Əqdin etbarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə gəldikdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin məzmunundan aydın görünür ki, daşınmaz əmlaka dair həyata keçirilən hər hansı hüquq (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) mütləq və qeydşərtsiz dövlət qeydiyyatına alınmalı, bu qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməli, bu zaman daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilməli, yəni ünvan reyestri aparılmalıdır. Yenə mülki qanunvericilik müəyyən edir ki, həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, yalnız yuxarıda qeyd edilən qanunvericiliyin şərtlərinətam riayət edildikdən sonra daşınmaz əmlak üzərində hər hansı hüququn həyata keçirilməsindən (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) söhbət gedə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bu çərçivədə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr də mütləq notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən iki hal yoxlanılmalıdır: 1.əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququ; 2. müqavilənin qanunauyğunluğunu. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyətin özü də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur ki, bu müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bu səbəbdən dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İşdən müəyyən edilir ki, iddiaçı X19 cavabdeh İddiaçı1 Nürəddin oğluna qarşı iddia ərizə ilə Xanlar Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahlarının pozulması ilə əlaqədar, cavabdehlə olan birgə mülkiyyət hüququna xitam verilməsi və paylı birgə mülkiyyətdə olan 1,28 ha torpaq sahəsindən iki nəfər üçün, hər birinə 0,213 ha torpaq sahəsinin bölünərək, cəmi 0,426 ha torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə, torpaq sahəsinə aid X37 və Ceyhunənin ata adının Şahin olmasının göstərilməsinə, X11 ilə torpaq payının satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və Xanlar rayon Torpaq Şöbəsi tərəfindən sənədləşmənin həyata keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə (hakim A.Həsənov) iddia tələbi təmin edilmiş, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 və onun ailə üzvləri X13, X7, X2, X14 və X3 verilmiş Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinə dair tərəflərin birgə mülkiyyət hüququna xitam verilməsi, Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinin 9179.82 ha həcmli sahəsindən iddiaçı X13 düşən 0.213 ha və qızı X5 payına düşən 0.213 ha cəmi 0.426 ha torpaq sahəsi ayrılıb X13 və qızı X8 verilməsi, Torpaq Mülkiyyətinə dair X37 və Ceyhunənin ata adının Şahin kimi göstərilməsi, Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin maraqlı şəxs X1 dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun X6 verilməsi qət edilmişdir. İddiaçı2, cavabdeh İddiaçı1 Nürəddin oğlu və xeyrinə qətnamə çıxarılmış X17 qətnamənin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli 2(104)-2364/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov - sədlik edən və məruzəçi, R.Muradov, F.Mehtiyev) apellyasiya şikayətinin təmin edilməsi, Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsi иддианын тямин едилмиш, “Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 və onun ailə üzvləri X13, X7, X2, X14 və X3 verilmiş Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinə dair tərəflərin birgə mülkiyyət hüququna xitam verilməsi, Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinin 9179.82 ha həcmli sahəsindən iddiaçı X13 düşən 0.213 ha və qızı X5 payına düşən 0.213 ha cəmi 0.426 ha torpaq sahəsi ayrılıb X13 və qızı X8 verilməsi, Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin maraqlı şəxs X1 dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi вя Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun X6 verilməsi” hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamənin qəbul edilərək, irəli sürülən iddianın həmin hissələrdə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs Cavabdeh1 kassasiya şikayıti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli 2(102)- 4272/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2364/2021 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə, Göygöl Rayon Мəhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X18 cavabdeh İddiaçı1 Nürəddin oğluna qarşı cavabdehlə birgə nikahlarının pozulması ilə əlaqədar, cavabdehlə olan birgə mülkiyyət hüququna xitam verilməsi və paylı birgə mülkiyyətdə olan 1,28 ha torpaq sahəsindən iki nəfər üçün, hər birinə 0,213 ha torpaq sahəsinin bölünərək, cəmi 0,426 ha torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə, torpaq sahəsinə aid X37 və Ceyhunənin ata adının Şahin olmasının göstərilməsinə, X11 ilə torpaq payının satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və Xanlar rayon Torpaq Şöbəsi tərəfindən sənədləşmənin həyata keçirilməsinə dair qətnamə çıxarılması barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsindən 12 il sonra AN-İ ******* nömrəli, 19 dekabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan satıcı Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olan alıcı Cavabdeh2 keçmiş Xanlar indiki Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,426 ha xüsusi mülkiyyət növlü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabının 127 nömrəli vərəqində **********58 reyest nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan başqa, AN-İ ******* nömrəli, 10 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyatda olan satıcı Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatda olan alıcı X12 Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünavnında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,216 ha xüsusi mülkiyyət növlü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 207 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində **********21 reyest nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə xüsusilə qeyd edir ki, DA/00780/22 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 81K/ "xxxx" Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan-borc alan ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2dur. Bundan başqa məhkəmə daşınmaz əmlakın hazırkı mülkiyyətçisinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə (vicdanlı alıcı olubolmaması) barədə qeyd edir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004cü il tarixli Qərarı). Həmçinin, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarında qeyd edilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh2, eyni zamanda X20 vicdanlı alıcı hesab olunmalıdır. Belə ki, satıcı və alıcı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt satıcı həmin torpaq sahəsi satmaq səlahiyyətinə malik olduğundan və Çıxarış qüvvədə olduğundan, eyni zamanda həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə, isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Odur ki, satıcı və alıcı arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt torpaq sahəsinin dövlət reyestri qeydinə dair hər hansı etiraz (yüklülük və s.) reyestrə daxil edilmədiyindən və əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi ilə bağlı hər hansı hal müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən alıcı, satıcının xeyrinə olan dövlət reyestri qeydini həqiqi hesab etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, mübahisəli torpağa alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, qeyd olunanlara əsasən iddiа tələbi təmin edilməməlidir. Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. İş № 2(066)-09/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 02 may 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X15, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili X23 və Cavabdeh2 nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-9/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-9/2023
02.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver