Məhkəmə qərarları › İş №2(066)-910/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-910/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-910/2023 03.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında 03 iyul 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəsmi nikahlarından olan uşaqları 05 dekabr 2012-ci il təvəllüdlü X1 və 17 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh övladları 05 dekabr 2012-ci il təvəllüdlü X1 və 17 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 55 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.Rəsmi nikahlarından 05 dekabr 2012-ci il təvəllüdlü X3 və 17 mart 2014-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Göygöl rayon məhkəməsinin qətnaməsi ilə nikahımız pozulmuşdur. Uzun müddətdir ki, ayrı yaşayırlar.Uşaqlarının hər ikisi onun yanında yaşayır. Cavabdehin maddi vəziyyəti hazırda çox yaxşı olmasına və ailəli olmamasına baxmayaraq uşaqlarının saxlanılması üçün maddi köməklik göstərmədiyindən və uşaqları körpə olduğundan özü işləmədiyindən uşaqlarını saxlamaqda maddi çətinlik çəkir. Odur ki, Cavabdeh övladları 05 dekabr 2012-ci il təvəllüdlü X1 və 17 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 55 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş AZ-İİİ seriyalı, 108103 və AZ-İİİ seriyalı 277593 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 05 dekabr 2012-ci il tarixdə anadan olmuş X1 və 17 mart 2014-cü il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə bağlı müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.Birgə nigahdan 05 dekabr 2012-ci il tarixdə X1 və 17 mart 2014-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir validleynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını nəzərə alaraq, iddiaçı tərəfindən cavabdehin aylıq pul gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilməsini məqsədə müvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 05 dekabr 2012-ci il tarixdə anadan olmuş X1 və 17 mart 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi hər ay 160 (bir yüz altmış) manat Cavabdeh İddiaçıın xeyrinə tutulmalı və alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinə görə ödənilmiş 55 manat xidmət haqqı Cavabdeh alınıb İddiaçı verilməli və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamənin aliment tələbinə dair hissəsi dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 05 dekabr 2012-ci il tarixdə anadan olmuş X1 və 17 mart 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi hər bırının saxlanılması üçün hər ay sabit məbləğdə 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat aliment İddiaçı xeyrinə tutulsun. Aliment tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş 55 (əlli beş) manat alınıb İddiaçı və dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar