Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-912/2025 02.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı “İndeksasiya edilmiş aliment üzrə yığılmış aliment borcunun silinməsi, indeksasiya edilmiş aliment məbləğinin azaldılması və minimum əmək haqqının ona münasibətdə 4 övladı arasında aliment kimi bərabər hissədə bölünməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabeh Cavabdeh qarşı “İndeksasiya edilmiş aliment üzrə yığılmış aliment borcunun silinməsi, indeksasiya edilmiş aliment məbləğinin azaldılması və minumum əmək haqqının ona münasibətdə 4 övladı arasında aliment kimi bərabər hissədə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-24/2025 saylı iş xx.xx.2025ci il tarixli qərardadı ilə müəyyən edilmiş, yəni indeksasiya edilmiş xx.xx.2014-cü il təvəllüdlü X5 görə olan alimentin miqdarının azaldılaraq, 2-ci nikahından olan 3 azyaşlı övladının da olması səbəbinə görə hazırkı minimum əmək haqqının 4 övladının arasında bərabər hissədə bölünməsi və uşaqların sayına uyğun olaraq, yenidən ilk nikahından olan oğlu X1 üçü sabit məbləğdə alimentin müəyyən edilməsi barədə və ya bu mümkün olmazsa minimum əmək haqqının 4 övladı arasında bərabər hissədə misliləndirilməsi barədə və ya mislinin müəyyən edilməsi barədə və həmçinin 8(066)-24/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş minimum əmək haqqının 100 misli həddində olan alimentin xx.xx.2025-ci il tarixdən bu günə qədər olan hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-24/2025 saylı iş üzrə xx.xx.2025-ci iltarixli qərardadı ilə müəyyən edilmiş yəni indeksasiya edilmiş xx.xx.2014-cü il təvəllüdlü X5 görə olan alimentin miqdarının azaldılaraq 150 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Göygöl rayon Məhkəməsinin 8(066)-24/2025 saylı iş üzrə tel:06.03.2025xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya olunması barədə ərizəçinin ərizəsinin təmin edilməsi və ona bir uşağa görə 400 manatdan çox aliment tutulmaqla qanunsuzluğa yol vermişdir. Maddi hüquq normasını və Azərbaycan Respublikas Ali Məhkəməsinin Plenumunun qərarın düzgün tövsif və tətbiq etməyərək, mövcud reallıqdan və məhkəmə praktikasından kənar qərardad qəbul etməklə onun 2-ci ailəsındən olan 3 azyaşlı və məktəbli övladını acından ölməsinə və yəqinki, gələcəkdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsi ilə növbəti bir məhkum olunacağına şərait və imkan yaratmışdır. Göygöl rayon Məhkəməsi onun 2-ci dəfə rəsmi nikahda olmasını və məhkəməyə həmin rəsmi nikahdan 3 azyaşlı övaladının olmasına dair doğum sənədlərini və bu barədə indeksasiya barədə ərizəyə etirazını rəsmi qaydada verməyinə baxmayaraq, bu ona aid olan yaşayışını ağırlaşdıran hallarını nəzərə almadan ilk faktiki nikahından olan övladına alimentin indeksasiyasını 2014-ci ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə deyil, 2018-ci ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə indeksasiya etməkdə yanlışlığa yol vermişdir. Belə ki, Göygöl rayon Məhkəməsi onun ilk faktiki nikahından olan övladına alimentin tutulması barədə 2014-cü il tarixli Göygöl rayon Məhkəməsinin qətnaməsini əldə etmədən və həmin qətnaməni hüquqi nəticəsini araşdırmadan və qət hissəsinə münasibət bildirmədən yalnız 2018-ci ildə ərizəçinin ərizəyə əlavə etdiyi məhkəmə qətnaməsinə münasibət bildirərək həmin dövrdə minimum əmək haqqının son məbləği həddində kəsilən alimenti indeksasiya edərək, 2025-ci ildə müəyyən olunmuş yaşayış minimumu tam həcminin mislini yəni 100% mislində indeksasiya edərək, ona 400 manatdan artıq 1 uşağa görə alimenti kəsməsi və alimenti indeksasiya etməsi tamamilə maddi hüquq normalarının tələblərinə ziddir və məhkəmə tərəfindən yol verilmiş kobud maddi və prosessual hüquq normalarının pozuntusudur. Nəzərə alsaq ki, onun 2-ci rəsmi nikahından 3 övladı var və hər 3 uşağa minimum əmək haqqının 50 misli həddində 600 manat aliment kimi hesablansa və 400 manatda faktiki nikahdan olan uşağa ayırıcalıqda aliment indeksasiya etməklə və rəsmi nikahda olduğu 2-ci həyat yoldaşı da nəzərə alınsa belə çıxır ki, ən azı 1400-1500 manat aylıq rəsmi qazancı olmalıdı və yaxud da pul qazanmalıdı ki, həm birinci nikahdan olan övladını dolandırsın və həm də 3 övladını və eyni zamanda 2-ci nikahda olan həyat yoldaşını, arvadını dolandırmış olsun, yəni maddi və mənəvi təminatlarını ödəmiş olsun. Hansı ki, onun gəlirləri hal-hazırda ayda 200-300 manatdan artıq deyildir və ümumiyyətlə məhərləmlik ayında və ramazan aylarında restoranlar işləmədiyinə görə afisant kimi işləyə bilmir və bəzən 2-ci nikahda olan övladlarının saxlanmasına valideynləri köməklik göstərir. Yəni mövcud alimentin birinci uşağına münasibətdə müəyyən olunmuş miqdarının 20 manat artırılmasına etirazı yox idi. Ancaq məhkəmənin müəyyən etdiyi 400 manat alimentin miqdarı və yaxud da 420 manat alimentin miqdarı həqiqətən onun digər uşaqlarının da ailə və maddi vəziyyətinin və maddi rifahının pisləşməsinə səbəb olur və səbəb olacaqdır və nəticədə 2-ci ailəsi də onların maddi təminatlarını ödəyə bilməyəcəyini görərək ondan ayrılmış olacaqdır. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, alimentin indeksasiya olunması ilə bağlı Göygöl Rayon Məhkəməsinin 8(066)-24/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından sonra artıq 3 aydır ki, üzərində aliment borcu da indeksasiya ilə bağlı yığılıb qalmışdır. Yəni əvvəllər ödəyirdi 130 manat məbləğdə pulu və hazırda köhnə qaydada 3 aydır ödəyir və əlavə indeksasiya olunmuş məbləğlə bağlı 1080 manat məbləğdə borcu yaranmışdır. Ona görədə hesab edir ki, Göygöl Rayon Məhkəməsi alimentin azaldılması və onun gəlirlərinin yəni yaşayış minimumu məbləğinin 4 uşaq arasında bölünməsi məsələsinə dair qərar qəbul edərkən həmdə cavabdehin xeyrinə kəsilmiş hər ay 400 manat pulun hər ay üçün 270 manat olan hissəsinidə silmiş olacaqdır. Hal-hazırda onun maddi durumu çox ağırdır və həqiqətən o, Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-24/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimenti heç cürə ödəyə bilmir. Yuxarıda da izah etdiyi kimi 2-ci nikahından 3 övladı doğulmuşdur və birmənalı şəkildə 3 övladını saxlamaqda çətinlik çəkir. Bir halda ki, Azərbaycan Respublikası ərazisində minumum əmək haqqı 400 manat müəyyən olunmuşdur və o işləyəsi olsa minumum əmək haqqı 400 manat müəyyən ediləcəkdir. Həmin o 400 manat onun 4 övladı arasında bərabər hissədə bölünməlidir və düşünür ki, həmin minimum əmək haqqı elə bölünməlidir ki, onun minumum əmək haqqının 50%-dən çox olmasın. Düşünür ki, alimentin miqdarının azaldılması barədə iddia tələbinə baxan məhkəmə bu göstərdiyi məsələləri birmənalı şəkildə araşdıraraq, düzgün qənaətə gələcək və ədalətli qaydada qərar qəbul edərək onun, birinci övladının və 2-ci nikadan olan 3 övladının şəraitini, maddi vəziyyətini və dolanışığını nəzərə alaraq, yenidən qərar vermiş olacaqdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin qeydiyyatı Ağdam rayonu olması səbəbindən iddia tələbi üzə işin aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil cavabdehin Ağdam rayonunda qeydiyyatda olması barədə məlumatları olmamışdır. Onun barəsində olan əvvəlki işlərə Göygöl Rayonunda baxılmışdır. İşin aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsinə xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş cavabdehin şəxsi məlumatlar barədə elektron sorğudan görünür ki, Cavabdeh Ağdam rayonu Qasımlı ərazi dairəsi, Şelli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci mаddəsinə əsаsən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göründüyü kimi, Cavabdeh rəsmi olaraq Ağdam rayonu Qasımlı ərazi dairəsi Şelli kəndində qeydiyyatdadır. Odur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan, İddiaçı cavabeh Cavabdeh qarşı “indeksasiya edilmiş aliment üzrə yığılmış aliment borcunun silinməsi, indeksasiya edilmiş aliment məbləğinin azaldılması və minumum əmək haqqının ona münasibətdə 4 övladı arasında aliment kimi bərabər hissədə bölünməsi” tələbinə dаir mülki iş aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsində baxılmalıdır. Yuxаrıdа sаdаlаnаn qаnunun nоrmаlаrını işin hаllаrınа tətbiq edən məhkəmə hesаb edir ki, işin məhkəmədə bаxıldığı zаmаn Cavabdeh qeydiyyat yeri Ağdam rayonu Qasımlı ərazi dairəsi, Şelli kəndi olduğu müəyyən edildiyindən mülki iş ərazi аidiyyəti üzrə bаxılmаsı üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 35, 44, 45, 263, 264, 268-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: İddiaçı X3 cavabeh Cavabdeh qarşı “indeksasiya edilmiş aliment üzrə yığılmış aliment borcunun silinməsi, indeksasiya edilmiş aliment məbləğinin azaldılması və minimum əmək haqqının ona münasibətdə 4 övladı arasında aliment kimi bərabər hissədə bölünməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-912/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-912/2025
02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver