Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-927/2024 13.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Torpağın mülkiyyət hüququna dair” JN:391 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən kənd təsərrüfütı məhsullarının istehsalı üçün olan 0,23 hektar torpaq sahəsinin, 0,18 hektar torpaq sahəsi satılması barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 valideyinləri X4 və X3 ilə onun arasında 20 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, nümayəndəsi olduğu İddiaçı 20 noyabr 2002-ci ildə X4 və X1 mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Torpağın mülkiyyət hüququna dair” JN:391 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən kənd təsərrüfütı məhsullarının istehsalı üçün olan 0,23 hektar torpaq sahəsinin, 0,18 hektar torpaq sahəsi hissəsini satmasını eşitmiş və onlarla razılaşmışdır ki, ******* (iki milyon iki yüz səksən min) köhnə Azərbaycan manatı müqabilində onlardan alsın. Buna görə də o, 20 noyabr 2002-ci il tarixdə X4 və X2 ******* (iki milyon iki yüz səksən min) köhnə Azərbaycan manatı pul vermiş, onlar isə həmin vaxtı kənd təsərrüfütı məhsullarının istehsalı üçün olan 0,23 hektar torpaq sahəsinin, 0,18 hektar torpaq sahəsi hissəsini onun istifadəsinə vermişlər. Həmin vaxtdan indiyənə kimi vaxtı 0,18 hektar torpaq sahəsi onun istifadəsindədir. Onlar öz aralarında şahidlərin iştirakı ilə kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,18 hektar torpaq sahəsinin ona satılmasına dair aktda da tərtib etmişlər. X4 və X3 həmin vaxtdan da Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən 0,18 hektar torpaq sahəsini tərk etmişlər, sonra isə ölmüşlər. Həmin daşınmaz əmlaklara aid olan sənədlərdə 20 noyabr 2002-ci il tarixdən ondadır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, X4 və X3 onun valideyinləridir. X4 və X1 mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Torpağın mülkiyyət hüququna dair” JN:391 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən kənd təsərrüfütı məhsullarının istehsalı üçün olan 0,23 hektar torpaq sahəsinin, 0,18 hektar torpaq sahəsi hissəsini 20 noyabr 2002-ci ildə ******* (iki milyon iki yüz səksən min) köhnə Azərbaycan manatına İddiaçı satmışlar. Bu barədə öz aralarında şahidlərin iştirakı ilə kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,18 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair aktda da tərtib etmişlər. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, məhkıəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməmələrini bildirib, həmçini iddia tələbini qəbul etmələrini, ona görə də iddianın təmin edilməsini xahiş etmələrini bildirmişlər. Məhkəmə mülki işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 izahatını dinləyib iş materiallaını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1959-cu ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN:391 (KOD:********) nömrəli Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrara İslahat Komissiyasının 16 avvqust 2001-ci il tarixli 15 nömrəli qərarı ilə X4 və X1 müliyyətlərinə Göygöl rayonu Üçtəpə kəndi ərazisində kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,23 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 20 noyabr 2002-ci il tarixli aktlardan məlum olur ki, X4 və X3 mülkiyyətlərində olan Göygöl rayonu Üçtəpə kəndi ərazisində kənd təsərrüfütı məhsullarının istehsalı üçün olan 0,18 hektar torpaq sahəsindən istifadə etmədiklərinə görə ******* (iki milyon iki yüz səksən min) köhnə Azərbaycan manatına İddiaçı satmışlar. Həmin aktlar İddiaçı, X4 və X3 da daxil olmaqla 9 nəfər tərəfindən imzalanmışdır. Mülki işə əlavə edilmiş Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin 06 fevral 2024-cü il tarixli 14 nömrəli arayışından Göygöl rayonu İcra Hakimiyyəti başçısının Göygöl rayonu Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 fevral 2024-cü il tarixli 133 nömrəli arayışından məlum olur ki, “Torpağın mülkiyyət hüququna dair” JN:391 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən mərhumlar X4 və X1 müliyyətlərində olan Göygöl rayonu Üçtəpə kəndi ərazisində kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,23 hektar torpaq sahəsi 20 noyabr 2002-ci il tarixdən İddiaçı istifadəsindədir. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (MPM-in 191.3-cü maddəsi). Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. İddiaçı ilə X4 və X3 arasında, “Torpağın mülkiyyət hüququna dair” JN:391 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən, kənd təsərrüfütı məhsullarının istehsalı üçün olan 0,23 hektar torpaq sahəsinin, 0,18 hektar torpaq sahəsi hissəsinin alqı-satqısına dair olan 20 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. “Torpağın mülkiyyət hüququna dair” JN:391 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən, kənd təsərrüfütı məhsullarının istehsalı üçün olan 0,23 hektar torpaq sahəsinin, 0,18 hektar torpaq sahəsi hissəsi İddiaçı adına rəsmiləşdirilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-927/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-927/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver