Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-936/2024 19.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia qaldıraraq, əri X13 ilə birgə nikahdan olan uşaqları 18 iyul 2011-ci il təvəllüdlü X9 və 28 may 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün, uşaqların babası Cavabdeh1 və nənəsi Cavabdeh2 hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı tərəfindən imzalanmış iddia ərizəsindən məlum olur ki, Göygöl Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(066)-682/2018 saylı qətnaməsinə əsasən X13 ilə birgə nikahdan olan uşaqları 18 iyul 2011-ci il təvəllüdlü X9 və 28 may 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X6 tutulan sabit pul məbləğində alimentin məbləği 06 mart 2018-ci tarixdən artırılaraq hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Bundan sonra X3 alimenti ödəməkdən yayınmış, ölkə ərazisini tərk etmiş, Türküyə Respublikasına getmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarına əsasən X3 barəsində axtarış elan edilmişdir. X1 aliment borcu 16500 (on altl min beş yüz) manat təşkil edir. Borclu X2 Respublikasından valideyinləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi köməklik göstərir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi məhkəmə iclasında izahat verərək göstərdi ki, onun oğlu X1 harda yaşaması barədə məlumatları yoxdur. Ona və və Cavabdeh1 oğulları X3 tərəfindən hər hansı maddi köməklik göstərilmir. O və və Cavabdeh1 pensiya almaqla dolanırlar, həmçinin kredit də ödəyirlər.Onların alimenti ödəməyə imkanı yoxdur. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1989-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və “Doğum haqqında şəhadətnamələrin” surətindən görünür ki, X1418 iyul 2011-ci il tarixdə və X10 28 may 2014-cü il tarixdə anadan olmuşlar. Onların atası kimi X13, anası kimi isə X11 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Nikahın pozulması haqqında şəhadətnamənin” surətindən görünür ki, X13 ilə X7 nikahlarına 10 yanvar 2017-ci il tarixdə xitam verilmişdir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(066)-682/2018 saylı qətnaməsindən məlum olur ki, 18 iyul 2011-ci il təvəllüdlü X9 və 28 may 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X6 tutulan sabit pul məbləğində alimentin məbləği 06 mart 2018-ci tarixdən artırılaraq hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlərin oğlu X13 İddiaçı ilə evlənmişlər və onların birgə nikahlarlndan 2 nəfər uşaqları olmuşdur. Göygöl Rayon Məhkəməsinin 030 aprel 2018-ci il tarixli, 2(066)-682/2018 saylı qətnaməsinə əsasən həmin uşaqların yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X6 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdehlərin maddi vəziyyəti ağır olmasına görə nənə kimi nəvələrinə baxa bilmir. İddiaçı cavabdehlərin maddi vəziyyətinin yaxşı olmasını, hər hansı bir gəlirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi məhkəmə iclasında cavabdehlərin zəruri vəsaitə malik olması öz təsdiqini tapmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddiası əssasız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-936/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-936/2024
19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver