Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-950/2025 02.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.Göygöl rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(066)199/2017 saylı qətnaməsi əsasında tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək İddiaçı xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 100 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra 8(066)-65/2025 saylı iş xx.xx.2025-ci il tarixli qərardad ilə aliment indeksasiya edilərək X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.86 (sıfır tam yüzdə səksən altı) misli həddində aliment məbləği tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-65/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş, yəni indeksasiya edilmiş xx.xx.2016-cı il təvəllüdlü X3 görə olan alimentin miqdarının azaldılaraq, 130 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayon Məhkəməsinin 8(066)-65/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardad qəbul edərək alimentin indeksasiya olması barədə ərizəçinin ərizəsini təmin etməklə və ona bir uşağa görə 349 manatdan çox aliment tutmaqla qanunsuzluğa yol vermişdir və maddi hüquq normasını və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarını düzgün tövsif və tətbiq etməyərək, mövcud reallıqdan və məhkəmə praktikasından kənar qərardad qəbul etməklə onun 2-ci ailəsindən olan 2 azyaşlı və məktəbli övladını acından ölməsinə və yəqin ki, gələcəkdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsi ilə növbəti bir məhkum olunacağına şərait və imkan yaratmışdır. Göygöl Rayon Məhkəməsi onun 2-ci dəfə rəsmi nikahda olmağını və məhkəməyə həmin rəsmi nikahdan 2 azyaşlı övladının olmasına dair doğum sənədlərini və bu barədə indeksasiya barədə ərizəyə etirazını rəsmi qaydada verməyinə baxmayaraq, bu ona aid olan yaşayışını ağırlaşdıran hallarını nəzərə almadan ilk faktiki nikahından olan övladına alimentin indeksasiyasını 2016-ci ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə deyil, 2017-ci ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə indeksasiya etməkdə yanlışlığa yol vermişdir. Belə ki, Göygöl Rayon Məhkəməsi onun ilk faktiki nikahından olan övladına alimentin tutulması barədə 2016-ci il tarixli Göygöl Rayon Məhkəməsinin qətnaməsini əldə etmədən və həmin qətnamənin hüquqi nəticəsini araşdırmadan və qət hissəsinə münasibət bildirmədən yalnız 2017-ci ildə ərizəçinin ərizəyə əlavə etdiyi məhkəmə qətnaməsinə münasibət bildirərək həmin dövrdə minumum əmək haqqının son məbləği həddində kəsilən alimenti indeksasiya edərək, 2025-ci ildə müəyyən olunmuş yaşayış minimumu 0,86 mislini indeksasiya edərək, ona 349 manatdan artıq 1 uşağa görə alimenti kəsməsi və alimenti indeksasiya etməsi tamamilə maddi hüquq normalarının tələblərinə ziddir və məhkəmə tərəfindən yol verilmiş kobud maddi və prosessual hüquq normalarının pozuntusudur. Nəzərə alınsa ki onun 2-ci rəsmi nikahından 2 övladı var və hər 2 uşağa minimum əmək haqqının 50 misli həddində 600 manat aliment kimi hesablasaq və 349 manatda faktiki nikahdan olan uşağa ayrıcalıqda aliment indeksasiya etməklə və rəsmi nikahda olduğu 2ci həyat yoldaşını da nəzərə alsaq belə çıxır ki, onun ən azı 1400-1500 manat aylıq rəsmi qazancı olmalıdır və yaxud da pul qazanmalıdır ki, həm birinci nikahdan olan övladını dolandırsın və həm də 2 övladını və eyni zamanda 2-ci nikahda olan həyat yoldaşını, arvadını dolandırmış olsun, yəni maddi və mənəvi təminatlarını ödəmiş olsun. Məhkəmə kollegiyasının nəzərinə çatdırıb ki, özü 2-ci qrup 44 günlük müharibə üzrə əlildir və onun əlillik pensiyasından başqa gəliri qazancı yoxdur. Heç yerdə işləyə bilmir, müharibədə aldığı qəlpə yaralarından və eyni zamanda yanında mərmi partlamasından ‘‘Qantuziya” alıb və hazırda X9 qeydiyyatdadır və əsəb xəstəliyindən də əziyyət çəkir və daimi müalicələr alır. Ona görə də düşünür ki, işə baxan məhkəmə indeksasiyanın düzgün aparılmamasını nəzərə alacaq və indeksasiya olunma barədə Göygöl rayon Məhkəməsinin 8(066)-65/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadını tamamilə ləğv edəcək və 86 misli həddində deyil, yalnız minimum əmək haqqının 30 misli həddində ondan aliment tutulması barədə yeni qərardad qəbul etmiş olacaqdır. Həmçinin nəzərə çatdırıb ki, onun 2-ci rəsmi nikahı var və 2-ci rəsmi nikahından 2 övladı var və onları da pensiya ilə güc-bəla ilə saxlayır. 2-ci rəsmi nikahından olan həyat yoldaşı heç yerdə işləmir və əmək fəaliyyəti ilə məşğul ola bilmir, uşaqları azyaşlı olduğuna görə 2-ci nikahından olan arvadı uşaqlarının baxılması ilə məşğul olur. Yəni mövcud alimentin birinci uşağına münasibətdə müəyyən olunmuş miqdarın 20 manat artırılmasına onun etirazı yox idi. Ancaq məhkəmənin müəyyən etdiyi 349 manat alimentin miqdarı və yaxud da 420 manat alimentin miqdarı həqiqətən onun digər uşaqlarının da ailə və maddi vəziyyətinin və maddi rifahının pisləməsinə səbəb olur və səbəb olacaqdır və nəticədə onun 2-ci ailəsi də onların maddi təminatlarını ödəyə bilməyəcəyini görərək ondan ayrılmış olacaqdır. Həmçinin məhkəmənin nəzərinə çaldırıb ki, alimentin indeksasiya olunması ilə bağlı Göygöl Rayon Məhkəməsinin 8(066)-65/2025 saylı iş 12.05. 2025-ci il tarixli qərardadından sonra artıq 2 aydır ki, onun üzərində aliment borcu da indeksasiya ilə bağlı yığılıb yaranmışdır.Yəni o, əvvəllər ödəyirdi 100 manat məbləğdə pulu və hazırda köhnə qaydada 2 aydır ödəyir və onun əlavə indeksasiya olunmuş məbləğlə bağlı 500 manat məbləğdə borcu yaranmışdır. Ona görə də hesab edir ki, Göygöl Rayon Məhkəməsi alimentin azaldılması və onun gəlirlərinin yəni yaşayış minimumu məbləğinin 3 uşaq arasında bölünməsi məsələsinə dair qərar qəbul edərkən həm də cavabdehin xeyrinə kəsilmiş hər ay 349 manat pulun hər ay üçün 249 manat olan hissəsini də silmiş olacaqdır. Hal-hazırda onun maddi durumu çox ağırdır və həqiqətən o, Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-65/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimenti heç cürə ödəyə bilmir. Yuxarıda da izah etdiyi kimi onun 2-ci nikahından 2 övladı doğulmuşdur və birmənalı şəkildə 2 övladını saxlamaqda çətinlik çəkir. Bir halda ki, Azərbaycan Respublikası ərazisində minimum əmək haqqı 349 manat müəyyən olunmuşdur və o işləyəsi olsa ona minimum əmək haqqı 349 manat müəyyən ediləcəkdir. Həmin o 349 manat onun 3 övladının arasında bərabər hissədə bölünməlidir və düşünür ki, həmin minimum əmək haqqı elə bölünməlidir ki, onun minimum əmək haqqının da 86%-dən çox olmasın. Düşünür ki, alimentin miqdarının azaldılması barədə iddia tələbinə baxan məhkəmə bu göstərdiyi məsələləri birmənalı şəkildə araşdıraraq, düzgün qənaətə gələcək və ədalətli qaydada qərar qəbul edərək onun, birinci övladının və 2-ci nikadan olan 2 dənə övladının şəraitinin maddi vəziyyətini və dolanışığını nəzərə alaraq yenidən qərar vermiş olacaqdır. 4.Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək 2-ci qrup müharibə əlili olduğunu, heç yerdə işləmədiyini bildirdi. Məhkəmədən alimentin miqdarının azaldılmasını xahiş etdi.
5. İddiaçının nümayəndəsi X10 izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə çıxış edərək ərizəyə etiraz etdiyini bildirdi, uşağın saxlanması xərclərinin,yəni məktəb, qida, xəstələnəndə həkim xərclərinin nəzərə alınmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ:
7. Azərbaycan Respublikası Konstitutusiyasının: 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
8.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
9. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: Yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
10.“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11.“Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının: 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
12. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
13. Belə ki, işin faktiki halıdır ki, Göygöl rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(066)199/2017 saylı qətnaməsi əsasında tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək İddiaçı xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 100 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra 8(066)-65/2025 saylı iş xx.xx.2025-ci il tarixli qərardad ilə aliment indeksasiya edilərək X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.86 misli həddində aliment məbləği tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Hazırki tələb üzrə İddiaçı aliment məbləğinin onun maddi rifah və ailə vəziyyətinə uyğun olmaması dəlilini irəli sürərək hazırki tələb üzrə aliment məbləğini mübahisələndirmişdir.
14. Belə ki, İddiaçı Göygöl rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(066)199/2017 saylı qətnaməsi əsasında təyin edilmiş və 8(066)-65/2025 saylı iş xx.xx.2025-ci il tarixli qərardad ilə indeksasiya edilmiş övladı X3 münasibətdə aliment təyin olunduqdan sonra maddi vəziyyətində çətinlik yarandığını, 2020-ci il 44 günlük “Vətən” müharibəsində iştirak etməsi, orada yaralanması və bu əsasla sağlamlıq imkanlarının məhdudlaşması səbəbindən əmək fəaliyyətini tam yerinə yetirə bilməməsi, hazırki nikahdan da iki övladının olması bu səbəbdən də müəyyən edilmiş aliment miqdarını ödəyə bilməməsi meyarını irəli sürmüşdür.
15. İş materiallarına əlavə edilmiş Gəncə “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı, 348023 nömrəli, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında olan nikah xx.xx.2019-cu il tarixli 1784 nömrə ilə qeydə alınmışdır.
16. AA3076858 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə doğulmuşdur.
17. AA6279304 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. 18 .İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlillik dərəcəsi müəyyən olunmuşdur.
17. “Elektron məhkəmə sistemi” qeyd edilən iddiaçıya aid gəlir məlumatları qrafasında hazırda 2-ci qrup əlilliyi təyin edildiyi və 493 manat əlilliyə dair pensiya qeyd edildiyi müəyyən olunmuşdur.
18. Göründüyü kimi İddiaçı gəlir və əmlak vəziyyətində sonradan dəyişikliklər olmuş, onun əmək imkanları məhdudlaşmışdır. 19.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
20. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” 20.“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir.
21. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
24. Məhkəmə qeyd edilən halları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək qabiliyyətinin məhdud olması, onun öhdəliyində başqa azyaşlı uşaqlarının olması, indeksasiya edilmiş aliment məbləğinin ölkə üzrə uşaq üçün yaşayış minimumu məbləğindən yüksək olmasını və diqqətə layiq digər hallar nəzərə alınaraq tutulan alimentin məbləğinin azaldılmasını məqsədə müvafiqdir.
25. Odur ki, xx.xx.2016-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh ödənilməlidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 8(066)-65/2025 nömrəli xx.xx.2025-ci il tarixli, qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,86 (sıfır tam yüzdə səksən altı) misli həddində təyin edilmiş alimentin məbləği azaldılsın. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə