Məhkəmə qərarları › İş №2(066)-953/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-953/2024

26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-953/2024 26.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı Cavabdeh nümayəndəsi X1 işrakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin azaldılması, alimentin təyinatının və tutlma mexanizminin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Alimentin azaldılması, alimentin təyinatının və tutlma mexanizminin dəyişdirilməsi tələbinə dair iddia qaldıraraq, arvadı Cavabdeh qız ilə birgə nikahdan olan uşaqları 04 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(066)- 1066/2023 nömrəli qətnaməsi hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin maddi vəziyyətinə, əlilliyinə, əllilik müavinətindən başqa gəliri olmamasına görə, alimentin miqdarının azaldılmaqla müavinəıtinin və başqa qazancının dördə bir hissəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Göygöl rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(066)- 1066/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahdan olan uşaqları 04 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, ondan 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentinin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Ancaq 3-cü qrup əlil olmaqla işləyə bilmir və əllilik müavinətindən başqa gəliri də yoxdur. Özünün maddi vəziyyəti çox aşağıdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh heç bir yerdə işləmir, maddi vəziyyəti çətindir. İddiaçı Göygöl rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(066)-1066/2023 nömrəli qətnaməsi ilə razılaşmış və ondan apellyasiya qaydasında şikayət verməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxxx 1994-cü il tarixdə anadan olmuşdur, Göygöl rayonu Hacıməlik kəndində yaşayır. Mülki işə əlavə edilmiş Göygöl rayon İH başçısının Göygöl rayon Topalhəsənli kənd icra nümayəndəlinin arayışından məlum olur ki, İddiaçı Göygöl rayon Topalhəsənli kəndində qeydiyyatda olmaqla, oğlu 28 may 2015-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(066)-1066/2023 nömrəli qətnaməsindən məlum olur ki, 04 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 170 (bir yüz yetmiş) məbləğində aliment İddiaçı Cavabdeh xeyrinə ondan tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ilə faktiki nikah nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 1 nəfər uşaqları olmuşdur. Aralarındakı narazılıqlara görə ayrılmışlar. Onlar ayrıldıqdan sonra 19 sentyabr 2023-cü il tarixli, 2(066)-1066/2023 nömrəli qətnaməsinə əsasən 04 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 170 (bir yüz yetmiş) məbləğində aliment İddiaçı Cavabdeh xeyrinə ondan tutulması qət edilmişdir. İddiaçı məhkəmənin həmin qətnaməsi ilə razılaşmış ondan apellyasiya şikayəti verməmişdir. İddiaçı 3-cü qrup əlil olmaqla işləyə bilmir və əllilik müavinətindən başqa gəliri olmamasını əsas gətirərk hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ancaq məhkəmə hesab edir ki, bu iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, 04 yanvar 2023-cü il təvəllüdlü X4 böyüdükcə onun xərcləri də artmış olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin azaldılması, alimentin təyinatının və tutlma mexanizminin dəyişdirilməsi tələbinə dair” iddiası əssasız olduğuna görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar