Məhkəmə qərarları › İş №2(066)-959/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-959/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-959/2025 19.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh nikah münasibətlərində olmuş, Göygöl Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(066)-236/2022 nömrəli qətnaməsi ilə nikah pozulması, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanması qət edilmişdir.

Məhkəmədə icraat:

2. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəsmi nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X9 və qeyri-rəsmi nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə ayrı-ayrılıqda 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq verilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 may 2017-ci il tarixdə el adəti üzrə evləniblər, həmin tarixdə Gəncə Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdiriblər. Birgə nikahlarından 02 yanvar 2019-cu il tarixdə X12 və 27 yanvar 2020-ci il tarixdə X9 adlı uşaqları doğulmuşlar. Münasibətləri bir müddət normal olsa da sonradan kəskinləşmişdir. Xasiyyətləri tutmadığından və yola gedə bilmədiklərindən özünün iddiası əsasında Göygöl Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(066)-236/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulan zaman birgə nikahlarından doğulmuş uşaqlarının məhkəmə qətnaməsi ilə iddiaçının himayəsində saxlanılmaları müəyyən edilmişdir. Nikahları pozulduqdan, bir neçə ay ayrı yaşadıqdan sonra böyüklərin məsləhəti ilə yenidən barışaraq birgə yaşamağa başlayıblar, lakin nikaha daxil olmayıblar. Birgə yaşadıqları müddətdə faktiki 15 iyul 2023-cü il tarixdə Sevgi adlı uşaqları doğulub, həmin uşağa atalıq verib. Sonuncu uşaqları Sevgi doğulandan 3-4 ay sonra cavabdeh uşaqları evdə qoyaraq evi tərk edərək evdən çıxıb getmişdir. Bu barədə Göygöl rayonu Balçılı kənd İƏD üzrə nümayəndəlik akt tərtib etmişdir. Ayrıldıqları vaxtdan cavabdeh uşaqların saxlanılmasında hər hansı köməklik göstərməyib. Uşaqlar böyüyür, onların tələbatları artır, iddiaçı onların saxlanılmalarında çətinlik çəkir. Cavabdeh özü uşaqların saxlanılmasında hər hansı bir köməklik göstərmədiyi üçün məcbur olub uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə Göygöl 1 saylı Mediasiya Təşkilatına müraciət edib. Cavabdeh X3 iştirak etməyib ona görə mediator iddiaçıya X3 İştirak Edilməməsi barədə Arayış verib və məhkəməyə müraciət etməyini bildirdi. Samir Məmmədov da qanunvericiliyin tələbinə uyğun olaraq ardıcıl olaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Odur ki, Cavabdeh ilə birgə və faktiki nikahlarından doğulmuş 02 yanvar 2019-cu il təvəllüdlü X6 27 yanvar 2020-ci il təvəllüdlü X5 və 15 iyul 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün ay hər uşaq üçün 100 (yüz) manat cəmi (üç yüz) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, uşaqları nikah pozulandan sonra görməmişdir, özü Beyləqanda yaşayır və çobanlıq edir. Aliment ödənilməsinə etiraz edir.

6. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

9. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində, 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

11. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının: 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 3.2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 3.3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

13. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iş materiallarına əlavə edilmiş doğum AZ-İV seriyalı, 897613 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

15. Doğum AZ-İV seriyalı, 225303 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

16. Doğum AZ-İV seriyalı, 414514 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

17. Göygöl Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(066)-236/2022 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulması, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanması qət edilmişdir.

18. 18 yanvar 2024-cü il tarixli Göygöl rayonu Balçılı kəndində tərtib edilən aktda qeyd edilir ki, Balçılı kənd sakini İddiaçı evinə baxış keçirilmiş, arvadı Cavabdeh üç azyaşlı övladını İddiaçı və qaynanası X1 himayəsinə verərək üç aydan artıq müddətə evi tərk etməsi müəyyən etmişdir.

19. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı el adəti ilə toy edilərək, ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2019-cu il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X9 və qeyri-rəsmi nikahdan xx.xx.2023-cü il təvəllüdlü X8 doğulmuşdur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

23. Azərbaycan Respublikasında 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir.

24. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləği, cavabdehin və iddiaçının gəlirləri barədə sübutun təqdim edilməməsi, valideynlərin uşağın saxlanılmasında birgə məsuliyyəti və iddiaçının aliment tələbi nəzərə alınaraq iddia təmin olunmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli (400 x 0,25) həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X11 adlı uşağın saxlanılması üçün anası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün anası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün anası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar