Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-962/2024 21.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı Tardıq qızının onun vəkili və nümayəndəsi Vəkil Cavabdeh Məmməd qızının iştirakı ilə, İddiaçı Tardıq qızının Cavabdeh Məmməd qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Tardıq qızının Cavabdeh Məmməd qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” məhkəmədə barədə iddia qaldıraraq Cavabdeh Məmməd qızı, ünvan 1 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsinin və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaqsahəsinin satılması barədə X13 və X12 ilə onun arasında ilə aralarında xx.xx.2002-ci il tarixli alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Tardıq qızının onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, nümayəndəsi olduğu İddiaçı Tardıq qızı 2002-ci ildə X6 və X4 Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsinin və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsinin satmasını eşitmiş və onlarla razılaşmışdır ki, 2200 (iki min iki yüz) ABŞ dolları müqabilində Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsini onlardan alsın. Buna görə də o, 18 fevral 2002-ci il tarixdə X11 və X7 2200 (iki min iki yüz) ABŞ dolları pul vermiş, onlar isə həmin vaxtı Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsini onun istifadəsinə vermişlər. Həmin vaxtdan indiyənə kimi vaxtı Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsi onun istifadəsindədir. Onlar öz aralarında Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsinin ona satılmasına dair müqavilanamə tərtib etmişlər. X13 və X12 həmin vaxtdan da Göygöl rayonu Çaykənd kəndini tərk etmişlər, sonra isə ölmüşlər. Həmin daşınmaz əmlaklara aid olan sənədlərdə 18 fevral 2002-ci il tarixdən ondadır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh Məmməd qızı iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, X13 və X12 onun valideyinləri olmuşlar. Hal-hazırda ölmüşlər. X1 və X12 mülkiyyətlərində olan Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsini 18 fevral 2002-ci il tarixdə 2200 (iki min iki yüz) ABŞ dollarına İddiaçı Tardıq qızına satmışlar. Sonra isə 18 fevral 2002-ci il tarixdə onlar arasında müqavilənamə bağlanmışdır. O, özüdə müqavilənamənin bağlanmasında iştirak etməklə, imzalamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən şahid X3 məhkəmə iclasında göstərdi ki, X13 və X12 mülkiyyətlərində olan Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsini 18 fevral 2002-ci il tarixdə 2200 (iki min iki yüz) ABŞ dollarına İddiaçı Tardıq qızına satmışlar. Sonra isə 18 fevral 2002-ci il tarixdə onlar arasında müqavilənamə bağlanmışdır. O, özüdə müqavilənamənin bağlanmasında iştirak etməklə, imzalamışdır. Məhkəmə baxış iclasında iştirak edən şahid X8 da X3 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Mülki işə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-474 saylı, (KOD ********) Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrara İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X13 və X4 müliyyətlərinə Göygöl rayonu Çaykənd kəndi ərazisində kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Xanlar rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1993cü il tarixli 556 nömrəli qərarından, 02 aprel 1996-cı il tarixli, qeydiyyat nömrəsi 7-1650 olan qeydiyyat vəsiqəsidən və texniki pasportdan məlum olur ki, X6 mülkiyyətində Göygöl rayonu Çaykənd kəndində 0,24 hektar torpaq sahəsinində yerləşən, 6/2 ünvanda yaşayış sahəsi 38 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş 18 fevral 2002-ci il tarixli müqavilənamədən məlum olur ki, X13 və X12 mülkiyyətlərində olan Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsini 18 fevral 2002-ci il tarixdə 2200 (iki min iki yüz) ABŞ dollarına İddiaçı Tardıq qızına satmışlar. X2, X12, Cavabdeh Məmməd qızı, İddiaçı Tardıq qızı, X8 və X3 tərəfindən imzalanmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi İdarəsiniı 07 yanvar 2024-cü il tarixli, 3-21-3-33/2- 0620/2024 saylı mətubundan məlum olur ki, Göygöl rayonu Çaykənd kəndində 0,24 hektar torpaq sahəsində, 6/2 ünvanda yerləşən yaşayış evi X6, Göygöl rayonu Çaykənd kəndi ərazisində Torpağa Mülkiyyət Hüququna dair JN-474 saylı, (KOD ********) Dövlət Aktında qeyd edilən kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsi X6 və X4 mülkiyyətlərindədir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X13 və X12 mülkiyyətlərində olan Göygöl rayonu Çaykənd kəndində 6/2 ünvanda yerləşən evi və evin yerləşdiyi 0,24 hektar torpaq sahəsini və kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsini 18 fevral 2002-ci il tarixdə 2200 (iki min iki yüz) ABŞ dollarına İddiaçı Tardıq qızına satmışlar. Həmin vaxtdan da qeyd edilən daşınmaz əmlaklar sonuncunun istifadəsindədir. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Tardıq qızının Cavabdeh Məmməd qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. İddiaçı Tardıq qızı ilə X13 və X12 arasında, 02 aprel 1996-cı il tarixli, qeydiyyat nömrəsi 7-1650 olan qeydiyyat vəsiqəsidə qeyd edilən, ünvan 4 ünvanda yerləşən, 0,24 hektar torpaq sahəsinin və həmin 0,24 hektar torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi 38 kvadrat metr olan, 2 otaqlı fərdi yaşayış evinin, Göygöl rayonu Çaykənd kəndi ərazisində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-474 saylı, (KOD ********) Dövlət Aktında qeyd edilən kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsinin alqı-satqısına dair olan 18 fevral 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. 02 aprel 1996-cı il tarixli, qeydiyyat nömrəsi 7-1650 olan qeydiyyat vəsiqəsidə qeyd edilən ünvan 4 ünvanda, yerləşən 0,24 hektar torpaq sahəsi və həmin 0,24 hektar torpaq sahəsinin üzərində olan yaşayış sahəsi 38 kvadrat metr olan, 2 otaqlı fərdi yaşayış evi, Göygöl rayonu Çaykənd kəndi ərazisində Torpağa Mülkiyyət Hüququna dair JN-474 saylı, (KOD ********) Dövlət Aktında qeyd edilən kənd təsərrüfütı məhsullarının istehsalı üçün 0,64 hektar torpaq sahəsi İddiaçı Tardıq qızının adına rəsmıləşdirilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-962/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-962/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver