Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-970/2023 25.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə 250 manat və qızı Dəryanın 3 yaşına çatana kimi saxlanılması üçün ona 100 manat məbləğin verilməsi, həmçinin mediasiya xərci üçün ödənilmiş 55 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nigah münasibətindən keçməklə evlənmişlər. Rəsmi nigahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Uşaq onun himayəsindədir. Cavabdeh onunla yola getməmişdir . Cavabdehin valideyinlərinin ucbatından ailələrinin dağıldığını,bir ailədə yaşamaları mümkün olmadığından o uşağını götürüb atasının evınə getmişdir. Hal-hazırda da uşağı ilə birlikdə atasının evində yaşayır. Hər həftə uşağın yeməyinə 40 manat ödəyir və keçmiş həyat yoldaşı uşağın saxlanılması üçün maddi köməklik göstərmir. Cavabdehin uşağının saxlanılması üçün 250 manat aliment ödəməyə imkanı olduğunu bildirdi. Uşağı körpə olduğuna görə özü işləmir, uşağını valideyinlərinin köməkliyi ilə maddi çətinliklə saxlayır. Odur ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay 250 manat miqdarında alimentin, uşaq 3 yaşına çatana kimi əlavə olaraq cavabdehdən hər ay onun xeyrinə 100 manat və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə birgə nigahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə iddiaçı uşağı götürüb atası evinə getmiş və hal hazırdada atasının evində yaşayır. İş yeri və eləcədə başqa gəliri yoxdur. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Ayda cəmi 100 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV 831691 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü ildə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasına müraciət etmiş. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 05/206 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 20 may 2022-ci il tarixdə 1244 nömrə ilə qeyd edilməklə nigahları bağlanmış, nigah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadları verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 250 manat müavinətdən əlavə gəliri olmasi barədə məhkəməyə subut təqdim etmədiyindən İddiaçı iddiasının xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi Cavabdeh tələb etdiyi 100 manat aliment tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir . Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulmasına iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamənin aliment tələbinə dair hissəsi dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi hər ay 180 (bir yüz səksən) manat aliment, xx.xx.2023-cü ildə anadan olmuş X2 3 yaşına çatana kimi 20 manat və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-970/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-970/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver