Məhkəmə qərarları › İş №2(066)-978/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-978/2025

29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-978/2025 29.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 06 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmasına görə hər ay 246 (iki yüz qırx altı) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Mediasiya şurasına aliment və qızıl-ziniət əşyaları tələbinə dair müraciət etmiş, Mediasiya reyestrində MŞG/1/2024-00039 nömrə ilə qeydiyyatdan keçmişdir. Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Bu barədə ona 07 mart 2025-ci il tarixli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh ilə 2019-cü ildə el adəti üzrə nikahı rəsmiləşdirmədən evlənmişlər. Faktiki nikahlarından 06 oktyabr 2020-ci il təvəllüdlü X9 adlı 1 uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra xasiyyətləri uyğun gəlsə də, sonradan aralarında narazılıqlar baş vermişdir. Bu səbəbdən uzun müddətdir ki, ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(066)-1224/2024 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ona qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, 06 oktyabr 2020-ci il tarixdə anadan olmuş Arda adlı uşağın (X5) atasının Cavabdeh, anasının isə İddiaçı olması müəyyən edilmiş, 06 oktyabr 2020-ci il tarixdə anadan olmuş Arda adlı uşağın (X5) doğum akt qeydində soyadının “Məmmədov”, adının “Arda", ata adının isə “Məqsəd”, ata qrafasına “Cavabdeh", ana qrafasına “İddiaçı” olaraq qeyd edilməsinin Göygöl rayon eydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Cavabdehlə bir yerdə yaşamaları mümkün olmadığına görə ayrılmışlar. O, məcbur olub öz valideynlərinin öhdəsində yaşayır. Bundan əlavə özü uşağı azyaşlı olduğuna görə heç bir yerdə işləmir. Maddi vəziyyəti olduqca ağırdır. Uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə könüllü surətdə nə ona, nə də ki, uşağına heç bir maddi yardım göstərmir. Cavabdeh bərbər işləyir, bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment verməyə imkanı vardır. Odur ki, məcbur olub məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, qızı İddiaçı ilə Cavabdeh 06 oktyabr 2020-ci il təvəllüdlü Arda adlı uşaqları var. Uşaq bir yaş 6 aylığından onların yanında yaşayır. Cavabdeh bərbər işləyir. Uşağının saxlanılmasına maddi köməklik göstərmir. İddiaçı olan qızı kosmetoloq yanında işləyir və hər ay 250 manat əmək haqqı alır. Cavabdehin hər ay 246 manat aliment ödəməyə maddi imkanı var. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, 06 oktyabr 2020-ci il təvəllüdlü Arda adlı uşağın atasıdır. İddiaçı ona uşağını göstərimir. İddia tələbini qəbul edir və iddiaçı ilə birgə ailə münasibətlərindən anadan olmuş oğlu Ardanın saxlanılması üçün 246 manat məbləğində aliment ödəməyə razıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə anadan olmuşdur və ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(066)-1224/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, 06 oktyabr 2020-ci il tarixdə anadan olmuş Arda adlı uşağın (X5) atasının Cavabdeh, anasının isə İddiaçı olması müəyyən edilmiş, 06 oktyabr 2020-ci il tarixdə anadan olmuş Arda adlı uşağın (X5) doğum akt qeydində soyadının “Məmmədov”, adının “Arda", ata adının isə “Məqsəd”, ata qrafasına “Cavabdeh", ana qrafasına "İddiaçı” olaraq qeyd edilməsinin Göygöl rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V seriyalı 061972 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 30-u günündə 5371 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə X6r) İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 472184 nömrəli “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” nin sürətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2024-cü ilin, 12-ci ayının, 20-ci günündə 60 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2024-00039 saylı “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment və qızıl-zinət əşyaları tələbi”nə dair mübahisə üzrə mediator X7 tərəfindən keçirilən “X8”nda Cavabdeh iştirak etməmiş, X3 iştirak etmiş İddiaçı İMS-nin keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh 2019-cu ildə rəsmi nikaha daxil olmadan el adəti ilə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Aralarında yaranmış narazılıqlara görə tərəflər ayrılmışlar. xx.xx.2020-ci il təvəllüdlü X9 anasının yanında yaşayır. Göygöl Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(066)- 1224/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, 06 oktyabr 2020-ci il tarixdə anadan olmuş Arda adlı uşağın (X5) atasının Cavabdeh, anasının isə İddiaçı olması müəyyən edilmiş, 06 oktyabr 2020-ci il tarixdə anadan olmuş Arda adlı uşağın (X5) doğum akt qeydində soyadının “Məmmədov”, adının “Arda", ata adının isə “Məqsəd”, ata qrafasına “Cavabdeh", ana qrafasına "İddiaçı” olaraq qeyd edilməsinin Göygöl rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 06 oktyabr 2020ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmasına görə hər ay 246 (iki yüz qırx altı) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul edərək birgə ailə münasibətlərindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında ölkə üzrə minimum əmək haqqı 2025-ci il üzrə isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının və cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsi, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti və alimentin məbləği barədə tərəflər arasında olan razılığı nəzərə alınaraq iddia təmin olunmalı, xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 (sıfır yüzdə altı yüz qırx beş) misli həddində sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış rəsmi nikah pozulduğundan və uşaqlar analarının yanında olduğundan, həmçinin cavabdeh aliment tələbi ilə razılaşdığından iddia tələbi təmin edilməli, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı X3 iştirak etmiş və X8nın keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc ödəmiş, lakin cavabdehdən tələb etməmişdir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləğinin 2952 manat olması və həmin məbləğə uyğun 50 (əlli) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 (sıfır yüzdə altı yüz qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar