Məhkəmə qərarları › İş №2(066)-984/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-984/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-984/2023 01.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03 may 2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsinin, eyni zamanda 03 may 2023-cü il tarixdə anadan olmuş X2 3 yaşına kimi saxlanılması üçün 150 manat, həmçinin mediasiya xərci üçün ödənilmiş 55 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsini müdafiə edərək göstərdi ki, cavabdehlə 27 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər və rəsmi nikahlarından 03 may 2023-cü il tarixdə anadan olmuş X4 adlı uşaqları anadan olmuşdur, ailə qurandan sonra bir müddət mehriban yaşamışlar, lakin sonradan ailəyə kənar müdaxilələr edilmişdir. Cavabdehin bacısı və anası onu yola vermədiyindən o, öz atasına məxsus olan evə gəlmişdir. Uşağı körpə olduğundan heç bir yerdə işləmir.Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Mediasiya şurasına aliment tələbinə dair müraciət etmişdir. Mediasiya reyestrində MŞG/1-01903 nömrə ilə qeydiyyatdan keçmiş və keçirilən mediasiya sesiyasından sonra prosesi davam etdirilə bilməməsi barədə qərar qəbul etmişlər. Bununla əlaqədar ona 14 iyun 2023-ci il tarixli arayış təqdim edilmişdir. Hazırda cavabdeh uşağın saxlanması üçün ona heç bir köməklik göstərmir, maddi vəziyyəti çox pisdir, uşaqların saxlanmasında maddi cəhətdən çox çətinlik çəkir, cavabdeh AR-nın Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsində işləyir. Onun 03 may 2023-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment verməyə imkanı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahatında, iddianı qəbul etməməsini, özünün cavabdehin anası olmasını, oğlunun Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsində işləməsini, kredit borcunun çox olmasını, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı olmamasını bildirdi. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İV seriyalı, 866804 nömrəli Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, 03 may 2023-ci il təvəllüdlü X2 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu qeyd edilmişdir. İş materiallarında olan 1 saylı X7 “Xidmət Mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyun 2022-ci il tarixli, AZ-İİ 508445 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 27 iyun 2022-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsmayıllı, arvada Vəliyeva soyadları verilmişdir İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 14 iyun 2023-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2018-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.19993-cü il tarixdə Azərbaycan Respublikası, Xanlar rayonunda anadan olmuş və Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qаrşı “aliment” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmişdir, İddiaçı cavabdehlə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 03 may 2023-ci il təvəllüdlü X6 adlı uşaq doğulmuşdur. İddiaçı ilə cavabdeh ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da ailə münasibətlərinə kənar müdaxilələr çox olduğu üçün ayrılmışlar. Hazırda da iddiaçı ilə cavabdeh ayrı yaşayırlar və azyaşlı uşaq da iddiaçı ilə yaşayır. Cavabdeh uşağın saxlanılması üçün heç bir köməklik etməmişdir. İddiaçı alimentin ödənilməsi üçün mediasiya orqanına müraciət etmiş, lakin cavabdeh mediasiya prosessinə gəlməmişdir. Cavabdeh hazırda Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsində işləyir və aylıq qazancı da yaxışıdır. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir (Konstitutsiya 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (Ailə Məcəlləsi 75; 78). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq gəlirinin ¼ hissəsinin aliment kimi tutulmasını məhkəmədən xahiş etmişdir. Ailə Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Beləliklə məhkəmə hesаb edir ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment alınaraq iddiaçının xeyrinə tutulmаlı, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan etibarən hesablanmalı, aliment hissəsində qətnamə dərhal icra edilməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianıntam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansınəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət verməmüddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 03 may 2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, 03 may 2023-cü il tarixdə anadan olmuş X2 3 yaşı tamam olana kimi hər ay 30 manat aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh iddiaçının Mediasiya Şurasına ödədiyi 55 manat xidmət haqqı tutularaq İddiaçı ödənilməli, Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə verilməli və alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi, yəni 20 iyun 2023-cü il tarixdən başlamalıdır. İddia tələbinin qalan hissəsi isə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır (Mülki Prosessual Məcəllə 14; 77; 88; 217). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiа qismən təmin edilsin. 03 may 2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment və 03 may 2023-cü il tarixdə anadan olmuş X2 3 yaşı tamam olana kimi hər ay 30 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh iddiaçının Mediasiya Şurasına ödədiyi 55 manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə verilsin. Alimentin tutulma müddəti iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ____________________________________________ _ _______________ _______ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-984/2023 01 avqust 2023-ci il İddiaçı Göygöl şəhəri, Q.Qarayev küçəsi, ev 88 Cavabdeh Göygöl rayonu, Topalhəsənli kəndi Göygöl Rayon Məhkəməsinin 2(066)- 984/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti « 03 » vərəq. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ____________________________________________ ________________ _______ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-984/2023 01 avqust 2023-ci il Göygöl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu cənab Orxan Əliyevə Hörmətli Orxan müəllim, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə 01 avqust 2023-ci il tarixli, 2(066)-984/2023 nömrəli qətnamənin surəti və icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Xahiş edirəm “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasını təmin edib nəticəsi barədə dərhal məhkəməyə məlumat verəsiniz. Qoşma : qətnamənin surəti və icra vərəqəsi Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar