Məhkəmə qərarları › İş №2(067)-1011/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1011/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1011/2024 14.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2004-cü il tarixdə qeyri rəsmi olaraq ailə kimi birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə bir uşaqları, xx.xx.2010cu il təvəllüdlü X4 anadan olmuşdur. O, uzun müddətdir cavabdehlə ayrı yaşayır. Cavabdeh onunla və övladı ilə maraqlanmr. Xasiyyətləri uyğun gəlmədiyinə görə, tez-tez mübahisə etdiklərinə görə cavabdehlə birlikdə yaşamaları baş tutmamış və aralarında olan nikah əlaqələri 2022-ci ildən tamamilə kəsilmişdir. Həmin vaxtdan ayrı yaşayırlar və birgə təsərrüfat idarə etmirlər. Cavabdehlə barışmaları, ailənin qorunub saxlanılması mümkün deyildir. Uşağı hazırda özünün yanındadır. Cavabdehin maddi imkanı yaxşı olsa da, uşağına baxmır, onunla maraqlanmır. O, tək uşağına baxmaqda çətinlik çəkir, onun saxlanılması üçün lazımi xərcləri çatdıra bilmir. Bu günə qədər övladının bütün təminatlarını özü ödəmişdir, lakin artıq ödəyə bilmir. Cavabdehin maddi imkanı yaxşıdır, amma o, ödəniş etmək istəmir. Uşaq azyaşlı olduğu üçün xərcləri çoxdur. Cavabdeh rəsmi olaraq ayda 1000-1500 manat arası təqaüd alır. O, zabit rütbəsi ilə təqaüdə çıxıb. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdehlə 12 ilə yaxın qeyri rəsmi ər arvad kimi birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il təvəllüdlü qızları Nərmin anadan olmuşdur. Cavabdeh uşağın barəsində atalığını müəyyən etdirmiş və bu barədə şəhadətnamə alınmışdır. Cavabdeh bir müddət xx.xx.2010-cu il təvəllüdlü qızı Nərminin saxlanılmasında ona köməklik göstərmiş, ona görə də aliment tələb etməmişdir. Lakin sonradan cavabdeh xəstələnmiş və münasibətləri kəsilmişdir, 1 ilə yaxındır cavabdeh uşağı ilə maraqlanmır. O, Xudat şəhər xəstəxanasında xadim işləyir və 345 manat əmık haqqı alır, başqa gəlir yeri yoxdur, sosial müavinət almır. Kirayə evdə yaşayır. Uşağında genetik təzyiq xəstəliyi var, müalicə alır. Ona görə cavabdehdən aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasını istəyir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, Cavabdeh onun atasıdır. Atasının nikahdan kənar uşağının olduğunu 4 ildir ki, bilir. Atasının ondan başqa bir övladı, yəni qızı da var, həmçinin iddiaçı ilə nikahdan kənar digər bir qızı var. Atası 2023-cü ilədək iddiaçıya uşağını saxlamaqda köməklik göstərib, 2023-cü ildə insult keçirib xəstəxanaya yerləşdirilmiş və hazırkı vaxtadək yataq xəstəsidir, müalicələr alır. Atası bankdan aldığı kreditə görə də aylıq ödənişlər olunur. Hazırda iddiaçıya uşağının saxlanılması üçün ayda 200 manat aliment ödəyə bilər. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəmə iddianın dəqiqləşdirilməsinə dair ərizəsini təqdim edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit məbləğdə alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit məbləğdə alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit məbləğdə alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi X3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq, o, məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh nümayəndəsi X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunduğundan, təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 166509 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2010-cu ildə doğulmuş X1 barəsində Cavabdeh atalığı müəyyən olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 557559 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2010-cu ildə doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit məbləğdə alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi X2 xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit məbləğdə alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə iddia tələbini qəbul etmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeydə alınmış tərəflərin gəlirləri barədə məlumatlardan görünür ki, İddiaçı Xaçmaz rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsdə sanitar işləyir və aylıq əmək haqqı 414 manat təşkil edir. Cavabdeh isə yaşa görə 1330,39 manat pensiya alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2024-cü ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və tərəflərin uşağın saxlanılması üçün ödəniləcək alimentin məbləği barədə razılaşdıqlarını nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat məbləğində sabit alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına ödədiyi 50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi təmin edildiyindən, yəni alimentin məbləği 200 manat müəyyən olunduğundan, iddianın qiyməti 200 manat x 12 aya= 2400 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit məbləğdə aliment və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilməli, həmçinin 44 məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit məbləğdə aliment və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar