Məhkəmə qərarları › İş №2(067)-1043/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1043/2021

17.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1043/2021 17.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin miıəyyən olunmasına dair və aliment ödənilməkdən azad edilərək yığılmış aliment borcunun silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 04.01.2011-ci il tarixdə doğulmuş oğlu X5 yaşayış yerinin onun yanında olması barədə və Xaçmaz rayon Məhkəməsinin 2(067)-2289 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən ona oğlu X7 münasibətdə təyin olunmuş aliment ödənilməkdən azad edilərək yığılmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, birgə nikahdan anadan olmuş digər övlad X6 onun yanında olması və aliment borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nigahdan 04.01.2011-ci il təvəllüdlü X9 və 02.07.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 2 övladı cavabdehin himayəsində qalmışdır. Lakin böyük övladı Mətin Kərimov 15 sentyabr 2016-ci il tarixdən anasının tərəfindən onun yanına gətirilmiş, tərəfindən Xaçmaz şəhəri, 5 saylı orta məktəbdə yazılmış, X16 şəhəri, 5 saylı orta məktəbdə təhsil almağa başlamışdır. O vaxtdan bəri Mətin Kərimov onun və anası X3 himayəsi və tərbiyəsi altındadır. Hal-hazırda 5 ilə yaxındır ki, Mətin Kərimova o və anası baxırlar. Mətin Kərimov hal-hazırda 4-cü sinifdə təhsil alır. Qeyd etdiyi faktlar Azərbaycan Respublikası Təhsil Nazirliyi B.Rəsulov adma Xaçmaz şəhər 5 saylı orta məktəbin 01 saylı, 01 fevral 2021-ci il tarixli arayışında da öz əksini tapmışdır. 2013-cü ildə Cavabdeh ilə boşandıqdan sonra 2 uşağı ilə birgə 1 ilə yaxın onunla birgə qalmış, sonra isə uşaqları götürərək onun valideynlərinin yaşadığı Xaçmaz rayonu, Molla-Burhan kəndinə getmişdir. 2016-cı ildə isə könüllü olaraq uşağı özü gətirərək yaşayış yerini onların yanında olmasını istəmişdir. Bu fakt Xaçamz rayon İcra Hakimiyyəti Başçısının İƏD-nin qonşularının iştirakı ilə tərtib etdiyi aktda da öz əksini tapmışdır. Onun uşağı onun yanında yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin arayınşından məlum olur ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2289 saylı, 20 avqust 2019-cu il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləüində aliment tutularaq tələbkar X2 ödənilməlidir və onun hal-hazırda 5120 manat aliment borcu vardır. Hesab edir ki, məhkəmə tərəfindən uşağın 5 ilə yaxındır ki, onun yanında olması öz təsdiqini tapsa, o, həmin alimentin bir uşağa aid olan hissəsindən azad edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-2289/2019 saylı 20.08.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından olan 04.01.2011-ci il təvəllüdlü X5 və 02.07.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat omaqla cəmi 320 manat sabit aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aparatı Qəyyumluq və Himayəçilik komissuyasının 27 aprel 2021-ci il tarixli, 889 saylı rəyindən müəyyən olunur ki, 04.01.2021-ci il təvəllüdlü X9 və 02.07.2012-ci il təvəllüdlü X8b ataları İddiaçı himayəsinə verilmələri və saxlanılmaları məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 20 avqust 2021-ci il tarixli 11/173 saylı rəyindən müəyyən olunur ki, 04.01.2011-ci il təvəllüdlü X5 hal-hazırda atası İddiaçı və anası Cavabdeh qarşı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, atası İddiaçı qarşı bağlılığı daha çoxdur. 02.07.2012-ci il təvəllüdlü X6 hal-hazırda anası Cavabdeh və atası İddiaçı qarşı bağlılığı üzə çıxmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X4 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Qərarına əsasən Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Qeyd olunan Plenumun Qərarında göstərildiyi kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsində əks olunan “ailə vəziyyəti” anlayışına şərh verilərək göstərilir ki, tərəfin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olub-olmamasına diqqət yetirilməlidir. Bundan başqa, alimentdən azad etmə ilə bağlı işlərə baxarkən X12 Məcəlləsinə uyğun olaraq tərəflərin diqqətəlayıq digər halların da araşdırılması tələb olunur. Qeyd olunan işdə məhkəmə hesab edir ki, uşaqların 04 yanvar 2011-ci il təvəllüdlü X5 2016-cı il tarixdən atasının yanında yaşaması, bundan sonra da onunla qalmaq istədiyini, habelə mənəvi olaraq atasını daha çox istədiyini diqqətəlayıq hal kimi nəzərə almaq məqsədəmüvafiqdir. Beləliklə də, tərəflərin izahatları ilə və iş materiallarında olan sənədlərlə tam olaraq sübuta yetirilir ki, hal-hazırda 04.01.2011-ci il tarixdə doğulmuş oğlu X5 İddiaçı yanında yaşayır və bundan sonra da, atası İddiaçı yanında yaşamaq istəyir. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquqi əsaslara və faktiki hallara istinadən İddiaçı 04.01.2011-ci il tarixdə doğulmuş oğlu X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 04.01.2011-ci il tarixdə doğulmuş X5 yaşayış yeri İddiaçı yanında olması müəyyən edilsin və Xaçmaz rayon Məhkəməsinin 2(067)-2289 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı X9 münasibətdə təyin olunmuş aliment ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya, 15 manatı isə cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar