Məhkəmə qərarları › İş №2(067)-105/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-105/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-105/2021 11.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiacı İddiaçı və Cavabdeh iştirakları ilə, iddiacı İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən olunması və aliment ödəməkdən azad etmə tələbinə dair iddiası üzrə mülki işə Xacmaz şəhərində acıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 may 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X3 yaşayış yerinin onun yanında və himayəsində qalmasının müəyyən edilməsi, Xızı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 22.08.2012-ci il tarixdə Xızı rayon Qeydiyyat şöbəsində rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 13.05.2005-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pozulduğundan və xasiyyətlərində uyğunsuzluq yarandığından Xızı Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 2(068)-06/2017 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş və oğlanları X4 anasının himayəsinə verilmiş, həmçinin ondan ayda 120 manat aliment tutulması qət edilmişdir. Lakin bu ilin fevral ayından oğlu onun yanına qayıtmışdır. Hazırda uşaq orta məktəbdə oxuyaraq təhsil alır. Fevral ayına qədər oğlunun saxlanılması üçün cavabdehə ödəməli olduğu alimenti mütəmadi ödəmişdir. Oğlu yanına gələndən bəri alimenti ödəmir. O, yenidən ailə qurmuşdur və həmin nikahdan 18.08.2017ci il təvəllüdlü Hüseyn adlı bir azyaşlı uşağı vardır. Onların bütün xərclərini o, odəyir. Göstərilənlərlə əlaqədar 13 may 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X3 yaşayış yerinin onun yanında və himayəsində qalmasının müəyyən edilməsi, Xızı Rayon Məhkəməsinin 27.02.2017-ci il təvəllüdlü, 2(067)-1591/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad olunmağı barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. 24 avqust 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlunun anasının yanında qalmasına da etiraz etmir. O,ehtiyat edir ki, onun başına nəsə iş gələ bilər, ona görə istəyir ki, oğlunun onun yanında qalması barədə məhkəmə qərarı olsun. Ancaq məhkəmə oğlunun iddiaçıya verilməsini qət edərsə buna etiraz etməyəcək. Qeyd olunanlara əsasən iddiaçı iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. 08.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2021-ci il tarixli 11/288 saylı ekspert rəyini də nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında iddiaçı Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasın 05.05.2021-ci tarixli rəyini də nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 avqust 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 22.08.2012-ci il tarixdə iddiaçı ilə evlənmişlər. 13.05.2005-ci ildə Orxan adlı uşaqları anadan olmuşur. Xızı Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 2(068)-06/2017 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, oğlu onun himayəsinə verilmiş, həmçinin iddiaçıdan ayda 120 manat aliment tutulması qət edilmişdir. O,oğlunun atası ilə görüşməsi üçün onun yanına göndərmişdir, lakin həmin vaxtdan oğlu onun yanına qayıtmamışdır. Oğlu bu ilin fevral ayından atasının yanında qalır və fevral ayından iddiaçı ona alimenti ödəmir. Oğlunun yanına qaytarılmasını tələb edir və çünki oğlu məhkəmə qətnaməsi əsasında ona verilib və onun yanında olmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 08.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2021-ci il tarixli 11/288 saylı ekspert rəyi ilə razı olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında cavabdeh iddianın dəlillərinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, 671167 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 13.05.2005ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarından müəyyən olunur ki, Xızı Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 2(068)-06/2017 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş 13.05.2005-ci il təvəllüdlü X4 anasının himayəsinə verilmiş, həmçinin İddiaçı Cavabdeh xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2021-ci il tarixli 11/288 saylı ekspert rəyindən müəyyən olunur ki, yetkinlik yaşına çatmayan 13.05.2005-ci il təvəllüdlü X3 atası İddiaçı və anası Cavabdeh qarşı bağlılığı müşahidə olunmur. X1 anası Cavabdeh ilə münasibətləri nisbətən daha qənaətbəxşdir. X4 həssas olmaqla, ailədə baş verən problemlər onun emosional-iradi sferasına neqativ təsir göstərmiş və onda valideyinlərinə qarşı küskünlük yaranmışdır. 13.05.2005-ci il təvəllüdlü X3 hal-hazırda psixoloji vəziyyəti qənaətbəxş olmamaqla, diqqət və qayğıya ehtiyacı vardır. Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05.05.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası uşağın fikrini nəzərə alaraq, 13.05.2005-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına catmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına catmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata kecirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata kecirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alcaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata kecirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən oluumuş qaydada məsuliyyət daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata kecirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına catmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, iddiaçının aliment ödənişindən azad edilməsi uşağın qanunla qorunan hüquq və mənafelərinə zidd olduğundan təmin edilməməlidir. Nəhayət nəzərə almaq lazımdır ki, Məcəllənin 3.0.4-cü maddəsində ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi Ailə Məcəlləsinin vəzifələrindən biri kimi təsbit edilmişdir. Məhkəmə Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05.05.2021-ci il tarixli rəyini, uşağın hazırda Xızı rayonunda iddiaçının yanında qalmasını və orta məktəbdə təhsil almasını, həmçinin onun təlim tərbiyəsi ilə iddiaçının məşğul olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahlarından doğulmuş 13 may 2005-ci il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməli və iddia ərizəsinin məhkəməyə daxil olduğu 20.07.2020-ci il tarixdən İddiaçı Xızı Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 2(068)-06/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməlidir. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalı, eskpertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən olunması və aliment ödəməkdən azad etmə tələbinə dair iddiası təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 13 may 2005-ci il təvəllüdlü X4 İddiaçı himayəsinə verilsin və iddia ərizəsinin məhkəməyə daxil olduğu 20.07.2020-ci il tarixdən İddiaçı Xızı Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 2(068)-06/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar