Məhkəmə qərarları › İş №2(067)-1051/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1051/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1051/2021 05.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)-1010/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ona təyin olunmuş 50 manat alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə cavabdehin xeyrinə bir uşağın saxlanması üçün hər ay 50 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə sasən ona təyin edilmiş alimenti ödəməkdən azad edilməlidir. Bu günədək 1000 manatdan artıq pul ödəmişdir. Hazırda ödənilməmiş 838 manat aliment borcu qalmışdır. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Həm də oğlu X2yıtmış, öz uşağı üçün aliment ödəyə bilər. O, arvadı ilə birgə yaşayır və hər kisi də təqaüdçüdürlər. Onların gəlir yerləri, bağları və torpaqları yoxdur. Arvadı 14 ildir ki, əlil arabasındadır. Aldıqları təqaüd müalicəsinə ancaq çatır. Cavabdeh oğlu Vüqar Əzizova qarşı aliment iddiası qaldırmalıdır və uşağın atası olaraq oğlu aliment ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1010/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının ona ödəməli olduğu 50 manat məbləğində alimenti ödəməkdən azad edilməsi barədə iddiasının təmin edilməsinə etiraz etməmişdir. İddiaçı heç bir aliment tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1010/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün . İddiaçı hər ay 50 manat məbləğində aliment alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əzizov X3 rayon məhkəməsinin 2(067)-1010/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar