Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1085/2021 12.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh oglundan himayəsində olan xx xxxxxx 2008-ci ildə anadan olmuş X1, xx xxxxx 2010-cu ildə anadan olmuş X2 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2008-ci ildə X6 oglu, xx xxxxx 2010-cu ildə X4 və xx xxxxxx 2015-ci ildə icə X5 anadan olmuşlar. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və nikahları Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışlar. Heç bir yerdə işləmir və ona görə də uşaqları tək saxlmaqda çətinlik çəkir. Cavabdehin aliment ödəmək üçün yaxşı imkanları vardır. Ona görə də himayəsində olan xx xxxxxx 2008-ci ildə anadan olmuş X1, xx xxxxx 2010-cu ildə anadan olmuş X2 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı qismən müdafiə edərək cavabdehlə razılığa gəldiyini və üç uşağa görə cəmi 200 manat alimentin tutulmasına razı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək üçüncü qrup əlildir, heç yerdə işləmir və digər gəlir yerlərinin olmadığından üç uşağa görə cəmi 200 manat aliment ödəyə biləcəyini göstərərək, iddiaçı ilə razılığa gəldiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-160/2021 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah ləgv edilmiş və tərəflərin bigə nikahlarından olan xx xxxxxx 2008-ci ildə anadan olmuş X1, xx xxxxx 2010-cu ildə anadan olmuş X2 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X5 boşandıqdan sonra anaları İddiaçı himayəsində saxlanılmışlar. İş materiallarında olan şəkilsiz şəxsiyyət vəsiqələrindən surətlərindən müəyyən olunur ki, xx xxxxxx 2008-ci ildə X6 oglu, xx xxxxx 2010-cu ildə X4 və xx xxxxxx 2015-ci ildə X5 anadan olmuşlar. Ataları Cavabdeh oglu, anaları İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qaygısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamaga borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadıgı, çətinlik törətdiyi və ya tərəflərin birinin maragını əhəmiyyətli dərəcədə pozuldugu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləgində və ya eyni zamanda həm sabit pul məbləgində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləgində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşagın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləginin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 09 mart 2021-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 200 manat təyin olunduğundan, iddianın qiyməti 200 manat x 12 aya=2400 manat təşkil edir. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşaqların mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2008-ci ildə anadan olmuş X1, xx xxxxx 2010-cu ildə anadan olmuş X2 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx xxxx 2021-ci ildən başlayaraq Cavabdeh hər ay 200 manat sabit pul şəklində aliment tutularaq İddiaçı verilsin. Dövlət rüsumunu təşkil edən 30 (otuz) manat cavabdehə aid edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1085/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1085/2021
12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver