Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1104/2021 03.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 510 (beş yüz on) manat sığorta ödənişi məbləğinin və 500 (beş yüz) manat işlərin görülməsi xərcinin 30 manat dövlət rüsumunun, cəmi 1040 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X1 arasında 30.11.2015-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və VAZ 21063 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi ilə sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 25.05.2016-cı il tarixdə VAZ 21063 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xudat-Nabran yolunun 13-cü kilometriliyində yol-nəqliyyat hadisəsi törətmiş və “BMW 530” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 510 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Xaçmaz RPŞ DYPN-nin “xxxx” ASC-yə təqdim etdiyi 29.06.2016-cı il tarixli 10/16010486-1216 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xaçmaz RPŞ DYPB-dən ünvanına 26.06.2016-cı il tarixli, KYP324478 saylı inzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İXM-nin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. İddiaçı məhkəmə ərizə ilə müraciət edərək, onun nümayəndəsinin iştirakı olmadan işə baxmağı və iddianı tam həcmdə təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim edərək, yol nəqliyyat hadisəsinin 25.06.2016-cı il tarixdə baş verməsini və iddiaçı tərəfindən iddia müddətinin buraxılmasını bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iddia ərizəsində və iş materiallarında olan məlumatlardan görünür ki, “xxxx” ASC ilə X1 arasında 30.11.2015-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və VAZ 21063 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi ilə sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışın surətindən görünür ki, 25.06.2016-cı il tarixdə Cavabdeh VAZ 21063 markalı ** BK *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, sığorta hadisəsi 25.06.2016-cı il tarixdə baş vermiş, iddia ərizəsi isə məhkəməyə 15.03.2021-ci il tarixdə, yəni 04 il, 08 ay, 20 gün sonra daxil olmuş və bununla da Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından, cavabdeh isə iddia müddətinin tətbiq olunmasını tələb etdiyindən iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1104/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1104/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver