Məhkəmə qərarları › İş №2(067)-111/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-111/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-111/2021 12.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh Şixəliyeva (Əzizova) Nurlanə Arif qızının və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və sair tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı uşaqların himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8.10.2010-cu il tarixdə anadan olmuş oğlu X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş qızı X2 onun himayəsinə verilməsi və uşaqların saxlanması üçün cavabdehə ödənilən alimentin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2014cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından olan 8.10.2010-cu il tarixdə anadan olmuş oğlu X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş qızı X5 cavabdehin himayəsinə verilmişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə 8.10.2010-cu il tarixdə anadan olmuş oğlu X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş qızı X1 üçün hər ay hər uşağa 90 manat olmaqla hər ay cəmi 180 manat alimentin ondan alınaraq cavabdehə verilməsi qət olunmuşdur. Cavabdehin uşaqlara məsuliyyətsiz münasibəti nəticəsində uşaqları onun yanına qayıdaraq onunla birlikdə yaşayırlar. Uşaqlar anasının yanına qayıtmaq istəmirlər. O yeni ailə qurmamış, yalnız uşaqların tərbiyəsi ilə məşğul olmaq istəyir. Ona görə də uşaqlar onun himayəsinə verilməlidir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin yanında saxlanılan xx.xx.2010-cu il təvəllüdlü oğlu X9 və xx.xx.2011-ci il təvəllüdlü qızı X2 cavabdehdən alinaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə evləndikləri gündən bir neçə vaxt sonra cavabdeh onunla qəddarcasına rəftar etməyə başlamışdır. xx.xx.2014-cü ildə cavabdeh növbəti dəfə onu döydükdən sonra valideynldərinin evinə qvyıtmışdır. Qayıdarkən hər iki uşaq onun yanında olmuş, cavabdeh bir neçə dəfə görüş adı ilə öz evlərinə aparmış və geri qaytarmışdır. Növbəti dəfə cavabdeh xx.xx.2014-cü il tarixdə uşaqları özü ilə aparmış lakin geri qaytarmamışdır. Ona görə də Xaçmaz rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından olan 8.10.2010cu il tarixdə anadan olmuş oğlu X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş qızı X5 cavabdehdən alınaraq onun himayəsinə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə 8.10.2010-cu il tarixdə anadan olmuş oğlu X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş qızı X1 üçün hər ay hər uşağa 90 manat olmaqla hər ay cəmi 180 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Cavabdeh alimenti vaxtlı vaxtında ödəməmiş məhkəmədə dəfələrlə iddia qaldırıb alimentin miqdarını azaldılmasına çalışsa da heç bir nəticəsi olmamışdır. Cavabdehin aliment borcu 7000 manatı artıq ötmüşdür. Cavabdeh alimentə görə yaranmış borcdan məsuliyyətdən qurtarmaq üçün uşaqları oğurlayaraq yanında saxlamışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilk iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Bununla yanaşı məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırda Rüfət Əzizov və Cənnət Əzizova atası ilə birgə yaşayırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə X9 və xx.xx.2011-ci ildə X5 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)- 583 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(067)-591 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, 8.10.2010-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa 90 manat olmaqla hər ay cəmi 180 manat alimentin İddiaçı alınaraq X10 verilməsi qət olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)- 861/2014 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 İddiaçı alınaraq X8 verilməsi qət olunmuşdur. İş materiallarında olan Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2020-ci il tarixli, 1536 nömrəli rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 ataları İddiaçı himayəsində saxlanılmalarını məqsədəuyğun hesab edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 11/312 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 hazırda atası İddiaçı vəanası Şixəliyeva (Əzizova) Nurlanə Arif qızına qarşı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla ataları İddiaçı qarşı bağlılıqları daha yüksəkdir. X4 və X2 bir-birinə qarşı hissi- emosional tələbatı, bir-biri ilə ünsiyyətdə olmağa meyilliliyi müşahidə olunur. X4 və X2 uzun müddət ərzində bir-birindən ayrı yaşamaları və ünsiyyətdə olmamaları onların idrak imkanlarına və emosional-iradi sferasına neqativ təsir göstərə bilər. İddiaçı və X7 fərdi-psixi xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onlarıın rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 2-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. BMT-nin «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktının 10-cu maddəsinin 3-cü bəndinə əsasən bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddianın “alimentin dayandırılması” hissəsi təmin olunmamalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia tələbi qismən əsaslıdır və qarşılıqlı iddia əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İlk iddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X5 ataları İddiaçı yanında (himayəsində) qalsınlar. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar